1922-ci ildə kimya üzrə Nobel mükafatçısı – FRENSİS UİLYAM ASTON (1877-1945)

 


Frensis Aston ingilis fiziki və kimyaçısıdır. O, İngiltərənin Xrabron şəhərində anadan olmuş (1877-ci ilin sentyabrın 1-də) Brimingem Masson Kollecində oxumuşdur (1893).  Vulverxemptondakı pivə zavodunda kimyaçı işləmişdir (1900-1903). Brimingem Universitetində ingilis fiziki C. Poytinqin yanında təhsil alır (1903-1908) və həmin universitetdə işləyir(1909). Bir ildən sonra Kembric universitetinin laboratoriyasında və Londonda Kral İnstitutunda məhşur ingilis fiziki Cozef ConTomsonun laboratoriyasında fəaliyyətini davam etdirir (1910-1919). Birinci Dünya müharibəsi zamanı Fariboroda aviasiya zavodunda kimya üzrə məsləhətçi kimi çalışır. Kembric Universitetində çalışan zaman əsas fəliyyəti stabil izotopların öyrənilməsinə həsr olunmuşdur. Bu tədqiqatların nəticəsindəFrensis Aston Cozef Tomson ilə birlikdə  belə bir qənaətə gəlir ki, neon elementi nisbi atom kütlələri 20 və 22 olan iki atom növlündən ibarətdir (1913-cü ildə).Frensis Aston kütləspektroqrafı yaradaraq sübüt edir ki, neon atomunun iki izotopu mövcuddur (1919). XX əsrin 20-ci – 30-cu illərində Aston indi məlum olan əksər stabil izotopları (210-a yaxın) kəşf etmiş, onların kütlələrini və nisbi yayılmalarını müəyyən etmişdir. O, elementlərin “atom çəkilərinin fiziki şkalasını” tərtib edərək (1927), “yığılma əmsalı” anlayışını təklif etmiş və onun kütlə ədədindən asılı olduğunu müəyyən etmişdir. Aston “tam ədədlər qaydasını” təklif etmişdir. Bu qaydaya əsasən elementlərin izotoplarınınnisbi atom kütlələri təcrübələrin imkan verdiyi dəqiqlikhüdudlarında tam ədədlərdir (1920).Aston nəzəri və tətbiqi kimya üzrə Beynəlxalq ittifaqın elementlərin atom çəkiləri üzrə komissiyasının sədri olmuşdur(1936-1945).
Frensis Aston “kütlə spektroqrafının köməyi ilə çoxlu sayda radioaktiv olmayan stabil elementlərin izotoplarının kəşfinə və tam ədədlər qaydasını təklif etdiyinə görə”  kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1922). O, həmçinin London Kral Cəmiyyətinin (1921), SSRİ Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının üzvü olmuşdur.
Aston Kembricdə vəfat etmişdir (1945-ci ilin noyabrın 20-də).
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş