Batutçularımız beynəlxalq turniri medallarla başa vurdu

 

Yola saldığımız həftə, Batumi (Gürcüstan) batut gimnastikası üzrə “Ajara Cup” adlı beynəlxalq yarışa ev sahibliyi edib.
Turnirdə Azərbaycan təmsilçiləri də müxtəlif yaş kateqoriyalarında çıxış edərək, medallar qazanıblar. Belə ki, 15-16 yaşlı gimnastlar arasında xanım təmsilçimiz Selcan Mahsudova 85.100 xalla gümüş medal sahibi olub.
11-12 yaşlı oğlanların yarışında isə batutçularımız Hüseyn Abbasov qızıl (89.675 xal), Mahsudov Maqsud isə bürünc (82.965 xal) medalla turniri başa vurublar.


Facebook-da paylaş