Ümidin, inamın Əyyubu...
Əyyub Şırlanlı — 75
Azərbaycan poeziyasının cəfakeş nümayəndəsi, Qarabağın mənəvi yaddaşı Əyyub Şırlanlının 75 yaşı tamam olur. Ömrünün 40 ildən çoxunu pedaqoji fəaliyyətə həsr etmiş şair ədəbiyyata, sənətə həsr etdiyi illərilə də könüllərdə yuva tikməyi bacarıb.
Əyyub Şəfahət oğlu Əbdüləzimovu Qarabağın işğalından sonra tanımışam. Bizi bir birimizə dərdimiz, nisgilimiz tanıdıb. Qarabağ ağrısını, parçalanmış Vətənin odu sönməyən yanğısını bütün varlığıyla daşıyan şair 30 illik işğal dövründə qələmi sözün həqiqi mənasında silaha çevirə bilib. Əyyub Şırlanlının bütün yaradıcılığı Vətən mövzusuna həsr edilib. Qarabağ harayından bəhs edən yüzlərlə bədii-publisistik yazının, onlarla şeir kitabının — Vətənin qanlı tarixindən danışan çoxlu sayda araşdırmaların müəllifidir. Onun “Vətən kişiliyə çağırır bizi”, “Vətən yaraları, Vətən harayı”, “Ömrə nur saçan insanlar”, “Qarabağ, dərdinə qurban olum mən”, “Dərdimin üsyanı” və neçə-neçə belə kitabları ədəbiyyatımızın dəyərli səhifələrindən hesab olunur.
Əyyub Şırlanlı tək ədəbiyyat səhnəsində deyil, ictimai həyatın çalışdığı bütün sahələrində qeyrət damarilə çalışıb. Vətənə, xalqa xidmətində həmişə örnək bir şəxsiyyət olub. Azərbaycan elminə, təhsilinə bəxş etdiyi ləyaqətli yetirmələrilə də daim öyünməyə haqqı var.
Bizim “Qarabağa aparan yol” qəzetinin də yorulmaz əməkdaşlarından biridir. Qəzetimizin səhifələrində dərc olunan şeirləri, xatirə yazıları, Qarabağın mənəvi təbiəti, mədəniyyəti, etnoqrafiyasilə zəngin olan məqalələri də oxucularımız tərəfindən daim rəğbətlə qarşılanıb. Bir sözlə, Əyyub Şırlanlı bir anının da boşa getməsinə fürsət verməyib. Ömrünün 75-ci pilləsinə də mərdanə, namuslu bir türk kişisi kimi yetişib... “Qarabağı görməyincə ölmərəm”, deyirdi hər zaman... Qələbədən sonra Qarabağı, Şuşasını ziyarət edən şairin sinəsindəki Vətən dərdinin hələ sağalmadığını görürük. Çünki hələ Araz, Zəngəzur, Göyçə, Dərbənd, Borçalı, Xocalı, Əsgəran, Ağdərə yaraları var... Vətən nisgilli arzular bir deyil, beş deyil. Ona görə də şairin yurdun əsirlikdə qalan yerlərinin qüssəsindən doğulmuş misralarında qəlbin, ürəyin üsyanı səngimir, bu hərarət soyumaq bilmir:
Milyon-milyon arzularım, istəyim,
Bir anlığa yeri-göyü dolanır,
Qarabağsız gəzdirdiyim ürəyim,
Haray çəkib hər gün oda qalanır.
Həsrət dolu misraların mübariz ruhu da yaddaşımızı silkələmək gücündə...
Əyyub Şırlanlı həm də ümidlər, inamlar şairidir. Bütöv Azərbaycan xəritəsindəki tarixi sərhədlərimizin bərpa edildiyi günü də görəcək. Xudafərin körpüsündən keçib bütöv Azərbaycan eşqilə Arazdan ilhamlanacağı günlər də uzaqda deyil...
Şair dostumuzu, dəyərli ziyalımızı bir daha təbrik edir, yeni yaradıcılıq üfüqlərinə doğru inamlı addımlarında uğur diləyirik!
Fariz Çobanoğlu

Facebook-da paylaş