“TÜRK XALQLARI VƏ DÖVLƏTLƏRININ TARIXI” haqında


Azərbaycan Dövlət Pedaqoji Universitetinindosenti, t.ü.f.d. Taleh Cəfərov müəllifi olduğu kitabı(“Türk xalqları və dövlətlərinin tarixi” Ali məktəblərüçün dərslik. 2 cilldə Bakı, 2024, Azərnəşr. İ cild 604 s. və II cild 348 s.) mənə göndərib. Əziz Dostum vəqardaşım Taleh müəllimə diqqətinə görə təşəkküredirəm. Düzünü desəm bu hədiyyə çox ürəyimcə oldu. Tanıyanlar bilir ki, mən ixtisasımla yanaşı ədəbiyyata, tarixə də çox maraq göstərirəm. 
Mahiyyət və məzmun baxımdan bütün müasirtələblərə cavab verən bu kitablarda türk xalqları vədövlətləri tarixinin qədim və orta əsrlərlə yanaşı, yeni və müasir dövrləri əks olunmuşdur. Ali məktəblər üçünnəzərdə tutulan “Türk xalqları və dövlətlərinin tarixi” kitabında müəllif ən qədim dövrdən başlamış müasirdövrə qədərki tarixin dərin qatlarında min cür “pərdə”nin altında örtülüb qalmış hadisələri incəliklərinə qədərəhatə etmişdir. 
Türk coğrafiyasının zəngin tarixi irsinin öyrənilməsi bu sahənin tədqiqatçılarının daim diqqət mərkəzində olmuşdur. Bütün elmi-pedaqoji fəaliyyətini türkçülüyün tarixinin araşdırılmasına həsr edən Taleh müəllim əvvəlki illərdə “Erməni diasporu”, “Qondarma erməni soyqırımı faktların dili ilə”, “Erməni diasporunun antitürk fəaliyyəti” adlı monoqrafiyaların müəllifidir. 
Taleh Cəfərov müasir dünyagörüşü baxımından qədim türklərin çoxminillik etnik və dövlətçilik tarixi, təsərrüfat həyatı və mədəniyyəti, bəşər tarixindəki mühüm rolunu mövcud tədqiqatlara, ilkin mənbələrə, elmi araşdırmalara və ümumləşdirilmiş əsərlərə əsaslanmaqla çox əhatəli şəkildə işıqlandırmışdır. Qədim türk etnosunun böyük tarixi, qiymətli və zəngin dövlətçilik ənənələri, dünyanın elm və mədəniyyət irsinin inkişafında əvəzsiz rol oynamışdır. Kitabda Avrasiyanın geniş çöllərində təşəkkül tapan, müxtəlif dilli tayfalarla qonşuluqda yaşayaraq  mədəniyyətini formalaşdıran, hərb tarixinə adını qızıl hərflərlə əbədi yazan,  dünya elm və mədəniyyətinə böyük töhvələr verən türk xalqlarının zəngin tarixi şərh edilmişdir. 
Mütəxəssislərin fikirinə görə türk xalqları və dövlətlərinin tarixinin sistemli təhlili və öyrənilməsi zamanın müxtəlif kəsimlərində bir sıra obyektiv və subyektiv səbəblərdən hərtərəfli öyrənilməmişdir. Tarix elmində uzun müddət hakim olan monosentrizmmüxtəlif svilyasiyaların öyrənilməsinə öz təsirini göstərmişdir. Bu düşüncədən fərqli olaraq türk etnosunun tədqiqatçısı hesab olunan Qumilyov Avrasiyanı svilizasiyanın mərkəzi hesab edirdi. Məqsədli şəkildə indiyə qədər Hind-Avropa dil ailəsinə mənsub xalqların kölgəsində çox səthi araşdırılan türk xalqları və dövlətlərinin tarixinin dərindən öyrənilməsində Taleh müəllimin fəaliyyəti göz qabağındadır.
Kitabin Ön söz müəllifi f.ü.f.d. Cavanşir Feyziyev yazır: “…dərslik Taleh Cəfərovun müraciət etdiyi tarixin bütün dövrlərində öz sözünü demiş türklərin həyatına və onların qurduğu dövlətlərin tarixinə həsr olunmuş növbəti bir əsərdir. …Kitab türk xalqlarının şərəfli həyatının araşdırılmasına həsr edilmişdir.”  Türk xalqlarının mənbəşünaslığı və tarixşünaslığı – Arxeoloji məlumatlar, yazılı mənbələr, antik mənbələr, Bizans mənbələri, Qədim və orta əsr türk mənbələri, Fars, ərəb və rusdilli mənbələrdən istifadə edilməklə yazılın samballı kitabda türklərin tarix boyu yerləşdiyi coğrafi məkan, qurduğu dövlətlər və onların digər dövlətlərlə qarşılıqlı münasibətləri haqqında geniş şəkildə bəhs edilir. 
Zənnimcə kitab gənclərin vətən sevgisinin formalaşmasında mühüm rol oynayacaq. Belə ki, bir xalqın tarixini və entogenezindəki xüsusiyyətləri bilmədən onların müasir tarixini və varlıqlarını dərk etmək mümükün deyildir.
 
 
Əli ZALOV,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət PedaqojiUniversitetinin
Analitik və üzvi kimyakafedrasının müdiri


Facebook-da paylaş