Maqomayev adına park və Azərbaycan Mədəniyyət Mərkəzi inşa ediləcək

Səfirliyin və Azərbaycanın Dnepr şəhərindəki diaspor rəhbəri Nəcəf Əhmədovun, şəhər meriyasının birgə təşəbbüsü və dəstəyi ilə inşa ediləcək park, o cümlədən parkın ərazisində mədəniyyət mərkəzi üçün işlənib hazırlanan layihə artıq müvafiq bələdiyyə və dövlət qurumları tərəfindən təsdiqlənib. Parkda Müslüm Maqomayevin heykəlinin də ucaldılması nəzərdə tutulur. Mədəniyyət mərkəzində soydaşlarımızın kütləvi-mədəni tədbirlər keçirmələri üçün hərtərəfli şərait yaradılacaq.
Tikinti işlərinə yaxın aylarda başlanması nəzərdə tutulur.
Facebook-da paylaş