Zülfüqarovların sevimli Amili...





Atasının oxşarıdır
Babasının qürurudur,
Nənəsinin göz bəbəyi
Anasının sevincidir.

   Evdə hər kəsin sevimlisi, anası Xəyalənin ürəyi, sevinc qaynağı olan Amil Zülfüqarov zəhmətkeş bir ailənin övladıdı. Valideynlərinin və baba-nənələrinin istəklisi olan bu balaca oğlan zəkası, ağıllı cavabları ilə hamını heyran qoyur. Babası Elxana və atası Elmana simaca çox oxşayır. Amil bu günlərdə 5 yaşını tamamlayıb 6 yaşa keçdı. O bu il sentyabrın 15-i ilk dəfə məktəbə qədəm basacaq. Hazırlıq qrupuna hazırlaşan Amil çoxlu şeir öyrənib, saymağı bacarır. Söz verib ki, məktəbdə çox yaxşı oxuyacaq. Çünki arzuları var. Böyüyəndə diş həkimi olmaq istəyir.

Amil çox istiqanlı uşaqdı. Evlərinə qonaq gələndə sevinir. Kim gəlsə mehribanlıqla qarşılayır. Böyüklər kimi hal-əhval tutur. Amma inadkarlığı da var. Əsəbiləşəndə üzünü görmə, istədiyinə nail olmasa aləmi dağıdar. Belə vaxtda istiqanlı oğlan dönür olur "dəliqanlı". Evin balaca kişisi, ilk nəvə payıdı ailəyə. Dəcəlliyinə də söz ola bilməz. Babası onu bir gün görməsə darıxmaqdan bimir nə etsin. Hətta bir müddət ondan ayrı düşəndə kövrələrək- “axı mən onun üçün darıxıram, ürəyim partlayır dözmür Amilsiz” demişdi. Məlahət nənəsini cırnatmaqdan zövq alsa da sonradan boynuna sarılıb nənəsinin könlünü alır. Düz deyiblər, nəvə övladdan daha şirin olur. Bu sözlərdə böyük həqiqət var. Amil sevənlər arasında Vüsalə xanım və Zileyfə nənəsinın yeri başqadır. Ədalət babası, dayısı Fərid, xalaları Tubu və Nərmin, Amilin hər arzusunu anında həyata keçirməyə hazırdılar. Amma bəlli həqiqətdir ki, uşaq üçün ananın yerini heç kəs verə bilməz. Cəmi 2 gün sevdiklərinin yanında qalandan sonra gözləri hər yerdə  anası Xəyalə xanımı axtarır.

Anası könlünə düşdüsə, gecə yarısı belə tələb edecək ki, məni anamın yanına aparın. Xəyalə xanım da övladlarına çox bağlı insandır. Bütün analar kimi, o da  övladları üçün hər fədakarlığa hazırdır.  Sevimli Amilimiz ailəsinə, vətənə layiq bir övlad kimi yetişsin.

Amilsevərləri təbrik edirik, ilk təhsil pilləsində isə uğurlar olsun deyirik. Amilə sağlam və mənalı bir həyat arzusuyla...

Aysu Əsgərqızı


Facebook-da paylaş


3D принтер купить в Казахстане . авто под заказ из кореи екатеринбург . Укладка оои на http://www.farmprof-ukladki.ru. . Вызвать мужа на час смотрите на http://в-экстазе1.рф.