1923-cü ildə kimya sahəsində Nobel mükafatçısı - FRİTS PREQL (1869-1930)

 


Avstriya analitik kimyaçısı və fizioloqu Frits Preql  Avstrya-Macarıstanın Laybax şəhərində (indi Sloveniyanın Lyublyana şəhəri) anadan olmuşdur (1869-cu ildə sentyabrın 3-də).Preql Fris ikinci böyük ali məktəbi olan Qrats Universitetinin tibb fakultəsini bitirmişdir (1894). On beş ilə yaxın həmin Universitetdə işləmişdir (1894-1910). Sonra həkim – oftalmoloq peşəsindən əl çəkib (1904), Berlin Universitetində dünya şöhrətli alim Emil Fişerin yanında kimyanın sirlərinə yiyələnmişdir. Onu öd turşuları və insan sidiyindəki azotlu birləşmələr xüsusilə maraqlandırırdı. Bu sahədə ki, fəliyyəti nəzərə alınaraq bir qədər sonra ona Qratsk Universitetində fiziologiya kafedrasında doktor vəzifəsi təklif olunur (1899).  Öd turşularını və proteinlər kimyasını öyrənərəkən  Preql analiz alınan maddələrin olduqca az olması səbəbindən analizin aparılması zamanı çətinliklərlə qarşılaşır. Onun zamanında analiz aparmaq üçün kifayət qədər böyük miqdarda  maddə tələb olunurdu ki, bu da Preqlinin təcrübələrini icra olunmasını çətinləşdirirdi. Ona görə də kimyəvi analiz üsullarını təkmilləşdirmək lazım gəlirdi. Preqlin qarşısında duran ilk məsələlərdən biri ondan ibarət idi ki, adi kimya praktikasında istifadə olunandan daha həssas tərəzi yaratsın.Kimyəvi tərəziləri təkmilləşdirərək Pereqli onların dəqiqliyini on dəfələrlə artırdı. O, əsasən karbon, hidrogen, oksigendən  azot, fosfor, kükürd və digər elementlərdən ibarət üzvi maddələrin molekullarının öyrənilməsi ilə məşğul olurdu.Bu birləşmələrin analizi onların tərkibinə daxil olan elementlərin kütlə nisbətinin təyinini tələb edirdi. Bu çətinliyi aradan qaldırmaq üçün Preql xüsusi filtr kəşf etdi ki, onun vasitəsi iləkarbon qazı və sudan başqa nə varsa hamısını tuta bilirdi. Öz tədqiqatlarını davam etdirərək o, mikroanaliz üsulları işləyib hazırladı. Bu üsul da üzvi birləşmələrdə hallogenləri, karbiksil qruplarını təyin etməyə imkan verdi, həmçinin şüşə üfürənin köməyi ilə olduqca kiçik ölçülü yeni aparat hazırladı. Alimin yeni ixtiraları həmçinin kimyəvi analiz müddətinin də qısaldılmasına gətirib çıxarmışdır. Onun təklif etdiyi üsullar olduqca az mürəkkəb və hiss olunacaq dərəcədə daha dəqiq olub mürəkkəb biotibbi birləşmələrin analizi üçün xüsusilə əhəmiyyətli idi.
Preqli “üzvi maddələrin mikroanalizi üsullunu ixtira etdiyinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1923). Onun laboratoriyası üzvi mikroanalizin  dünya şöhrətli mərkəzinə çevrilmişdi. Preqli heç vaxt ailə qurmamışdı.  Ölümündən əvvəl o, böyük miqdarda pul vəsaitini mikrokimya sahəsində nailiyyətlərə görə mükafat müəyyən etmək üçün Vyanada Elmlər Akademiyasına köçürmüşdür.
Frits Preqli  Avstriyanın Qrats şəhərində 61 yaşında vəfat etmiş və Zentralfriedhof Grazdir qəbirsanlığında dəfn edilmişdir.(1930-cu ilin dekabrın 13-də).
 
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş