“NOBEL MÜKAFATI” HAQQINDA

 
     Nobel mükafatının əsasını qoyan, insanlığa fayda gəti-rən isveç kimyaçısı və mühəndisi Alfred Bernhard Nobel ol-muşdur. O, təxminən 355-ə qədər ixtitalar etmişdir ki, nəti¬cədə böyük sərvət toplaya bilmişdir. Öz gəlirinin bir hissəsini Alfred Nobel eyni adlı fonda vəsiyyət etmişdir (1895). Alfred Nobel bir neçə dəfə vəsiyyətnamə yazmışdır. Onlardan ən məşhuru 27 noyabr 1895-ci ildə yazdığı məşhur vəsiyyətnamədir. Orada qeyd edilirdi: “Mənə məxsus olan bütün vəsait etibarlı zamində saxlanılmaqla fond yaradılmalıdır. Məqsəd hər il bəşəriyyətə və insanlığa böyük fayda gətirən şəxslərin pul mükafatı ilə təltif olunmasıdır. Mükafat fondu beş bərabər hissəyə bölünməlidir. 1-ci hissə fizika sahəsində, 2-ci hissə kimya sahəsində, 3-cü hissə fiziologiya və tibb sahəsində mühüm ixtira və kəşflərə, 4-cü hissə ədəbiyyat sahəsində “ideya yönümlü” mühüm əsərlərə, 5-ci hissə isə millətlərarası sülhün möhkəmlənməsi, silahlı qüvvələr arasında qarşıdurmanın aradan qaldırılmasında mühüm xidmətləri olan şəxslərə təqdim olunmalıdır”.
     Dünyada az adamlar var ki, onların adı bütün dünyada Alfred Nobelin adı kimi məşhurdur. Biz onun adından başqa onun haqqında nələri bilirik? O kimdir – zənginmi və ya şöhrətin zirvəsində daima qalan görkəmli şəxsiyyətmi?
O, özü haqqında danışmağı və yazmağı sevməmişdir. Yalnız bir dəfə Nobel öz prinsipini pozmaq məcburiyyətində qalmışdır. Dünyanın ən qədim universitetlərindən biri olan Upsal universitetində doktorluq dərəcəsi alaraq avtobioqrafiya yazmaq məcburiyyətində qalmış və bu halda da avtobioqrafiyanı özünə məxsus tərzdə yazmışdır: “İmza atan 1833-cü ildə oktyabrın 21-də anadan olmuşdur. O, öz biliklərini məktəbə getmədən evdə hazırlaşmaqla əldə etmişdir. O, başlıca olaraq özünü tətbiqi kimyaya həsr etmiş və partlayıcı maddə - dinamiti, guruldayıcı həlməşiyi və ballistit adı ilə məhşur olan tüstüsüz barıtı kəşf etmişdir. İsveç Kral elmlər aka­de­miyasının, London Kral cəmiyyətinin və Parisdəki mülki mühəndislər cəmiyyətinin üzvü olmuş, 1880-ci ildən isə Qütb ulduzu ordeni kavaleridir. O, Fəxri legionun zabiti olmuşdur. Yeganə çap olunmuş əsəri ingilis dilində məqaləsidir ki, buna görə də gümüş medala layiq görülüb”.
Alfred Nobelin siması həqiqətən də ziddiyyətlərdən iba-rət idi. Demək olar ki, heç vaxt İsveçdə yaşamamış isveçli, məktəbdə oxumamış mühəndis, elmi işləri çap etdirməmiş aka-demik, anadan işbaz doğulmuş sirayətedici və qənaətcil xəyalpərəst, öz varidatını bəşəriyyətə vermiş dünya konserninin başçısı, vəsaitləri sülh mükafatına vəsiyyət etmiş barıt zavodlarının sahibi.
    Xəstəlik səbəbindən məktəbə getmək imkanından məh-rum  olan Alfred Nobel təkliyə uyğunlaşır ki, bu da onun ömürlük qisməti olur. Onda səbirli olmaq  və sonralar özünə qapıl-maq xarakteri inkişaf edir. Lakin zəif sağlamlıq ona mane ola bilmir, inanılmaz inadkarlıqla öyrənir, öyrənirdi...
    Xüsusi maraqla Alfred kimya ilə məşğul olmağa başlayır və əsl kimyaçı alim olur. Qeyd edək ki, Alfred Nobelin adı Bakı nefti ilə də bağlıdır və onun varidatının formalaşmasında bu neftin müstəsna rolu olub. Nobellər ailəsi cəmiyyətinin sədri Tomas Tidenin “Keçmişin yeniliklləri gələcəyin rəhbər prinsipləri kimi” fikrini özünün əqidə şüarı etmişdi.
    Nobel mükafatının əsasını qoyan, insanlığa fayda gətirən isveç ki myaçısı və mühəndisi Alfred Bernhard Nobel olmuşdur. O, təxminən 355-ə qədər ixtitalar etmişdir ki, nəticədə bö¬yük sərvət toplaya bilmişdir. Öz gəlirinin bir hissəsini Alfred Nobel eyni adlı fonda vəsiyyət etmişdir (1895). Alfred Nobel bir neçə dəfə vəsiyyətnamə yazmışdır. Onlardan ən məşhuru 27 noyabr 1895-ci ildə yazdığı məşhur vəsiyyətnamədir. Orada qeyd edilirdi: “Mənə məxsus olan bütün vəsait etibarlı zamində saxlanılmaqla fond yaradılmalıdır. Məqsəd hər il bəşəriyyətə və insanlığa böyük fayda gətirən şəxslərin pul mükafatı ilə təltif olunmasıdır. Mükafat fondu beş bərabər hissəyə bölünməlidir. 1-ci hissə fizika sahəsində, 2-ci hissə kimya sahəsində, 3-cü hissə fiziologiya və tibb sahəsində mü¬hüm ixtira və kəşflərə, 4-cü hissə ədəbiyyat sahəsində “ideya yönümlü” mühüm əsərlərə, 5-ci hissə isə millətlərarası sülhün möhkəmlənməsi, silahlı qüvvələr arasında qarşıdurmanın aradan qaldırılmasında mühüm xidmətləri olan şəxslərə təqdim olunmalıdır”.
     Dünyada az adamlar var ki, onların adı bütün dünyada Alfred Nobelin adı kimi məşhurdur. Biz onun adından başqa onun haqqında nələri bilirik? O kimdir – zənginmi və ya şöhrətin zirvəsində daima qalan görkəmli şəxsiyyətmi?
O, özü haqqında danışmağı və yazmağı sevməmişdir. Yalnız bir dəfə Nobel öz prinsipini pozmaq məcburiyyətində qalmışdır. Dünyanın ən qədim universitetlərindən biri olan Up-sal universitetində doktorluq dərəcəsi alaraq avtobioqrafiya yazmaq məcburiyyətində qalmış və bu halda da avtobioqrafiyanı özünə məxsus tərzdə yazmışdır: “İmza atan 1833-cü ildə oktyabrın 21-də anadan olmuşdur. O, öz biliklərini məktəbə getmədən evdə hazırlaşmaqla əldə etmişdir. O, başlıca olaraq özünü tətbiqi kimyaya həsr etmiş və partlayıcı maddə - dina-miti, guruldayıcı həlməşiyi və ballistit adı ilə məhşur olan tüs-tüsüz barıtı kəşf etmişdir. İsveç Kral elmlər akademiyasının, London Kral cəmiyyətinin və Parisdəki mülki mühəndislər cəmiyyətinin üzvü olmuş, 1880-ci ildən isə Qütb ulduzu ordeni kavaleridir. O, Fəxri legionun zabiti olmuşdur. Yeganə çap olunmuş əsəri ingilis dilində məqaləsidir ki, buna görə də gümüş medala layiq görülüb”.
     Alfred Nobelin siması həqiqətən də ziddiyyətlərdən ibarət idi. Demək olar ki, heç vaxt İsveçdə yaşamamış isveçli, məktəbdə oxumamış mühəndis, elmi işləri çap etdirməmiş aka-demik, anadan işbaz doğulmuş sirayətedici və qənaətcil xəyalpərəst, öz varidatını bəşəriyyətə vermiş dünya konserninin baş-çısı, vəsaitləri sülh mükafatına vəsiyyət etmiş barıt zavodlarının sahibi.
Xəstəlik səbəbindən məktəbə getmək imkanından məh-rum  olan Alfred Nobel təkliyə uyğunlaşır ki, bu da onun ömür-lük qisməti olur. Onda səbirli olmaq  və sonralar özünə qapıl-maq xarakteri inkişaf edir. Lakin zəif sağlamlıq ona mane ola bilmir, inanılmaz inadkarlıqla öyrənir, öyrənirdi...
Xüsusi maraqla Alfred kimya ilə məşğul olmağa başlayır və əsl kimyaçı alim olur. Qeyd edək ki, Alfred Nobelin adı Bakı nefti ilə də bağlıdır və onun varidatının formalaşmasında bu neftin müstəsna rolu olub. Nobellər ailəsi cəmiyyətinin sədri Tomas Tidenin “Keçmişin yeniliklləri gələcəyin rəhbər prinsip-ləri kimi” fikrini özünün əqidə şüarı etmişdi.
     Bir çox insanlar Nobel adını “Nobel mükafatı ilə əlaqələndirirlər. Lakin, bu ad bizim Azərbaycan üçün daha geniş məna kəsb edir. “Nobel” mükafatının ianəçisi Alfred Nobel vəfat edən zaman onun varidatının əksər hissəsini onun dinamit istehsalı ilə məşğul olan, yaxud digər şirkətlərindən deyil, daha konkret desək, o vaxtlar dünyanın ən böyük neft şirkətlərindən biri olan “Nobel Qardaşları” neft hasilatı şirkətindən əldə etdiyi gəlirlər təşkil edirdi. 
XIX əsrin sonlarına yaxın Nobel qardaşlarından ən böyüyü Robert Nobel Bakıda kiçik emal zavodunu almaqla, lazımi avadanlıqlara alqı-satqı əməliyyatlarını həyata keçirmək üçün düzgün məkan və düzgün zaman seçmiş oldu (1870). Bu, bö-yük uğurun, düzgün intuisiyanın və dərin biliklərin nəticəsi idi. 
     Zamanında Nobel qardaşlarını Azərbaycana gətirən səbəb silah məsələsi olmuşdu. Yüz minlərlə tüfəng qundağı üçün Almaniyadan baha qiymətə gətirilən qoz ağacı Nobel qardaşlarına bir o qədər də sərfəli olmadığından, Sankt-Peterburq və İjevsk ətrafında isə qoz ağacı bitmədiyindən qardaşlar bunu imperiyanın müxtəlif bölqələrində axtarmağa başladılar. Mütəxəssislər qoz ağacının Qafqazda, xüsusən də Lənkəran meşələrində çox olmasını söylədikdən sonra Lüdviq Nobel qardaşı Robert Nobeli Azərbaycana göndərdi (1873). Lakin o, Lənkəranda qoz ağacı massivi tapa bilmədi və Nobel qardaşları tüfənq qundağı düzəltmək üçün qoz ağacını daha ucuz qiymətə başa gələn toz ağacı ilə əvəz etdilər.
Buna baxmayaraq, Robert Nobelin Azərbaycana səfəri hədər getmədi. O, yolüstü Bakıda qaldı. Bakı neft mədənlərini gəzdi, maliyyə, sənaye və iqtisadi vəziyyəti öyrəndi, əsl  gəlir mənbəyinin Bakıda olduğunu qabaqcadan çox düzgün qiymətləndirdi. Ümumiyyətlə, Nobellərin Bakı haqqında ilk təsəvvürləri XIX əsrin 60-cı illərində yaranmışdı.
     “Nobel Qardaşları” şirkətinin böyük şöhrəti Lüdviq Nobelin adı ilə bağlıdır. Qeyd edək ki, Bakıda “Nobel Qardaşları” şirkətinə məxsus kimya zavodu inşa edilmişdir (1883) və həm-çinin Bakı mədənlərində ilk dəfə olaraq yer üstü və dəmir çənlərin  yaradılması da “Nobel Qardaşları” şirkətinə məxsus olmuşdur.
Dünyanın ən nüfuzlu mükafatı olan Nobel mükafatının yaranmasında Bakı neftinin rolu bir mənalı olaraq çox böyükdür və bunu Nobellər nəslinin bu günki davamçıları da böyük  ehti-ramla qeyd edirlər.
San-Remoda vəfat edən Alfred Nobel (1896) mirasının 33200000 kronunu hər il insanlığa xidmət göstərən, böyük elmi kəşflər edən alimlərə mükafat kimi verməyi vəsiyyət etmişdir. Hazırda Nobel Fondunun kapitalı 3 milyard 112 milyon İsveç kronudur (təxminən 450 milyon ABŞ dolları). 
            İlk Nobel mükafatı Alfred Nobelin vəfatından beş il sonra təqdim edilmişdir (1901-ci il dekabırın 10-da). Hər il mükafatın təqdim olunma mərasimi  dekabır 10-da fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və iqtisadiyyat üzrə Stokholumda, dünyada sülhün möh­kəm­ləndirilməsi üzrə isə Osloda keçirilir. Bu mükafat beş nominasiya – ədəbiyyat, sülh, fizika, kimya, fiziologiya və tibb üzrə 1901-ci ildən, iqtisadiyyat üzrə isə 1969-cu ildən verilir. Na­mi­zədlərin seçimi İsveç Kral elmlər akademiyası, İsveç akademiyası, Nobel Kral insititutunun as­sam­bleyası, İsveçrə Nobel komitəsi tərəfindən aparılır. Seçilmiş namizəd Nobel fondunun gəlirindən asılı olaraq hər il dəyişən pul mükafatı, Alfred Nobelin şəkili əks olunan medal və diplom alır.
      Nobel mükafatı yalnız qalibləri tanıyır. Heç bir ikinci və üçüncü yer yoxdur. İctimaiyyət üçün naminantların adı və səsvermə necə keçdiyi gizli qalır. Yalnız kimin qalib gəldiyi bilinir. Hər bir qərar qətidir və yenidən baxıla bilməz. Hər bir kateqoriya üzrə mükafatçını təyin edən Nobel komitələri laureatları müəyyən edir. Alfred Nobel öz vəsiyyətində buna məsul olan konkret idarələri onların özündən soruşmadan qeyd etmişdir.
      İlk dəfə olaraq Nobel mükafatı 1901-ci ildə verildi:
“γ-şüaları” kəsf etdiyinə görə alman Vilhelm Konrad Rentgenə (sonar bu şüalar onun adı ilə adlandırıldı);Osmotic təzyiqin qanunauyğunluqlarını tapdığına görə holland Yakobus Vant-Hoffa;        Zərdab terapiyası üzrə işlərinə görə alman Emil Adolf fon Beringə;Şair Syuli Pryudoma.
    Birinci Nobel sülh mükafatı yarıya bölünməklə fransız Frederik Passiyə və Qırmızı Xaçın əsasını qoyan isveçrəli Anri Jan Dyuna¬na verilmişdir.
Müxtəlif mükafatlar üzrə namizədlərin  irəli sürülmə qaydaları müxtəlifdir. Amma iki əsas qayda mükafatların hamı-sı üçün eynidir: birincisi, heç kim öz namizədliyini irəli sürə bilməz. İkincisi, komitə üzvləri və  əvvəlki laureatlar namizədləri təklif edə bilər.
    Nobel komitəsi yalnız öz qərarını hazırlayır, amma, onu qəbul etmir. Nəhayət Nobel mükafatını Nobel cəmiyyəti verir, komitənin vəzifəsi yalnız oktyabrın əvvəlində olacaq iclasa qə-dər seçilmiş namizədlərin siyahısını təqdim etməkdir.
Miqdarı bir milyon avro olan Nobel mükafatı dünyada ən yüksək mükafatlardan biridir.
     Praktikada isə, əsasən qoca kişilər laureat olurlar və çoxdan etdikləri kəşflərə görə mükafatlandırılırlar. Artıq bir neçə on ildir ki, Nobel laureatının orta yaşı 62 ildir, onların arasında qadınlar 4 faizdir.
Məlum olduğu qədər laureatların seçilməsinə, nə rəsmi, nə diplomatik, təzyiqlər heç vaxt təsir etməmişdir. Nobel komitəsi maraqlı dairələrin tərəfindən lobbiləşdirilməyə qarşı öz da-vamlılığına xüsusi əhəmiyyət verir. Aydındır ki, əgər bircə dəfə Nobel mükafatını satın almaq mümkün olarsa, onda bu, Nobel mükafatının sonu olar.
     Belə deyirlər ki, İsveçdə ən gizli saxlanılan sirr Nobel ziyafətinin menyusudur. Çoxlu sayda nümunə sınaqları və oktyabrda konfransdan sonra nəhayət, Nobel fondunun altı nüma-yəndəsinin iştirakı ilə çoxsaatlıq test süfrəsi baş verir və onun gedişində menyunun 4 variantı sınaqdan keçirilir. Bu komissiya son qərarı edir və onu məxvi saxlayır. Həmişə desert-dondurma verilir. Hətta dekabrın onu, axşama qədər dondurmanın növü naməlum qalır. Qeyd olunmalıdır ki, heç bir pul ilə müqəddəslərin müqəddəsi olan həqiqi Nobel ziyafətinə qatılmaq mümkün deyil. Bu ziyafət insan təxəyyülünün təsəvvür etdiyi ən eksklüziv ziyafətdir.
“Xyortorqet” konsert salonunda mükafatların təqdim olunma mərasimindən sonra Melarzedə yerləşən möhtəşəm bələdiyyə binasının 1923-cü ildə tikilmiş giriş qapısı məşəllərlə işıqlandırılır. Mükafatların laureatları, dəvət olunmuş qonaqların çoxu limuzində, amma qonaqların  xeyli hissəsi piyada gəlir. Bütün baş verənlər kral dəbdəbəsi ilə qeyd olunur. Qadınların əlləri öpülür, biri-birini baş əymə və təzimlə (kniksen) salamlayırlar. 
     Kral ailəsi, Nobel laureatları və digər tanınmış qonaqları ortada, digərləri də perpendikulyar yerləşmiş fəxri masa arxasında əyləşirlər və bu masalar digərlərinə  nəzərən bir qədər sərbəst bəzənir. Bu masa arxasında dəqiq 90 nəfər – kral ailəsinin üzvləri, mükafat laureatları, hökümətin və Nobel fondunun nümayəndələri əyləşir. Bu masanın  arxasında oturan hər bir adam üçün 70 sm yer ayrıldığı halda digər masaların arxasında oturanların hər biri üçün 60 sm enində yer ayrılır, əks halda 1300-dən 1400-ə qədər adamı yerləşdirmək çətin olar. Bu, dünyanın ən möhtərəm ziyafəti olsa da dəqiq olaraq ən rahat olan ziyafət deyil. 
Mavi salon simmetrik olmadığından və bir tərəfə daraldığından masalar paralel olmalı olduqları halda paralel qoyula bilmir, digər tərəfdən möhtəşəm pilləkən dəqiq salonun ortasına aparmadığından masaların və oturacaqların yerləşdirilməsi mürəkkəb məsələdir. Nobel fondunun bir qadın əməkdaşı ziyafətdən əvvəlki bir həftə ərzində yalnız masaların və oturacaqların yerləşdirməsi qaydasını düşünür. Dəvət olunmuş qonaqlardan hər biri xüsusi blanklarda krala, onun xanımına və ya kolleqalara yaxşı oturmaq haqqında istəklərini qeyd edə bilər və bütün bu xahişlər imkan daxilində nəzərə alınır. 
     Masalar çox gözəl bəzənir. Masaların bəzənməsi isveç-lərin əsirlərdən gələn adətidir. İkinci mərtəbədə uyğun Nordiska Museet bölməsi Stokholmun ən böyük görməli yerlərindən biri hesab olunur. İsveç televiziyası ziyafətə həsr olunmuş müfəssəl verlişlər həsr etdiyindən bu dekorasiyalar sonrakı həftə ərzində açıq müzakirə predmeti olur və əksər ailələrdə yeni il bayramı masasının tərtibatı stilinə təsir edir.
     Burada, menyunun sirri də açılır. Menyu hər bir yerə qoyulmuş xəritə üzərində adi şriftlə yazılır və yalnız qızıl basma ilə Alfred Nobelin profili ilə bəzənir. Bununla belə ziyafətin iştirakçıların əksəriyyəti bu menyudan nəyisə oxuya bilir. Çünki bu menyu fransız dilində, həm də yüksək mətbəxin fransız dilində yazılmlşdır ki, hətta fransızlar çox vaxt yalnız acizanə olaraq əllərini yelləyirlər.
    Mətbəx nədənsə yeddinci mərtəbədə yerləşır. Yeməklər aşağıya ləng hərəkət edən lift ilə göndərilir, Qızıl Salonda boş-qablara qoyulur və oradan ağ gödəkçədə olan ofisiantlar dəstəsi təxminən 4 saat ərzində böyük pilləkənlərlə aşağıya, Mavi Salona daşıyırlar (ofisiantlar təxminən saatda on kilometr sürətlə hərəkət edirlər). Yüz qırx ofisiant yeməyə, əlli ofisiant şəraba cavabdehdir. On ofisiant ehtiyatda olur, amma, onlar da fasiləsiz məşğuldurlar. Digər on ofisiant xüsusi istəkləri yerinə yetirmək qayğısına qalır.
     Vegeterianlar və allerqiklər onlar üçün xüsusi hazırlanmış yeməklər alırlar. Təşkilatçılar əvvəlcədən hər şeyi bilir. Bütün istəklər yerinə yetirilir. Mümkün olmayan heç nə yoxdur. Dessertlərdən əvvəl 20 dəqiqəlik musiqi fasiləsi təklif olunur. Bu zaman mavi işıqla işıq­lan­dı­rı­lan pilləkən səhnə rolunu oynayır. Alqışlar kəsiləndən sonra salon qaranlığa qərq olur. Hamı bilir ki, indi Glace Nobel veriləcək. 
      Gecə saat birdə Qızıl Salonda rəqslər başa çatır.
 
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
 kimya elmləri doktoru, 
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi
 


Facebook-da paylaş