NƏ NİSGİLDİR GÖZLƏRİNDƏ DONUBDU, YAXUD ƏNVƏR ŞIXLARIN POEZİYASI HAQQINDA
Müasir poeziyamızda, illah da Qarabağ ədəbi mühitində öz yeri olan, qələminə, fəlsəfi düşüncələrinə daim hörmət bəslədiyim şair Sabir Şirvan Zalov (Zalov Sabir Əvəz oğlu) bir dəfə mənə dedi: “Sənə bir kitab verəcəyəm, oxuyub fikirlərini yazarsan”. Bu söhbətdən bir qədər sonra telefonuma bir zəng gəldi: “Müəllim, sizə çatası kitab var məndə, onu necə verim?”.“Kimdir”- deyə soruşdum. Danışan Yavərdir (Zalov Yavər Rizvan oğlu). Bu, o Yavərdir ki, otuz ildən sonra erməni işğalından azad olunmuş kəndimizdə, düşmənimizin bizə olan nifrətinin miqyasını göstərən xaraba qalmış evimizin beş addımlığında babamızın adını daşıyan Şirvan bulağının başında qara zurnada “Bayatı Kürd” çalırdı. Bulaq başındakı qocaman qoz ağacının gölgəsində Yavər Rizvan oğlunun milli ruhda köklənmiş nəfəsindən qopub gələn qara zurnanın səsi elə bil bu yerlərə həsrət dünyadan köçənlərin ruhunun ah-naləsi idi. O səs aylardır qulağımdan getmir... Nə isə...
Kitabı götürdüm... Ənvər Şıxlar “Seçilmiş əsərləri” ... (Ənvər Şıxlar “Seçilmiş əsərləri”, Bakı Mətbəəsi, 2022, səh.344). Kitabı birər-birər oxuduqca bir məqam diqqətimi çəkdi. Şairin ehtibarsız “Dünya” obrazına özünəməxsus münasibəti.
Qaydalar içində öz qaydası var,
Dünyalar içində öz dünyası var,
Nə qonum qonşusu, əqrəbası var,
Bir əlidir, bir öz başı dünyanın.
Mən burada Vətəni yağmalanmış, uşaqlığı, gəncliyi fələyin badi fənasına getmiş, ömrünün müdrik çağlarında Vətən həsrətiyilə qovrulan, sanki qələmdən ayrı düşən, daxilən yazıb yaratmaq eşqi ilə çırpınan bir hissin göynərtisinin qələmə alınmasınıda görürəm.
Rəssam rəngləri ilə vurar yaraşıq,
Şairdə bükəcək sözə dünyanı.
Çağdaş Azərbaycan ədəbiyyatının və milli şeirimizin kamil və ötkəm, təsirli və dəyərli poetik nümunələrini yaradan şair Ənvər Şıxların irsində DÜNYA mövzusunun ecazkar bir bədii tutumu var. Bu mövzu şairin bütün yaradıcılığında izlənilir və qırmızı xətt kimi keçir. Çünki bu məqam onun üçün çox həssas bir mövzudur. Təsadüfi deyil ki, şair DÜNYA mövzusunda şeirlər silsiləsi yaratmışdır. Ənvər Şıxların “DÜNYA”şeirləri mahiyyət etibarı ilə eyni mərama, məntiqə xidmət edir və bütövlükdə ümummilli məsələyə köklənib. Bu da Ənvə Şıxların ədəbi irsinin səciyyəvi xüsusiyyəti, fərdi üslubunun məziyyətlərindən biridir.

Hər bir Azərbaycan vətəndaşı, ələlxüsus da qarabağlılar Vətənimizin bir parçası olan Qarabağın işğalının ağrı acısını düz otuz il ürəyində gəzdirib. Bir çoxları üçün bu otuz il sadəcə vaxt axınından ibarət olan birzaman, Ənvər Şıxlar üçün isədərdli, yurd həsrətini ovunduran qəmli anların simfoniyası olubdur. Onun əsərlərində qəriblikdə qalan yurdun dərələri, bulaqları, dağların döşündəki insan ayağına həsrət qalan çığırların qəmli nəğmələri oxunur. Onun yaradıcılığını mütaliə etdiyimiz zaman görürük ki, o, müraciət etdiyi bütün mövzuların bədii portretini yaradır, amma yurd həsrəti, Vətən sevgisi mövzusu Ənvər Şıxlar yaradıcılığının sütununu təşkil edir. Şair DÜNYANIN gərdişindən nə zaman yazırsa yazsın, bu mövzu həmin əsərin süjetini təşkil edir. Bütövlükdə, Vətənə sevgi, insana məhəbbət, Ənvər Şıxların gəncliyi keçən doğma Qarabağın hər qarışı şairin yardıcılığında bir vəsf obyekti, təbiət lövhəsi deyil, bu yurd bəzən baş qəhrəmandır, bəzən canlı bir obrazdır, bəzənsə sirdaş, dərddaş, xitab yeridir.
Eşqin göylərində süzmək istəsən,
Can üzən həsrətə dözmək istəsən,
Sevən ürəklərdə gəzmək istəsən,
Nigari qəzəli ol qarabağda.
Qurbanidən üzü bəri “Bənövşə” obrazına çoxlu müracətlər olub. Qurbaninin “Bənövşə”si ədəbiyyatımıza yeni bir mövzu – insan və təbiət münasibətlərinin fəlsəfəsini açılmasına həsr olunmuş əsərlər gətirdi.Bənövşəyə yüzlərlə şeir həsr olunsa da, heç bir şeirin ömrü Aşıq Qurbaninin “Bənövşə”sinin ömrü qədər uzun və ətirli ola bilməz. Məlumdur ki, insan və təbiət gözəlliklərinin vəhdəti Qurbani yaradıcılığında bir-birini tamamlayır. Bu baxımdan Ənvər Şıxların “Bənövşə”si Qurbaninin “Bənövşə” zirvəsinə aparan yüzlərlə yolun ən işıqlısı və hamarıdır.
Nə nisgildir, gözlərində donubdu?
Tale səni qəmə heykəl yonubdu?
Qismətinə ayrlıqmı qonubdu,
Qaş-qabağı tökülüsən, bənövşə?
Qəribsən, heç bir gülə qatmaram,
Küskünlüyü sənə irad tutmaram.
Qurbanidən yadigarsan, atmaram,
Ürəyimə əkilisən, bənövşə.
Ənvər Şıxlar Azərbaycan ədəbiyyatının ənənələrindən və dünya poeziyasının nailiyyətlərindən məharətlə bəhrələnərək özünəməxsus ifadə tərzi və dəst-xəttilə xalqımızın söz sənəti xəzinəsinə layiqli töhfələr veribdir. Onun yenilik hissinin hakim olduğu, lirik-fəlsəfi ümumləşdirmələrlə zəngin poeziyası ənənə ilə novatorluğun vəhdətinin təcəssümüdir.
Yaradıcılığı boyunca mürəkkəb təkamül yolu keçən Ənvər Şıxlar poeziyasının əsasqayəsi universallıqdır. O, şəxsi təcrübəni ictimai və ümumbəşəri dəyərlərlə birləşdirməyi bacarır. Ənvər Şıxların əsərləri cəm halında toplansa onun ana xətti həyat haqqında böyük bir epopeya kimi oxunar.
Ömrü boyu insan görüb-götürür,
Həyat adlı məktəbi var dünyanın.
Onun poeziyasında həyat bütün çalarlarıyla - sevgisi, nifrəti, yaşamı, ölümü, fərəhi, ikrahı, duası, küfrü, ümidi, ziddiyyətləri ilə birgə əksini tapır. Ənvər Şıxların şeirlərində ən adi görünən detal belə, böyük mənası olana aparan çəhlimdir, cığırdır, yoldur.
Ənvər Şıxlar poeziyasında təbiət peyzaj təsvirindən daha geniş, mənəvi anlam daşıyır və həyatın, məişət və cəmiyyətin, insanın təbiətini əks etdirir.Təbiət – dərələr, dağlar, meşələr, kəkliklər Ənvər Şıxlar şeirlərində çox işlənən poetik obrazlardandır.
Boranlı qış başı üstən keçəndə,
Şaxtanı özünə bir yar seçəndə,
Dağlar ağ duvaqda “gəlin köçəndə”
Baxıb heyrətindən donar dərələr.
Burada dərələr, dağlar yalnız təbiətin bir parçası kimi deyil, həyatın, cəmiyyətin qanunları ilə yaşayan canlı orqanizm kimi təsvir olunur. “Xatirinə”, “Kəkliyi” və digər bu kimi şeirlərdə, adətən, şair təbiətə dostu, həmfikri, sirdaşı kimi müraciət edir. Ənvərin şeirlərində Tanrının istəkli çağına düşüb gözəl yaradılan, çığası sayrışan çilçırağa oxşayan qəribə dona bürünmüş kəklik lirik qəhrəmanın daxili təlatümünü, əhval-ruhiyyəsini əks etdirir.
Cuxcux iləçırpınanda lələyi,
Adamın sinədən qopar ürəyi,
Gözəllərin başdan düşər örpəyi,
İnanmırsan, özün sına kəkliyi.
Ənvər Şıxlar yaradıcılığı üçün xarakterik olan cəhət təbiətin bir parçası olan vətəndaş - insan axtarışıdır.Heç vaxt yalan danışmayan, qəlbinin yörü-yöndəmi dəyişməyən, yaxşını yamandan seçən, düz ölçüb-biçənhalal bir vətəndaş – insan.
Ənvər Şıxların şeirlərində Qarabağ, doğma Şıxlar kəndi olmadan bütün dünya, bütün kainat bir heçdir. Vətəndən ayrı otuz il zillət çəkən şair əyri-üyrü cığırlarla yorula-yorula çıxdığı dağlara indi əlinin çatmadığından üsyan eləyir, buxar olub vətən göylərinin buludlarına çevrilmək istəyir. Ətəyində dünyaya göz açdığı Ziyarət dağının hər daşı, qayası, bulağı, gülü-çiçəyi, ömrü boyu müqqədəsliyinə sığındığı Şıxbaba türbəsinə gedən bütün cığırlar VƏTƏNDİRonun üçün. O, həsrətilə ömrünü zamanın badi-fənasına verdiyi VƏTƏNİNƏ çatmaq, qovuşmaq istəyir.
Buxar olub hopum boz buludlara,
Qaydıb ələnim göy yaylaqlara,
Sellənib tökülüm o çaylaqlara,
Qoşulub sulara axım, dincəlim!
Ənvər Şıxların poeziyasında məhəbbət mövzusu da xüsusi yer alır. Şairin ayrılıq və sevda fəlsəfəsindəməhəbbət və hicran az qala, ayrılmaz, bir-birini tamamlayan anlayışlardır. Ənvərin sevgi lirikasında ayrılığın, nakamlığın ən gözəl ifadəsi “Gecələr həsrətin yaman olarmış” şeiridir.
Ənvər, bu qədər dərdin möhnətin
Əzabını çəkmək hər şeydən çətin.
Vüsalı qeb olmuş bir məhəbbətin
Ağrısı, acısımürgü vurarmış,
Gecələr həsrətin yaman olarmış.
Bu şeirdə nakamlıq, ayrılıq, həsrət,özü ilə bərabər insanın gücünü, cavanlığını, gözəlliyini alıb aparan zaman kontekstində qabarıq nəzərə çarpır. İllər sonra yaşana biləcək mənzərə tablo kimi, ayrılığın silueti kimi göz önündə canlanır. Şairin “Mənim olsun”, “Həkim qız”, “Sən dərsə gəlməyəndə” şeirləri mövzu etibarilə sanki “Yollarımız görüşdü”dəki ayrılıq tablosunu reallaşdırır: “Qənim oldum gözünə, Haln niyə dəyişdi? Salamın əvəzinə gözlərindən sürüşdü, iki damcı yaş düşdü. Demək bu iki damcı eşqin qəlbə verdiyi sonuncu göstərişdi... Biz yox, bizi gətirən yollarımız görüşdü”.
Ənvər Şıxların bütün poetik yaradıcılığı Vətənə, insana, həyata, sənətə, dünyayasevgidən yoğrulub. Onun yaradıcılığıoxucunu sevgiyə, xeyirxahlığa, dostluğa, vətənpərvərliyə, gözəlliyə yönləndirir.
Əli Zalov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru, professor,
Qabaqcıl Təhsil işçisi.

Facebook-da paylaş