1903-cü ildə kimya sahəsində Nobel mükafatçısı - SVANTE AVQUST ARRENİUS(1859-1927)


      Elektrolitik dissosiasiya nəzəriyyəsinin banisi, məhlulda elektrik cərəya­nı­nın hərəkətini izah etmiş İsveç alimi Svante Av­qust Arrenius Vikdə anadan olmuşdur (1859). Məktəb yaşı­na çatmamış Svante Ar­re­nius hesabı artıq bildiyindən, fermer ata­sının tərtib etdiyi he­sa­batlardakı rə­qəm­ləri böyük həvəslə top­layırdı. Onun səkkiz yaşı tamam olduq­da valideynləri onu şəhər kafedral məktəbinə göndərirlər. O, yaxşı oxuyurdu, lakin biologiya, fızika və ri­yaziyyata marağı daha bö­yük idi.Məktəbi bitirdikdən sonra o, Upsal Universitetinə daxil olur və burada fizika, kimya və riyaziyyatı öyrənməkdə davam edir və təhsil­ni başa vurduqdan sonra ona təbiət elmləri üzrə ba­ka­lavr də­rəcəsi verilir.
     Arrenius məhlulların elektrik keçiriciliyinə xüsusi diq­qət etməyə başlamışdır və müşahidələri əsasında böyük kim­yaçı belə bir ehtimal irəli sürür ki, bəzi maddələrin molekulları mayedə həll olduqda dissosiasiya olunur, başqa sözlə, parça­lanır. Arrenius on­la­rı ion adlandırmışdır. O, həmçinin müəyyən etmişdir ki, bütöv molekulun elektroneytral olmasına bax­ma­yaraq, onun hissəcikləri müsbət və ya mənfi yük daşıyır. Məhz, bunların sayəsində məh­lul­ların elektrik keçiriciliyi təmin olu­nur. Elektrik cərəyanı öz növ­bə­sində aktiv tərkib hissələri əks yüklənmiş elektroda istiqamət­lən­dirir. Məsələn, müəyyən edil­mişdir ki, natrium xlorid kristalı suda həll olunduqda müsbət yüklənmiş natrium və mənfi yük­lən­miş xlor ionlarına parça­la­nır.Arreniusun təklif etdiyi hipotez onun doktorluq disserta­si­ya­sının əsasını təşkil eedirdi.
Arrenius İsveç Kral Elmlər Akademiyasının təqaüdünə la­yiq görülür ki, bu da onun xaricə getməsinə imkan yaradır (1886). Xaricdə müəyyən müddət təhsil aldıqdan sonra İsveçə qayıdan Ar­­­renius Stokholm Universitetində fizika üzrə mü­hazirələr oxu­ma­ğa başlayır və professor vəzifəsini tutur (1895). İki il sonra həmin universitetin rektoru təyin olunmuşdur (1897).
     XIX əsrin 90-cı illəri ərzində Arrenius özünün elek­tro­l­itik dissosiasiya nəzəriyyəsini işləyib hazırlayır və osmotik təz­yiq üzrə tədqiqatlarını davam etdirir. Arrenius tədricən belə nəticəyə gəlir ki, sonuncu tədqiqatlar, həmçinin elektrolitik dis­sosiasiyanın məxsusiliyi ilə bağlıdır. Gələcəyin Nobel müka­fat­çısı Vant-Hoff formulunun doğruluğunu təsdiq etməklə yanaşı, həmçinin israr edirdi ki, osmotik təzyiq məhlulda olan ionların sayından asılıdır. Əslində, Arrenius elmdə bununla elektro­kim­ya adlanan yeni istiqamətin əsasını qoymuşdur.
Svante Avqust Arrenius “kimya elminin inkişafında özü­nün elektrolitik dissosiasiya nəzəriyyəsinin xüsusi roluna görə” Nobel mükafatına layiq görüldü (1903). Mükafatın təq­dimolunma mərasimində İsveç Kral Elmlər Akademiyasının katibi X.R.Tye­p­n­­ebld qeyd etmişdi: “Arreniusun ionlar nə­zə­riy­yəsi elektrokim­yanın keyfiyyət əsasını qoymuşdur, ona riyazi yanaşmanı tətbiq etməyə imkan vermişdir. Eyni zamanda Arrenius Vant-Hoff tə­rə­fin­dən başlanan tədqiqatlar proqramını başa çatdırmaqla kifayət­lən­mədi, həm də keyfiyyət göstə­ri­ci­lərin­dən kəmiyyət göstəri­ci­lə­rinə keçdi”.
     Arrenius fizikanın bir çox sahələrində də tədqiqatlar apar­mış və onun bir sıra işləri təkamül astrofizikasına həsr ol­un­­­muşdur. O, hesab edirdi ki, Günəş sistemi ulduzlararası toq­quşmalar nəticəsində yaranmışdır.
    Arrenius immunokimya sahəsində tədqiqatlara başladı, canlı orqanizmlərdə kimyəvi reaksiyaları öyrəndi (1902). 
   Elektrolitik dissosiasiya nəzəriyyəsinin banisi – Svante Avqust Arrenius 68 yaşında Stokholmda vəfat etmişdir (1927-ci il, oktyabrın 2-də).
  
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
 kimya elmləri doktoru, 
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi
 


Facebook-da paylaş