1905-ci ildə kimya sahəsində Nobel mükafatçısı - İOHANN FRİDRİX VİLHELM ADOLF FON BAYER(1835-1917)


      Iohann Fridrix Vil­­hel­m Adolf fon Ba­yer Pru­siya ordusunun zabiti, coğ­rafiya və  at­mos­ferdə işı­ğın sınmasına aid elmi işlərin müəllifi olmuş İohan Yakob Ba­ye­rin böyük oğlu idi.
Bayer Fridrix Vil­hel­min gim­na­­ziya­sını bi­tir­dik­dən sonra Berlin Uni­versite­tinə daxil olur (1853) və iki il ərzində riyaziyyat və fizikanı öy­rən­­məklə məşğul olur. Bir il orduda xidmət etdikdən sonra Heydelberq Universitetinin tələbəsi olur və Robert Bun­zenin rəhbərliyi altında kimyanı öy­rənməyə başlayır. Əv­vəlcə o, fiziki kimya ilə məşğul olur, amma, sonra üzvi kimya ilə maraqlanaraq Fridrix Avqust Ke­ku­lenin Heydel­berq­dəki labo­ratoriyasında çalışır. Burada Ba­yer arsenin üzvi birləşmələrinin öyrənilməsi sahəsində tədqi­qatlar aparır və bu isə görə ona doktorluq dərəcəsi verilir.
      O, iki il ərzində Kekule ilə birlikdə Belçikada Qentsk Univer­si­te­tində çalışır (1858-1860), sonra Berlinə qayıdır və Berlin ali texniki məktəbində kimyadan mühazirə oxuyur. Son­ralarBayer Strasburqa köçür və Strasburq Universitetinin pro­fessoru olur (1872).
Yustus fon Libix öldükdən sonra Bayer bu məşhur üzvi kimyaçının sələfi olaraq Münxen Universitetinin kimya profes­soru vəzifəsini tutur (1875).
     Bayerin 50 yaşı tamam olan gün onun Almaniya qar­şı­sın­dakı böyük xidmətləri nəzərə alınaraq ona irsi titul verilir (1885).
     Onun elmi işləri əsasən sintetik üzvi kimyaya və stereo­kimyaya aid olmuşdur. Bayerin ilk əhəmiyyətli işi XIX əsrin 50-ci illərinin sonunda Bunzenin laboratoriyasında aldığı ən sadə arsen üzvi birləşmələrin tədqiqatına  həsr olunmuşdu. Ba­yer barbitur turşusunu və barbituratları kəşf etmiş (1864), in­di­qonun reduksiyası ilə izatın  almışdır (1866). Am­mo­ny­a­kın as­et­­aldehid ilə kondensasiyasını apararaq Q.E. Armstronq ilə eyni zamanda benzolun sentrik formulunu təklif etmişdir.
     Struktur nəzəriyyəsinə sis-trans-izomerliyi daxil etmiş (1888), bir sıra terpenlərdə sis-trans izomerliyi müşahidə et­miş­dir (1896). O, “üzvi kimyanın inkişafinda və üzvi boyalar və hid­ro­aromatik birləşmələr sahəsində işləri sayəsində kimya sə­na­ye­sinin inkişafında xidmətlərinə görə” Nobel mükafatına la­yiq görülmüşdür (1905).
      Alman kimyaçılar cəmiyyəti Adolf fon Bayerin adına mükafat və medal təsis etmişdir(1911). 1835-ci ildə oktyabrın 31-də Berlində anadan olan  Bayer 1917-ci ilin avqustun 20-də elə orada da vəfat etmişdir.
 
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru, 
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi
 


Facebook-da paylaş