Öz ağlınla, zəkanla zirvələrə ucaldın...


 Ulu Öndər Heydər Əliyev məktəbinin davamçısı, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil İdris oğlu Usubov cənablarının 70 yaşına hörmətlə:
 
Keçdin “Heydər Məktəbi”n, bəhrəsindən güc aldın,Sabitliyin uğrunda zəfər çaldın həmişə,Öz ağlınla, zəkanla zirvələrə ucaldın,Şərəfli ömür yolun gəldi, yetdi yetmişə.
Vətənin ağır günü döyüşlərə atıldın,
General libasında qəhrəman əsgər oldun,
El-oban köçkün oldu, əzabına qatıldın,
Qorudun hər nəfəri, haqqına sipər oldun.
Tarixin sınağından keçdi məsum insanlar,
Səni kimi elinin qayğısına qalanlar,
Adın da dayaq oldu hər kəsə çətin anda,
Yolumuza nur saçdı, “qara bulud” alanda.
Vətəninə, xalqına, rəhbərinə sadiqsən,
Odur, daim yüksəlir gələcəyə inamım,
Sahib olduğun işə lap əzəldən layiqsən.
Sayənizdə sabitdir indi Azərbaycanım!
Qarabağın üstündən “qara bulud” çəkilsin,
Bayrağımız ucalsın, Xocalıda, Şuşada!
O şəhid torpağında gül-çiçəklər əkilsin,
Allahdan arzum budur, Səni yüz il yaşada!

İmza: Şükür Müseyiboğlu, şair-publisist
Ümumdünya Türk Xalqları Konqresinin “Qızıl Medal” mükafatçısı,
“Beynəlxalq sülh səfiri”


Facebook-da paylaş