Misir telekanalında Azərbaycanın mədəni irsindən söhbət açılıb

Canlı yayımlanan verilişin mövzusu “Azərbaycan qadını keçmişdən bu günə qədər” olub.
Verilişdə azərbaycanlı xanımlar milli mətbəximiz, nişan və toy adətlərimiz barədə danışıb, həmçinin milli geyimlərimiz haqqında söhbət açıblar. Azərbaycanda qadınların təhsilə böyük maraq göstərdikləri qeyd edilib. Diaspor fəalları Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrdən də danışıblar.
Verilişdə “Sarı gəlin” xalq mahnısı ifa edilib, ölkəmizin müasir simasını əks etdirən videoçarx nümayiş olunub.
Facebook-da paylaş