1936-cı ildə kimya üzrə Nobel mükafatçısı – PETER YOSEF VİLHELM DEBAY (1884-1966)


 
Peter Yosef Vilhelm DebayMaastrixtdə (Limburq əyaləti, Hollandiya) anadan olmuşdur (24 mart 1884-cü ildə). Onun atası Yosef Vilhelm Debay (1859-1937) metal məmulatları istehsal edən fabrikdə fəhlə (Verkmeister) idi. Anası Maria Anna Barbara Ruemken (1859-1940) uzun illər şəhərin mühüm mədəniyyət mərkəzi olan və daimi iştirakçısı kiçik Peter olan teatrda kassir işləyirdi. Peterin dörd yaşı olanda ailədə ikinci uşaq - Karolina adlı bir qız dünyaya gəlir. Debye demək olar ki, bütün həyatı boyu (məsələn, dostları ilə yazışmalarda) yerli ləhcədə danışardı. Alimin bioqrafı Mansel Davisin fikrincə, Hollandiyanın qalan hissəsinə nisbətən Limburq sakinlərinə xas olan müstəqillik ruhu və Avropanın müxtəlif şəhərlərinə müntəzəm ailə ekskursiyaları Peter Debayda - müstəqil xarakterin formalaşmasına kömək etmişdir.Debay ibtidai təhsilini yerli katolik məktəbində alıb, on iki yaşında Maastrixtdəki Ali Mülki Məktəbə daxil olub və orada beş il oxuyub. Buraxılış imtahanları zamanı o, həndəsə, mexanika, fizika, təbiət tarixi və kosmoqrafiyadan 10 bal,  kimya və holland dilindən 9 bal, cəbr, triqonometriya, rəsm, coğrafiya, fransız və alman dilindən isə 8 bal almışdır. Ancaq o, məktəbdə qədim dillər (yunan və latın) öyrədilmədiyindən, gənc Peter üçün universitet təhsili yolu mümkün olmadı. Debay sonradan Unilever kompanyasının bir hissəsi olan Jurgens marqarin şirkətində işə düzəldi. Ancaq orada işlə başlamamış valideynləri ona, universitetlərin birində təhsilini davam etdirməsini təklif etdirdilər. Seçim Delft Texnologiya Universiteti ilə Axendəki Ali Texniki Məktəb arasında idi. Təhsilin qiymətinin ailə üçün əlverişli və evə yaxın olması Axen universitetinin seçilməsinə zəmin yaratdı. Burada onun müəllimləri arasında məşhur fiziklər – praktik Maks Vien və nəzəriyyəçi Arnold Sommerfeld var idi. Təhsilini başa vurduqdan sonra, Debay, düzbucaqlı keçiricidə Fuk cərəyanı problemini həll edərək, elektrik mühəndisliyi üzrə diplom işi müdafiə etdi (1905). Ancaq bu vaxta qədər o, nəzəri fizika kimi elektrik mühəndisliyi ilə çox maraqlanırdı. Zommerfeld tələbəsinin bacarıqlarını dərhal hiss etdi və onu özünə köməkçi götürdü.Bir ildən sonra  Zommerfeld ilə birlik də  Debaydaa Münhen Universitetinə getdi (1906) və burada elektromaqnit dalğalarının difraksiya nəzəriyyəsinin bəzi problemlərinə həsr olunmuş “Göy qurşağı haqqında” (Almanca Über den Regenbogen) adlı doktorluq dissertasiyasını müdafiə etmişdir (1908-ci ilin iyulunda). Debay Münhendə privat-dosent olmuş (1910) və növbəti ilin yazında o, Sürix Universitetində Albert Eynşteyn  getdikdən sonra boşalan nəzəri fizika professoru vəzifəsinə dəvət almışdır. Albert Eynşteyn öz varisini - Debayı yüksək qiymətləndirdi və Sommerfeldə yazdı (1912-ci ilin oktyabrında): “Mən ondan (Debaydan) çox şey gözləyirəm, çünki o, fizikanı dərindən dərk etməyi nadir riyazi istedadla birləşdirib”. Bir qədər sonra (1912-ci ilin yazında) Debye vətəninə qayır və Utrext Universitetində riyazi fizika və nəzəri mexanika professoru vəzifəsini tutur. Bu da yəqin ki, onun bəzi fikirlərini eksperimental olaraq sınaqdan keçirmək istəyi ilə bağlı idi. Utrext illəri çox məhsuldar keçsə də və dielektriklərin dispersiyası və rentgen şüalarının difraksiyasına dair mühüm məqalələrin yazılmasını əhatə etsə də, eksperimental iş görmək ümidləri özünü doğrultmadı. Ona görə də alim Göttingenə köçür (1914-cü ilin sentyabrında)  
Göttingenə köçməmişdən bir il əvvəl (1913-cü ilin aprelində) o, kirayədə qaldığı Münhenli ev sahibinin qızı Matilde Albererlə (1887-1977) evlənmişdi. Onların iki övladı olmuşdur. Oğlu Peter Paul Rupprecht Debay (1916-2012), sonradan eksperimental fizik oldu və atasına bəzi tədqiqatlarda kömək etdi və qızı Mathilde Maria Debay-Saxinger (1921 -1991).
Debayın Göttingenə dəvəti  yerli universitetdə maddənin kinetik nəzəriyyəsi üzrə keçirilən konfrans zamanı (1913) gənc alimin qabiliyyətlərini qiymətləndirə bilmiş məşhur riyaziyyatçı David Hilbert tərəfindən irəli sürülmüşdür. Nəzəri və eksperimental fizika professoru vəzifəsi və Fizika İnstitutunun rəhbərliyi (1916-cı ilin fevralından) ona laboratoriya təcrübələri aparmaq imkanı yaradırdı. Debay Göttingendə Hilbertdən yanaşı Feliks Klein, Edmund Landau, Hermann Vayl, Karl Runge, Riçard Kurant və fiziklər Voldemar Voiqt idi. Emil Wiechert, Theodor von Pocket kimi görkəmli tədqiqatçıların əhatəsinə düşmüşdür. Birinci Dünya müharibəsindən sonra Almaniyanın ağır iqtisadi vəziyyəti ilə əlaqədar idi (1920) Debay Sürixə qayıdır.  Burada o, Ali Texniki Məktəbdə Fizika İnstitutunun direktoru vəzifəsini tutur, onun təkidi ilə laboratoriyaların və mühazirə kurslarının avadanlıqları yenilənir, elmi seminar mütəmadi olaraq fəaliyyətə başlayır. Təxminən eyni vaxtda o, Avropanın aparıcı fizika jurnallarından (Physikalische Zeitschrift) birinin redaktoru olmuşdur. Həmin jurnalda onun çoxlu sayda öz əsərləri dərc olunmuşdur.
Debay eksperimental fizika professoru və Leypsiq Universitetində Fizika İnstitutunun direktoru olmaq üçün  Sürixdən ayrılmışdır (1927-ci ilin sentyabrında). Onun universitetdəki həmkarı məşhur nəzəri fizik Verner Heyzenberq idi, o, uzun illər sonra xatırlayırdı: “Debayın ətrafı ilə bağlı çox maraqlı xarakteri var idi. Səhər tezdən laboratoriyaya gəlib gecə yarısından əvvəl oradan çıxmayan alim tipi deyildi. İnstitutdakı otağımdan tez-tez onun bağçasında gəzdiyini, hətta iş vaxtı da qızılgül suladığını görürdüm. Lakin onun maraqlarının mərkəzində, şübhəsiz ki, elm dayanırdı”. 
Kayzer Vilhelm Cəmiyyətinin o zamankı prezidenti Maks Plank Debaya Cəmiyyətin tərkibində mövcud olan Fizika İnstitutunun direktoru vəzifəsini təklif etmişdir (1933). Bunun ilə əlaqədar o, iki ildən sonra (1935) Berlinə köçdü və rəsmi olaraq vəzifəyə başladı, eyni zamanda Berlin Universitetində professor vəzifəsini tutdu. direktorun Debayın (1938) təşəbbüsü ilə instituta Maks Plankın adı verilmişdir. 
Onun elmi işlərinin əsas istiqamətləri bunlar olmuşdur: Aşağı temperaturlarda bərk cisimlərin istilik tutumu nəzəriyyəsi (Debay modeli); Dielektrik kristallarda istilik keçirmə nəzəriyyəsi, Debay temperaturu anlayışı;  Elektroliz hadisəsini öyrənərkən təklif olunan debay uzunluğu anlayışı; Dielektriklərin dipol nəzəriyyəsi kristallik tozlarla və mayelərlə rentgen şüalarının interferensiyasını müşahidə etmək üçün Debay-Şerrer üsulu; Bərk cisimlər və elektrolitlərin keçiriciliyi. Bu böyük işlərin nəticəsində Peter Debay Nobel mükafatı almışdır (1936). O vaxta qədər(1936)  onun bütün karyerası fizika professoru vəzifəsi ilə bağlı olsa da, onun işi fizika və kimya arasında körpü yaratmaq üçün çox şey etdi. Özü də dəfələrlə hər iki elmə aid olduğunu məmnunluqla qeyd etmişdir. Debayın ABŞ-a gəlməsi üçün rəsmi səbəb Kornel Universitetinin kimya fakültəsi onu Beyker mühazirələri silsiləsi oxumağa dəvət etməsi oldu. Almaniya Hollandiyanı işğal etdikdən (1940) sonra Debay Korneldə qalmağa və kimya kafedrasına rəhbərlik təklifini qəbul etməyə qərar verdi. Eyni zamanda, o, müharibənin sonuna qədər, Kayzer Vilhelm Cəmiyyəti Maks Plank Cəmiyyətinə çevrilənə qədər formal olaraq Berlin Fizika İnstitutunun direktoru (maaşsız) qalmışdır. 
Kornel onun karyerasında sonuncu iş yeri idi. Alim Amerika vətəndaşlığını qəbul etmiş (1946), dekan (1950), iki il sonra isə kimya professoru vəzifəsindən (1952)-ci ildə istefa vermişdir. 
İkinci Dünya Müharibəsi illərində ABŞ-a Malay kauçukunun tədarükünün dayandırılması ilə əlaqədar onun əvəzedicilərinin yaradılması zərurəti yarandı. Həmin dövrdən polimerlər fizikası onun elmi fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Problemlərin nəzəri və eksperimental tədqiqi çap olunmuş iyirmiyə yaxın məqalənin mövzusuna olmuşdur (1944-1964).
Debay ABŞ-ın müxtəlif şəhərlərində mühazirələr oxuyub, məsləhətlər verib və adətən ildə iki dəfə Avropaya səfərlər edib. Kennedi hava limanında, Debye başqa bir səfərə başlayacağı yerdə infarkt keçirdi. Bir aydan sonra yenidən elmi-tədqiqat işinə qayıtsa da, tezliklə yenidən xəstəxanaya getməli oldu (1966-cı ilin aprelində). Alim ömrünün son günlərinə qədər öz laboratoriyasının işi ilə maraqlanmaqda davam etmişdir. O, Nyu Yorkda vəfat etmiş (2 noyabr 1966-cı ildə) Tompkins qraflığı, Cayuqa Heights, Pleasant Grove qəbiristanlığında dəfn edilmişdir. İkinci Dünya Müharibəsi illərində Debayın faşist reşiminə münasibətində bəzi ziddiyətlər qeyd olunurdu. Son dövr mətbuatda dərc olunan materiallarda (2006-2007)  Debayın Hitlerə  rəğbət göstərdiyi qeyd olunurdu. Guya Debay yəhudi əsilli alimləri təqib etmiş, əksər hallarda öz məktublarını belə salamlaşma ilə qurtarırmış “Hayl Hitler”. 
Bununla əlaqədar olaraq Utrext universiteti  öz nanomaterialların fizikası və kimyası institutundan onun adını çıxarmış, Maastrixt universiteti isə kimyəvi fizika sahəsində uğurlara görə hər il verilən Debay mükafatını ləğv etmişdirdir.
Hollandiyanın baş nazirinin müavini və iqtisadiyyat naziri Y.K. Terluvanın sədrliyi ilə yaradılmış xüsusi komissiya belə nəticəyə gəlir ki, Debay Hitlerin partiyasının üzvü olmamış, ölkəsini işğal etmiş faşistlərlə əməkdaşlıq etməmişdir. Kommisiya universitetlərə təklif etdi ki, universitetlər alimin adını istifadə etməkdə davam etsinlər (2008). Utrext universiteti fizika və kimya institutuna Debayın adını qaytarmış, Debay adına mükafatın təsisçiləri onun yenidən veriləcəyini elan etdilər.
Qeyd edək ki, Debayın elmin inkişafı qarşısında xidmətləri hədsiz böyük olmuşdur. Belə ki, rentgen şüalarının difraksiyası ilə qaz molekullarının ölçülərini təyin etmək üsulunu yaratmaqla elmin inkişafına əvəzsiz xidmətlər göstərmiş və rentgen mikroskoplarının təkmilləşməsinə imkan yaratmışdır.
Rentgen mikroskopunun işi kristalda rentgen şüaları dəstəsinin sınmasına əsaslanır. Təsvir təxminən 100 milyon dəfə böyüdülür. Rentgen dalğalarının uzunluğu təxminən düymün (bir düym 23 mm-ə bərabərdir) billionda birinə bərabərdir. Rentgen mikroskopu DNT kimi iri molekullarda atomların necə yerləşdiyini aydın göstərir.
O, bu xidmətləri sayəsində kimya üzrə Nobel Mükafatından  (1936) əlavə Rumford medalına (1930), Guthrie medalı və mükafatına (1930), Faradeyin mühazirəsi (1933), Lorenz medalına (1935), Franklin medalına (1937), Hollandiya Aslan Ordeninin Cəngavəri (1937), Villard Gibbs mükafatına (1949), Maks Plank medalına (1950), II Leopold ordeninin komandiri (1956), Kolloid və ya Səth Kimyası üzrə Kendall Mükafatına (1957), Amerika Kimya Cəmiyyətinin Nikols medalına (1961), Priestli medalına (1963), Milli Elm Medalı (1965) layiq görülmüşdür. Həmçinin Hollandiya Kral Elmlər Akademiyasının, ABŞ Milli Elmlər Akademiyasının (1947), SSRİ Elmlər Akademiyasının (1924), London Kral Cəmiyyətinin (1933), Danimarka Kral Elmlər Akademiyasının, Kral İrlandiya Akademiyasının, Papa Elmlər Akademiyasının (1936), Banqalordakı Hindistan Akademiyasının, Berlin, Göttingen və Münhen Elmlər Akademiyalarının, Nyu-York Elmlər Akademiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Fəlsəfə Cəmiyyətinin, Londondakı Kral İnstitutunun, Filadelfiyadakı Franklin İnstitutunun və digər elmi cəmiyyətlərin üzvü, Oksford, Harvard, Axen, Mayns, Brüssel, Liege, Praqa, Sofiya Universiteti, Sürix Politexnik İnstitutu və digər təhsil ocaqlarının fəxri doktoru olmuşdur.
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş