Dənizdən əsən şeirlərin mehi...
Şairlikdən öncəki insanlıq...
Yayın bu qaynar havasında oxumağın çətinliyini düşünmədən əziz dostum, şair ürəkli, şair qəlbli, sözünü sevgiylə misralarına hopduran Damət Salmanoğlunun şeirlərini həvəslə oxudum. Bu şeirlərdə qəribə bir sərinlik var. Oxuduqca günəşin göydən od ələyən anlarını da unudursan. Sanki bir dəniz havasına, bir dəniz coşğusuna qoşulursan.
Damət Salmanoğlu Azərbaycanın zəngin bir diyarında- Masallıda doğulub- daha doğrusu, Masallının Öncəqala kəndində. Adı, özü, soyu qədim bir kənddə. Paytaxta erkən yaşlarından üz tutub. Ağlı, fərasəti, istedadıyla Bakı şəhərində özünə həyat qura bilib. Uzun illərdir rəhbərlik etdiyi istirahət məkanı dənizə söykənib. Təsadüfi deyil ki, dostumuz Damət də şeirlərini hər zaman dəniz havasıyla yazır. Dənizin coşan dalğalarıyla pıçıldaşa-pıçıldaşa qəlbindən qopan minbir diləkli, minbir arzulu misraları da qeyri-adi bir həvəslə kağıza köçürür. Əsasən sevgi qanadlı, sevgi ruhlu şeirlərilə tanınır.
Bir əli gənclikdə, bir əli ömrün müdriklik qatındadır. Yaradıcılığında gənclik ruhu, müdriklik ovqatı da var. Sosial şəbəkədə paylaşdığı şeirləri daim izləyirəm. Münasibət bildirdiyim də olur, bildirmədiyim də. Lakin onu bilirəm ki, Damətin ədəbi-poetik yaradıcılığı insanı daha çox nikbin bir ovqata kökləyir. Müəllifin elə bir misrasını tapa bilməzsən ki, ordan sevgi qoxusu gəlməsin. Doğrudur, istedadı ona imkan verir ki, bir çox şeirlərində sevgiylə kədərin qovuşduğu mənzərələrin də poetikasını cızmış olsun. Ataya, anaya, övlada, nəslə, soykökə, Vətənin ayrı-ayrı bölgələrinə, qədim-qayım yurd yerlərimizə, Qarabağımıza, Xocalı ağrılarına həsr etdiyi şeirlər olduqca duyğusal bir ürəyin məhsuludur. Ürək deyirəm filosof şairimiz Rəsul Rza yadıma düşür. “Ürəyəm, döyünməsəm, ölərəm” deyirdi böyük şair. Doğrudan da, Rəsul Rzanın ürəyi hamı üçün döyünürdü.
Şair Damət Salmanoğlunun da geniş qəlbində, aydın baxışlarında hər kəsə yer var. Onun bu yaxınlarda Beynəlxalq “Rəsul Rza” və “Səməd Behrəngi” ədəbi mükafatına layiq görülməsi də ədəbi qurumlar tərəfindən yaradıcılığına verilmiş böyük dəyərdir. Rəsul Rza da, Səməd Behrəngi də adi, sıradan bir şəxsiyyət olmayıb. Rəsul Rza haqqında böyük bilgilərə, təsəvvürə malikik. Səməd Behrəngi isə Cənubi Azərbaycanda yaşayıb - Təbrizdə doğulub. Görkəmli nasir, publisist, böyük müəllim, iranda uşaq yaradıcılığının banisi və s. ədəbi keyfiyyətlərilə tarixi-ədəbi yaddaşda yaşayır. Çox gənc yaşında faciəvi şəkildə həlak olub. Cəmi 28 yaşında Araz çayında, deyilənə görə, şah rejiminin sui-qəsdiylə boğularaq öldürülüb.
Bunları deməkdə məqsədim odur ki, Səməd Behrəngi mükafatına layiq görülmək xırda məsələ deyil. Damət Salmanoğlunun ədəbi aləmdəki çox böyük uğurlarından biridir. Damət Salmanoğlu həm də prezident mükafatçısıdır. Bir neçə şeirlər kitabının müəllifidir. Şeirlərinə insana şən ovqat bəxş edən mahnılar bəstələnib. Tanınmış müğənni, istedadlı şair və yazıçı Zəka Vilayətoğlunun bəstəsində və ifasında bu mahnılar könül oxşayır. Damət Salmanoğlunun Yutubda ədəbi qiraətçilər tərəfindən səsləndirilən şeirləri də insanı daxilən sakitləşdirir, onun düşüncələrini, fikirlərini cəmləyir və dinləyən hər kəsə “dünya, həyat gözəldir” mesajını verir.
Damət Salmanoğlu özü də şeirlərindəki ruhu qədər gözəl bir insandır. Onunla dostluğu, ünsiyyəti həyatın gözəl anlarını yaşamaq qədər dəyərli hesab edirəm. Dostumu layiq görüldüyü nüfuzlu ədəbi mükafatlara görə təbrik etmək istəyirəm. Yaxşı olardı ki, bu yazı zamanında yazılaydı, ancaq hesab edirəm ki, çox da gecikməmişəm. “Rəsul Rza” və “Səməd Behrəngi” ədəbi mükafatlarının sevincini hər an yaşamaq olar. Daha böyük yaradıcılıq uğurları arzulayıram. Əziz dostum Damət Salmanoğlu, lap sonda nə deyəcəyimi sənin misraların əvəzləyir:
Qəlbini boş qoyma, lələ,
Könlündən axsın şəlalə.
Yaşa ömrü gilə-gilə,
Güdaza getməsin ömrün...
Dənizin, torpağın, aydın səmanın, həyat sevgisinin, ülviyyətin, məhəbbətin şairi... Dənizdən əsən şeirlərinin sənət uğurlarının daha da çox olacağına inanıram. Ancaq Zəka bəyin də dediyi kimi, şairlikdən öncə bir insanlıq missiyası var. Sənin yoluna düşən o işığı da görməmək mümkün deyil...
Fariz Çobanoğlu

Facebook-da paylaş