Əsas Səhifə > Xəbər / İdman > Batutçularımız beynəlxalq turniri medallarla başa vurdu

Batutçularımız beynəlxalq turniri medallarla başa vurdu


31-08-2018, 17:00
 

Yola saldığımız həftə, Batumi (Gürcüstan) batut gimnastikası üzrə “Ajara Cup” adlı beynəlxalq yarışa ev sahibliyi edib.
Turnirdə Azərbaycan təmsilçiləri də müxtəlif yaş kateqoriyalarında çıxış edərək, medallar qazanıblar. Belə ki, 15-16 yaşlı gimnastlar arasında xanım təmsilçimiz Selcan Mahsudova 85.100 xalla gümüş medal sahibi olub.
11-12 yaşlı oğlanların yarışında isə batutçularımız Hüseyn Abbasov qızıl (89.675 xal), Mahsudov Maqsud isə bürünc (82.965 xal) medalla turniri başa vurublar.
Geri qayıt