Milli Qəhrəman Albert Aqarunov: “Mən bu torpağın övladıyam...”
Azərbaycan öz müstəqilliyini əldə etdikdən qısa müddət sonra, İsrail onu rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və Azərbaycanla tez bir zamanda diplomatik əlaqələr qurmuşdur. 1992-ci ildən başlayaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda əlaqələrimiz daha da genişlənmişdir.
Azərbaycanda yəhudi xalqına daim yaxşı münasibət bəslənib. İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti vəiqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. Hər iki ölkəni bir-birinə yaxınlaşdıran əsas amillərdən biri də Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır. İki ölkə arasında əlaqələrin kökündə milli-dini tolerantlıq, insani dəyərlər və qarşılıqlı anlaşma dayanır.
İsrail prezidenti cənab İsxaq Hersoq 30 may 2023 cü il tarixində Azərbaycanda rəsmi səfərdə olub. Görüş zamani hər iki ölkənin gələcəkdə müxtəlif sahələrin inkişafına səbəb olacağı qarşılıqlıəməkdaşlığı müzakirə olunub. Cənab prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasinda ticarət dövriyyəmiz 1,7 milyard dollardan çoxdur. Gələcəkdə birgə lahiyələr çərçivəsində daha balanslaşdırılmış ticarət dövriyyəmiz təkcə enerji lahiyəsi amilindən asli olmuyacaq. İkitərəfli görüşdə turizm, kənd təsərüffatı, kiber təhlükəsizlik, müdafiə sənayesi çərçivəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Cənab Prezident İlham Əliyev vurğulayib ki, Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Yəhudi icmasının üzvləri Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafina töhvə verib.
Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında diasporun rolu böyükdür. Yəhudi icması Azərbaycanda ən fəal icmalardan biridir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda yaşayan yəhudilərhaqqında demişdir: “Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır”. Təsadüfi deyildir ki, hələ birinci Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etmişdir. Ona təxribat xarakterli sual verən jurnalistin “Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?” sualına o belə cavab vermişdir: “Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur eləmir”.
Bu cavab, əslində, Azərbaycanda yaşayan yəhudilərin torpağımıza, millətimizə bağlılığının bariz sübutudur.
İnanıram ki, Milli Qəhrəman Albert Aqarunovun mənsub olduğu xalq bizim əbədi dostumuz olaraq qalacaq. İsrail Prezidentinin ölkəmizə səfəriAzərbaycan və İsrail xalqları arasında münasibətlərin daha yüksək səviyyəyə qalxmasında mühüm əhəmiyyət kəsb edəcək.
Əli Zalov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,professor
Facebook-da paylaş