Bu il 60 min ton pambığın yığılması planlaşdırılır

 
      Bu il Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansındakı “Azərpambıq” MMC-nin səpin sahələrindən 60 min ton pambığın yığılması planlaşdırılır. Bunu korporasiyanın baş direktoru Kamran Nəbizadə deyib.
K.Nəbizadə bildirib ki, “Azərpambıq” MMC-nin payına Azərbaycanda istehsal olunan pambığın 30-35 faizi düşür: “Bu il 29 min hektar sahədə səpin aparılıb və 60 min ton pambığın yığılması planlaşdırılır. Gələn il, dövlət başçısının tapşırığına əsasən, səpin sahələrini genişləndirmək, yaxın illərdə isə məhsuldarlığı hər hektardan 23-25 sentnerə qədər çatdırmaq planlaşdırılır. Bu tapşırıq yeni texnologiyaların və yüksək ixtisaslı kadrların cəlb olunması nəticəsində yerinə yetiriləcək”.


Facebook-da paylaş