Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ

AZƏRTAC-ın bununla bağlı sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, MDB müdafiə nazirlərinin Daşkənddə keçirilən 75-ci iclasında Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb.
“Bir daha bəyan edirik ki, iddia olunduğu kimi, nə bağlı qapılar arxasında, nə də ümumiyyətlə, belə bir danışıqlar keçirilməyib. Bu kimi iddiaları qəti surətdə təkzib edir və bildiririk ki, yayılan xəbərlər tamamilə yalandır, həqiqətə uyğun deyil”, – Müdafiə Nazirliyindən sorğuya verilən cavabda belə deyilir.
Facebook-da paylaş