Astaralı gənc rəssamların sənət uğurları...

Gənc istedadların uğurları Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayevanı ürəkdən sevindirir.
Söhbət əsasında Naibə xanım dedi: - Artıq astaralı gənc rəssamların sənət uğurları diqqət mərkəzindədir. 2019-cu ilin yanvar ayında Yaponiyanın Kanagava şəhərində iyirminci Dünya Uşaq İncəsənət Sərgisi keçiriləcək. Sərgidə 100 ölkədən 6-15 yaşlı istedadlı uşaqların çəkdikləri rəsmlər nümayiş olunacaq. Bizdən də 19 gəncin əl işləri beynəlxalq sərgiyə göndəriləcək. Göndərilən rəsm əsərlərinin mövzusu Azərbaycanın milli adət-ənənələri, müxtəlif təbiət mənzərələri, əhalinin həyat tərzi və xalq nağıllarından ibarət olacaqdır. Əminəm ki, uşaqların yaratdıqları rəsm əsərləri Yaponiyada yüksək səviyyədə sərgilənəcək. Gənc rəssamlar böyük həvəslə yaratdıqları əl işlərini sahmana salıb sərgiyə göndərməyə hazırlaşırlar.
İmza: Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Facebook-da paylaş