Müəllim haqqında...

 
Ərəb dilində “müəllim” dərs keçən, tədris edən”, Azərbaycan dilinin izahlı lüğətində isə məktəbdə hər hansı bir fəndən dərs deyən adam, nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən deməkdir. Müəllimbilikli, savadlı olmalı, uşaqları və peşəsinisevməlidir. O, uşaqları, gəncləri xalqın, vətəningələcəyi üçün hazırlamağı bacaran vətənpərvərvətəndaş olmalıdır.
Yaxşı müəllim uşaqları sevməli, onlarla ünsiyyətdən sevinc tapmalıdır. Müəllim uşaqların sevinci və kədəri ilə yaşamalı, uşağın qəlbini oxumalıdır.  
Müəllim tədris etdiyi fənnin elmini yaxşı bilməli, onun inkişaf üfüqlərini – yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləməlidir. O, orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox biliyə malik olmalıdır. Dərin bilik, geniş dünyagörüşşagirdlər qarşısında elmin, biliyin, fənnin, tədrisprosesinin cəzbedici qüvvəsini aça bilmək üçünvacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insangörməlidirlər.

Üçüncüsü, yaxşı müəllim psixologiya və pedaqogikaelmlərini bilməlidir. Belə ki, tərbiyə haqqında elmləribilmədən uşaqlarla işləmək yin mümkün deyildir. 
Gənc nəslin mənəvi aləminin memarı olan müəllim həm də öz peşəsinin ustası olmalıdır.  Cəmiyyət ən əziz, ən qiymətli sərvətini, öz ümid vəgələcəyi olan uşaqları, xalqın, dövlətin gələcəyiniformalaşdıran müəllimə etibar edir. 

Müəllimin əsas peşə qabiliyyətini müəyyən edən pedaqoji ustalıq gündəlik fəaliyyətdə, gərgin əməklə qazanılır. Bunlar aşağıdakılardır:
Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur.
Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir.
Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları ilə və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. 
Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. 
İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur.

Cəmiyyətdə müəllimin şəxsi keyfiyyətləri vacib şərtdir. Müəllim yüksək əqidə, məslək sahibi olmalı, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi dəbu ruhda yetişdirməlidir. Müəllim uşaqları, gənclərivətənə məhəbbət ruhunda tərbiyə etməli, onlarıvətənin müdafiəsinə hazırlamalıdır. 
Almaniya kansleri O. Bismark Almaniyanın möhtəşəmliyini alman xalq müəllimi ilə bağlayırdı. Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi hesab edirdi: “Biz qələbə çaldıq ona görə ki, alman müəllimi fransız müəlliminə üstün gəldi”.

Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri və daxilimədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri - düzgünlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlikcəmləşdirməlidir. 

Müəllim dərin biliyə, erudisiyaya malikolmalıdır. Bilik müəllimin əsas silahıdır. Böyükpedaqoq Y.A.Komenski biliksiz müəllimi işıqsızlampaya, susuz bulağa bənzədirdi. Nobel mükafatından imtina etmiş, böyük rus yazıçısıL.N.Tolstoy deyirdi: “Öz işini sevən müəllim yaxşımüəllim, bununla yanaşı uşaqları və fənnini sevənmüəllim isə əla müəllimdir”. 
Müəllim yüksək nüfuz sahibi və uşaqlaranümunə olmalıdır. Dərin biliyə malik, mədəni, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isəasandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinəməsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyindədurmalıdır.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “Mənyer üzündə müəllimdən yüksək ad tanımıram. Hərbirimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyivardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdriklikləvə səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin özmüəllimi vardır və biz bütün ömrümüz boyu onunxatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdəyaşadırıq”.
 
Əli ZALOV
kimya elmləri doktoru, professor,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri, 
Qabaqcıl təhsil işçisi


Facebook-da paylaş