LAYLAM, XOCALIM, LAYLAY
Hörmətli oxucu, bağışla məni! Ona görə ki, bu şeir mübariz əhval-ruhiyyənizi əks etdirmir. Dəhşətli avtomobil qəzasında həlak olan Sübhi və Ziyadxamn faciəli surətdə həlak olması məni yamanca kövrəltdi. Qarabağda baş verən itkilərimiz bir-bir gəlib gözlərim önündən keçdi, dərdlərim yenidən tüğyan eylədi. Qarabağda, Xocalıda itirdiklərimiz az imiş kimi, son illərdə Xocalısız say- seçmə övladlarımızın vaxtsız dünyalarını dəyişmələri məni yaman-yaman yandırdı. Həsrət çəkə-çəkə, göz yaşı tökə-tökə, Xocalıma laylay çalmaq qənaətinə gəldim.
LAYLAM, XOCALIM, LAYLAY
(Xocalısız, vaxtsız dünyasını dəyişən
xocalıların əziz xatirəsinə)
Çal-çağırlar xəyallarda yaşayır,
Övladların qəm yükünü daşıyır,
Ulduzların yanıb-yanıb sayrışır.
Laylay, Xocalım, laylay,
Qadan mən alım, laylay.
Çox oyunlar gəldi sənin başına,
Həsrət qaldıq torpağına, daşına,
Qurban olum axan o göz yaşına.
Laylay, Xocalım, laylay,
Qadan mən alım, laylay.
Köhlənlərin yorğun düşüb, yorulub
Cığırların yarıyolda qırılıb,
Səndən ayn çox mağarlar qurulub.
Laylay, Xocalım, laylay,
Qadan mən alım, laylay.
Azmısan dumanda, azmısan çəndə
Vətəndə vətənsiz qalmışam mən də,
Yüz ilin dağı var geniş sinəndə.
Laylay, Xocalım, laylay,
Qadan mən alım, laylay.
Ayrılığın bizə ağır dərd olub,
Küləklər ağarmış saçını yolub,
Xəzan vurub lalə, bənövşən solub.
Laylay, Xocalım, laylay,
Qadan mən alım, laylay.
Səndən sonra mərd oğullar itirdik,
Ömrümüzü vallah, sənsiz bitirdik,
Heç bilmirik nəyi tapıb, gətirdik.
Laylay, Xocalım, laylay,
Qadan mən alım, laylay.
Yaralan qövr eyləyib sağalmır,
Söyüddən, qanqaldan bağça-bağ olmur,
Haqq-ədalət heç bir kəsdən sorulmur.
Laylay, Xocalım, laylay,
Qadan mən alım, laylay.
Hayqıraraq dağı-daşı çaparıq,
İtirmişik səni, bir gün taparıq,
Çöllərində köhlənləri çaparıq.
Laylay, Xocalım, laylay,
Qadan mən alım, laylay...
Qırxqızlıyam, dərdim tüğyan eyləyir
Sənsiz axı heç bilməyir neyləyir,
Dərdsizlərə dərdin hər gün söyləyir.
Laylay, Xocalım, laylay,
Qadan mən alım, laylay...
QASIM QIRXQIZLI
Facebook-da paylaş