Torpağın əlləri yar əlindədir... Yaxud poeziyanın “Qağayı gülüşü”
Deyəsən, belə demişdilər: hər adamın içində bir şair uyuyur, kimisi o şairi dilləndirə bilir, kimisi yox. Azərbaycan poetik sözünün, poetik fikrinin bələd olduğu bir şairimiz də var- Tamella Pərvin. O Tamella Pərvin ki hər zaman ruhundakı şairlə bir yerdədir. Daim onun düşüncələrini, onun duyğularını nəzmə çəkir, şeir yazır. Poetik düşüncələrini ipə-sapa düzməkdən yorulmur. Hərdən acımağı, şikayətlənməyi də var. Ədəbi orqanlar, ədəbi təşkilatlar, dəqiq desək, elə Azərbaycan Yazıçılar Biriliyindən hər zaman gileylidir. Yazıçılar Birliyinin istedadlı yazıçı və şairlərə ayırdığı prezident təqaüdündən hələ də yararlana bilməyib. Ancaq bu cür xırda inciməklər, küsməklər Tamella xanımı qələmdən ayrı sala bilməz.
Təzələrdə yeni kitabı da çıxıb - “Qağayı gülüşü”. Fərqli, diqqətçəkən ad seçib. Doğrudan da qağayı gülüşünü hər birimiz eşitmişik. Obrazlı şəkildə gülüş deyirik, eşitdiyimiz isə qağayının həyat nəğməsidir. Amma adama elə gəlir ki, dənizlərin, okeanların üzərindən uçan qağayılar uca səmalardan aşağı baxıb dünyaya, dünyanın işdəklərinə gülür. T.Pərvinin şeirləri də bir çox məqamlarda mənə bu təsiri bağışlayır.
Çax qılıncım çəpəl daşın başına,
Bu qayanın bir qılınclıq canı yox.
Düşsün daşım həqiqətin başına,
Həqiqətin bir yalanlıq şanı yox.
Şairi nigaran edən nədir? Hər şeyin satıldığı bu dünyada həqiqət də satılır, ancaq yalandan çox-çox ucuza. Bəli, bazarda yalan həqiqətdən baha satılır. Tamella xanım poetik aləmə geniş üfüqlərdən baxmağı bacarır. Onun üçün mövzu qıtlığı yoxdur. Sevgidən, məhəbbətdən, vətəndən, torpaqdan, dünyanın insan ruhuna hopan bir çox dərdlərindən və rənglərindən yaza bilir və yazır.
Məsələn, “Son gün” şeiri var. Orada ayrılıqdan danışır. Ayrılıq mövzusu daha çox şairlərin mövzusudur və hər şair də ayrılıq adlı hissə, duyğuya zaman-zaman bir rəng qarışdıra, bir don biçə bilib. Bu şeirdə isə tamam fərqlidir.
Bitdi, son günüymüş bu xoşbəxtliyin,
Hamı çıxıb getdi, qaldı ayrılıq.
Neyləyim, əyəsi ölüb bu ömrün,
Gülür künc-bucaqdan güdən ayrılıq.
Sonuncu bənddə isə şair ayrılığa can verməyən inamını yumruq kimi büküb misralara çevirir.
Dayan, ay ayrılıq, səbrini bir bas,
Gözlə, deyilməmiş sözüm var mənim.
Hər gələn əcələ can vermək olmaz,
Uca zirvələrdə gözüm var mənim.
Mənə elə gəlir ki, danışan adamın özü deyil, onun ruhundakı şairin səsidir. Əgər adamın özü danışsaydı, onda biz hər adama şair kimi baxmalıydıq. Tamella Pərvin vətənpərvər ruhlu şairdir, təbiət duyğulu, ürəyi uşaq sevgisiylə dolu, dünyadan küsüb-inciyən şairdir, axır ki şairdir...
Vaqif Yusiflinin onun haqqında yazdığı yaxşı sətirlər var. Görüm hələ necə yazmışdı? Tənqidçi təbiəti sevməkdən bəhs edən abzastında deyir: “Tamella Pərvinin gözəl təbiət şeirləri var və hiss olunur ki, o, təbiəti sevir. Təkcə sevmir, həm də təbiət onun içindədir. Küləyi, yağışı, buludu, çiçəsi, yazı, qışı, gülü, çiçəyilə...”
Təbiət necə təlatümə gəlirsə, dənizlər dalğaları necə sahilə atırsa, bulud necə ağlayırsa, çəmən necə göyərirsə, Tamellanın şeirlərində də mənəviyyatın o sayaq titrəyişləri, qabarmaları, təlatümləri var. Şeirlərindəki poetik mən orijinaldır. Onun üslubu da fərqi xarakter daşıyır, yalnız özünə xasdır. Yadıma bir müqayisə düşür. Eynilə bənəvşöyə bənzəyən bir gül var. Xalq arasında adına “dəli bənövşə” deyirlər. Nədən belə deyirlər? Yəqin ona görə ki, bənövşəyə bənzəyib bənövşə ola bilməmək, həqiqi bənövşə qoxusu saçmamaq dəlilikdir. Tamella Pərvin də öz şeirlərində, poeziyasında, özünün mənəviyyat fəlsəfəsində dəli bənövşə deyil, bənövşənin özüdür. “Qəm gülşəni” şeiri var. Bu şeir də diqqət çəkir.
Nə susub durmusan əlində qələm,
Payıza köklənmiş yay şəhərində.
Bu səhər çöpün də dərdin bilirəm,
Çınqıyıb durmuşam qəm çəpərində.
Dəmiri dəmirə sürtünəndə qığılcım qopar. Burda da sanki titrək hisslər, titrək duyğular bir-birinə toxunub və sözlərin qığılcımını yaradıb.
Tamella Pərvin ən çox yurd ağrılı şeirlərilə yadda qalır. 30 illik Qarabağ həsrəti onun poetik yaradıcılığının nüvəsidir. Sanki torpaqlarımızın işğaldan azadlığı, Qarabağın xilası hamıdan çox onu sevindirib.
Xoş gördük, Qarabağ, qaldır gözünü,
Şirinlik günündür, noğulun gəlib,
Hazırla cıdıra Cıdır düzünü,
Gözün aydın olsun, oğulun gəlib.
Bayramın mübarək, şuşalı qadın,
Sənə Xarı bülbül gətirib oğlun..
Poeziya tarixdən müəyyən məqamlarda uca və dəyərlidir. Çünki poeziyanın elementlərində, poeziyanın özəyində nəslin və tarixin qan yaddaşı yaşayır. Tamella Pərvin bir şair kimi bu məsuliyyəti daha çox dərk edir. Elə bu dərkin nəticəsidir ki, onun bədii yaradıcılığında qan yaddaşı diri olaraq qorunub saxlanılır. Çünki şairin özü milli-mənəvi dəyərlərə söykənib.
“Qağayı gülüşü” kitabı poetik məramları müxtəlif olan şeirlərlə bəzənib. Bu kitab şeirlər çələngi, hisslər, duyğular mənbəyidir.Onun hansı şeirini oxusan, ya qəmlənər, ya sevinər. Ya pərişan, ya da şad olarsan. Şairin şeirləri səmimi duyğuların ifadəsidir- varlığın təcəssümü, insan ruhunun əsintisidir.
Tamella Pərvin Qarabağ sevdalısı olduğu qədər, bizim “Qarabağa aparan yol”un da sadiq dostudur. Bizi bir-birimizə bağlayan bütün sevgilərdən üstün tutduğumuz torpaq sevgisidir. Hansı ki, Tamellanı danışdıran, şeirlərinə ruh verən də ən çox bu sevgidir.
Həyatın hikməti göz önündədir,
Birazdan bu sevgi bar verəcəkdir.
Torpağın əlləri yar əlindədir,
Hərəyə bir gözəl yar verəcəkdir.
Sağ ol, Tamella Pərvin. Amma kaş bu kitabın adını “Qağayı gülüşü” yox, içində həyat çağlayan bu son misran kimi qoyaydın – Torpağın əlləri yar əlindədir...
Fariz Çobanoğlu

Facebook-da paylaş