Kuznetsov: “Sərhəd 1921-ci il xəritələri ilə çəkilə bilər”

 
    Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, artıq üç fakt danılmaz olaraq erməni xalqı tərəfindən qəbul olunacaq: Qarabağ Azərbaycandır, Ermənistan məğlub ölkədir, dövlət sərhədi Azərbaycanın istədiyi yerdən keçəcəkdir!
Bu barədə tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.
   “Hətta sərhədlər 1975-ci ilin xəritələri ilə deyil, 1921-ci ilin xəritələri ilə çəkilə bilər”, – deyə həmsöhbətimiz qeyd edib.
Onun sözlərinə əsasən, Ermənistanın daxili siyasi həyatı getdikcə daha çox “Şapito” sirkinə oxşayaraq “Absurd teatrına” çevrilir.
   “Erməni siyasətçilər öz xalqına, onların milli-dini şüuruna xas olan ən pis, mental cəhətlərini bütün dünyaya göstərdilər. Dünya ictimaiyyəti ermənilərin iç üzlərini gördü”, – deyə Kuznetsov qeyd etdi.


Facebook-da paylaş