Müzəffər Əli xan Fateh Əli xan oğlu Qızılbaş — Pakistanın maliyyə naziri...

Qızılbaş bəylərinin bir qismi Pakistan ərazisindəki Lahor şəhərinə gedir. Həmin ailələrdən biri də Müzəffər Əli xan Qızılbaşın babası idi. Hələ gənc yaşlarından Pakistanda sayılıb-seçilən, müəyyən mövqe tutan insanlardan olan Müzəffər Əli xan siyasi fəaliyyətinə Birlik Partiyasında başlayıb. Daha sonra Müsəlman Liqasına və Respublikaçı Partiyasına qoşulub. O, İbrahim İsmayıl Çendriqarın baş nazirliyi dövründə, 1957-ci il 18 oktyabrdan 1957-ci il dekabrın 16-a qədər Qərbi Pakistanın Sənaye naziri vəzifəsində çalışıb. 1957-ci il dekabrın 16-dan 1958-ci il martın 18-dək isə yeni Baş nazir Sir Feroz xanın kabinetində sənaye, ticarət və parlament məsələləri üzrə nazir vəzifəsini icra edib. Əli xan Qızılbaş 1958-ci ildə Qərbi Pakistanın baş naziri vəzifəsinə gətirilib. Vəzifədə olduğu dövrlərdə bir sıra mühüm işlər görür ki, bunlar da onun növbəti dəfə yüksək postda təmsil olunmasına zəmin yaradır. Əli xan 1969-cu ildə Pakistanın maliyyə naziri vəzifəsinə təyin olunur. O, bu vəzifəni 2 il - 1971-ci ilə qədər icra edir. Təəssüf ki, Müzəffər Əli xanın nə vaxt vəfat etməsi və harada dəfn edilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Lakin mənsub olduqları Qızılbaş ailəsinin hələ də Pakistanda sayılıb-seçilən ailələrdən olduğu bildirilir.
Ənvər Çingizoğlu
Facebook-da paylaş