Dünyanın ən şərəfli adı-Müəllim!

Müəllim sənəti bütün dünyada ən şərəfli peşə hesab olunur. Ən yenilməz qəhrəmanı da, ölkəni idarə edən liderləri də, dünyanı irəli aparan yeniliklərə imza atan alimləri də yetişdirən müəllimdir. Başqa sözlə desək, dünyanın məhvəri müəllimin çiyinləri üzərindədir. Lakin hər kəs bu adı daşımağa layiq deyil. Müəllim yüksək mənəviyyatlı, zəngin mütaliəyə malik, savadlı  və bütün insani dəyərlərə sahib olan böyük bir şəxsiyyətdir. Bizim məktəbin dirtoru Sevil xanım Əliyeva da məhz belə şəxsiyyətlərdəndir. Bu gün Beynəlxalq Müəllimlər günüdür, həmçinin  məktəbimizin direktoru Sevil xanımın ad günüdür. Direktorumuz müəllim və şagird kollektivi üçün lazımı şərəit yaradır. Müəllimlərə problemlərin həllində yardımçı olur. Bu gün direktorumuz üçün ikiqat bayramdı. Mən, başda məktəbimizin direktoru Sevil xanımı hər iki əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edirəm, işlərində  uğurlar arzu edirəm. Həmçinin pedoqoji kollektivimizi də təbrik edir, hər zaman şagirdlərinin sevimlisi olmağı arzu edirəm.

Elnurə İsgəndərova,
Abşeron Xızı Regional Təhsil idarə Güzdək qəsəbə tam  orta məktəbin direktor müavini






Facebook-da paylaş