1931-ci ildə kimya üzrə Nobel mükafatçısı - KARL BOŞ (1874-1940)

 


Dünya şöhrətli Alman kimyaçı texnoloqu  Karl Boş  Kölndə anadan olmuşdur (1874-cü ilin avqustun 27-də). O, Kölndəki Bosch və Haag montaj şirkətinin ortağı Karl Fridrix Aleksandr Boşun (1843-1904) və onun həyat yoldaşı Paula, qızlıq soyadı Liebstin (1851-1930) yeddi övladından birincisi idi. Onun əmisi iri sənayesi olan Robert Boş idi. Karl Boşda təbiət elmləri və texnologiyaya erkən erkən yaşlarından maraq oyanmışdır. O, atasının şirkətində çilingər və mexanik işləmişdir. Bunun üçün o, müvafiq təhsil almışdır. Onun kimyaya daha çox marağı olduğundan həyətdə özünün kimya laboratoriyasını yaratmışdır. O, Kölndə orta məktəbi bitirdikdən sonra (1893) Liqnits  yaxınlığındakı Kotzenau şəhərində (Polşanın müasir Çocianov şəhəri) metallurgiya zavodunda çilingər peşəsi üzrə oxumuşdur. Karl Boş Berlində Ali texniki məktəbdə (müasir Berlin Texniki Universiteti) metallurgiya və maşınqayırma fakültəsində (1894-1896), Leypsiq Universitetində  oxumuşdur (1898).Boş Berlində təhsil alarkən Fridrix Rudorf, Karl Liberman və Otto Nikolaus Vittin kimya üzrə mühazirələrində də iştirak edirdi. Leypsiqdə Boşun tətbiqinə xüsusilə çalışdığı fiziki kimyanın yaradıcılarından biri hesab edilən Vilhelm Ostvald dərs deyirdi. O, termodinamika, faza diaqramlarının tədqiqi və kimyəvi reaksiyaların kinetikasının öyrənilməsini sənaye kimyasının mühüm əsasları kimi tanıyırdı. Boş kimya öyrənməklə yanaşı, mineralogiya, zoologiya, bakteriologiya və botanika ilə də məşğul idi, böcək və kəpənəkləri toplayıb parçalayır, bitkilərin identifikasiyası ilə də məşğul olurdu. Karl Boş BASF firmasının Lüdviqsxafendəki zavodlarında işləmiş (1899), ammonyak zavodunun direktoru, “İ.Q. Farben İndustry” konserninin zavodlarının baş direktoru vəzifəsində çalışmışdır (1935). Əsas elmi-tədqiqat istiqaməti  yüksək təzyiq altlnda sintez texnologiyalarının işlənib hazırlanması olmuşdur. Onun rəhbərliyi altında dəmir katalizatoru iştirakı ilə ammonyak istehsalı təşkil olunmuşdur. Yüksək təzyiq altında ammonyak kalonlarının partlaması səbəblərini müəyyən etmiş və aparatların təkmilləşdirilməsi üçün çoxlu sayda təkliflər vermişdir. Karbon dioksid və ammonyakdan karbamidin sənaye miqyasında istehsalını təşkil etmişdir (1913). Boş atasının tövsiyəsi ilə BASF-ə daxil oldu  (1899) və burada o, ilk dəfə Rudolf Kninç və Eugen Sapper ilə birlikdə inkişafı ona həvalə edilmiş ftal turşusu zavodunun meneceri kimi çalışdı. Kniç  bir müddət ammonyak istehsal üsulları üzərində işləmişdir. O, BASF-ə təklif etdiyi (1900)  azot və  hidrogendən ammonyakın sintezinə dair Wilhelm Ostvald patentini yoxlamaq üçün Boşa tapşırıq verdi. Boş, əldə edilən ammonyakın katalizatordakı dəmir nitridindən əldə edildiyini və Ostvaldın patentinin yanlış bir fərziyyəyə əsaslandığını aşkar etdi.
Gübrələrin və partlayıcı maddələrin istehsalı üçün tələb olunan natrium nitratın məhdud təchizatı ilə əlaqədar, o zaman BASF Müşahidə Şurasının sədri Heinriç von Brunck (1902) ildə Boşa azot fiksasiyası problemini həll etməyi, yəni lazımi azotu havadan əldə etməyi tapşırmışdı.
Azot fiksasiyasını tədqiq etmək üçün Alvin Mittaş ona köməkçi təyin edildi (1904). Boş ilk növbədə sianidlərin və nitridlərin əmələ gəlməsi ilə azotun fiksasiyasına diqqət yetirirdi. O zaman  barium sianidin əmələ gəlməsi artıq məlum idi. Boşun layihələrinə əsaslanaraq, BASF barium siyanid zavodu tikdi (1907). Nəticədə əldə edilən sianid hidroliz yolu ilə ammonyaka çevrilirdi. Ancaq iqtisadi cəhətdən bu üsul əlverişli olmadığından BASF zavodu bağladı (1908). Daha sonra Boş titan nitridin, silisium nitridin və alüminium nitridin əmələ gəlməsini öyrənməyə başladı (1908). Sınaqlar zamanı müəyyən edilmişdir ki, promotorların əlavə edilməsi ilə nitridin çıxımı artır. Sonradan nitridlər də ammonyak almaq üçün üçün hidroliz edilirdi. Bununla belə, bu üsulda da, eləcə də o dövrdə BASF-də hazırlanmış birbaşa azot oksidləşməsinin qövs üsulu üçün də enerji sərfi çox yüksək olduğundan prosesin geniş miqyasda həyata keçirilməsini çətinləşdirdi.
Birinci Dünya Müharibəsi zamanı sintetik qazolin istehsalı üsulunun hazırlanması sahəsində işləmişdir. O, Almaniyada boyaq maddələri sənayesinin yaradıcılarından biri olmuşdur (1918). Karl Boş alman alimi Fridrix Berqius ilə birlikdə  “yüksək təzyiqdə kimyəvi üsullarının ixtirası və tədqiqinə görə”  kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1930).
Karl Boş Vilhelm Ekner medalına layiq görülmüşdür (1932). Vilhelm Ekner medalı Avstriya Ticarət Assosiasiyası  tərəfindən yaradılmış Vilhelm Ekner Fondunun elmi mükafatıdır. Bu medal Avstrya texnoloqu Vilhelm Eksnerin (1840-1931) şərəfinə adlandırılıb. İqtisadiyyata təsir edən elmi nailiyyətlərə görə 1921-ci ildən bəri hər il verilir. Mükafata bürünc medal və Avstriya Prezidenti ilə birlikdə nahar daxildir.Karl Boş Elza Şilbaxla evlənmişdi (1902). Onların kiçik Karl adlı bir oğul (1906-1995) və qızı İngeborq (1911-1972) dünyaya gəldi. Bosch öz hobbilərini həyata keçirə bilmək üçün Lüdviqshafendə mənzil kirayəyə götürüb, onu dəzgah, akvarium və mikroskopla təchiz etdi. Boş Lüdviqshafen ətrafında çoxlu səyahətlər etdi, burada çanaqlı molyuskuları, böcəklərii və digər heyvanları, həmçinin bitkiləri topladı. Daha sonra kolleksiyalarını genişləndirərək su və bataqlıq bitkiləri yetişdirdiyi gölməçələr qurdu.
50 yaşı olanda artıq Boş ailəsi Heydelberqdəki villada yaşayırdı (1923). Bir neçəi ldən sonra öz firması Imprimatur GmbH vasitəsilə o, liberal Frankfurt qəzetini əhəmiyyətli maliyyə vəsaitləri ilə dəstəklədi və ornitoloq Otto Fehringer ilə birlikdə Heydelberqdə zooparkın əsasını qoydu (1930). O, öz emalatxanasında çilingər, dülgər, tokar, kiçik mexanik və ya şüşəüfürən kimi sənətkarlıq etməyi sevirdi.Biologiyaya olan geniş marağından əlavə, Nobel mükafatçısı mineralogiya və astronomiya ilə maraqlanırdı. Onun lazımi avadanlıqla təchiz olunmuş öz rəsədxanası var idi. Ay krateri Boş və əsas kəmər asteroidi Boş Karl Boşun adını daşıyır.
Karl Boş Heydelberqdə vəfat etmişdir (1940-cı ilin aprelin 26-da).
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının 


Facebook-da paylaş