
Alman kimyaçısı və biokimyaçısı Hans Eyqen Fişer Frankfurtda anadan olmuşdur (1881-ci ilin iyulun 27-də). O, Ştutqartda ibtidai məktəbi bitirdikdən sonra orta təhsilini Visbadendəki Humanitar Gimnaziyada alıb. Əvvəlcə Lozanna Universitetində, sonra Marburq Universitetində kimya və tibb üzrə təhsil alıb. Marburqsk Universitetini kimya ixtisası üzrə bitirmişdir (1904) və bir neçə ildən sonra tibb üzrə doktorluq dərəcəsi almışdır (1908). Əvvəlcə Münhedə ikinci Tibb klinikasında, daha sonra elmi rəhbərinin yanında Birinci Berlin Kimya İnstitutunda və Frank O. adına Fiziologiya İnstitutunda lektor kimi işləmişdir (1910-1916). Hans Eyqen Fişer İnsbruks Universitetinin (1916-cı ildən), Vyana İniversitetinin (1918-ci ildən), Münxendəki Ali texniki məktəbin professoru olmuşdur (1921-1945). Onun əsas işləri pirrol və onun törəmələrinin kimyasına həsr olunmuşdur. Qanın, ödün tərkibinə daxil olan və bitkilərin yaşıl komponentlərində olan pirrol piqmentlərini tədqiqi ilə məşğul olmuş xlorin və digər pirrol birləşmələrini (1920), bilrubini sintez etmiş (1931), alfa-xlorofilin (1929) və betta-xlorofilin quruluşlarını müəyyən etmiş (1940), porfirinlərin vinil qruplarının hidrazin ilə reduksiyasının şərhini vermişdir (1941). Alimin apardığı böyük həcimli elmi-tədqiqat işlərinin arasında ən əhəmiyyətli tədqiqatı bilirubin və heminin sintezi (1929) idi. O, göstərmişdir (1929) ki, qanın hemoqlobini qlobin zülalından və heminin dəmir ilə malik kompleksindən ibarətdir.Hans Eyqen Fişer “Heminin və xlorofillin tərkibinin tədqiqinə, xüsusən də heminin sintezinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1930) . O, Prussiya Elmlər Akademiyasının və Bavariya Elmlər Akademiyasnın üzvü olmuşdur.
Hans Fişer 54 yaşında (1935) Viltrud Hauf ilə ailə həyatı qurmuşdu. O, Münhendə İkinci Dünya nüharibəsinin son günlərində institutunun və tədqiqatlarının məhv olması səbəbindən 63 yaşında həyatına intihar ilə son qoydur (1945-ci ildə 31 martda).
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş