Azərbaycanla Meksika arasında tələbə mübadiləsi aparılacaq

 
     Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini ilə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Səfirlikdən verilən məlumata görə, tərəflər birgə layihələri müzakirə ediblər.
Həmçinin, iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquqi baza kimi ötən il imzalanmış müvafiq anlaşma memorandumunu qeyd edərək bu sənəddə tələbə mübadiləsinin də nəzərdə tutulduğunu dilə gətiriblər.

ADA Universiteti ilə Americas – Puebla Universiteti (UDLAP) arasında əməkdaşlıq məsələlərini də müzakirə edən tərəflər qarşılıqlı olaraq tələbələr üçün yay tədris kurslarının təşkili ehtimalına dair fikir mübadiləsi aparıblar.

Rahib Hətəmli


Facebook-da paylaş