Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib…


4 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” Ərazi PartiyaTəşkilatının (ƏPT) təşkilatçılığı ilə Aprel döyüşlərinin 9-cuildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə universitetin rəhbərliyi, hərbçilər, professor-müəllim heyəti, şəhid ailələrinin üzvləri və tələbələr iştirak ediblər. Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş bu tədbirdə Azərbaycan torpağı uğrunda şəhid olmuş qəhrəman oğullarımızın ruhlarının daim bizimlə yaşadığı bir daha sübut olundu. Şanlı Zəfərin qazanılmasına zəmin olan, məhz 4 Apreldən başlayan torpaqlarımızın azadlığı uğrunda başlayan döyüşlər öz çətinlikləri, dünyanı bürüyən Covid 19 pandemiyası dövrünə təsadüf etdiyi üçün daha bir tarixi əhəmiyyət daşıyır. Azərbaycan xalqı, Azərbaycan gəncliyi bir daha sübut etdi ki, o döyüşlər unudulmadı, o şəhidlər unudulmadı,  unudulmayacaq.

Tədbir iştirakçıları universitetin foyesində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış “Zəfər guşəsi”ni və Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə Ulu Öndərimiz Heydər Əliyevin heykəli önünə güllər qoydular.

Tədbirdə açılış nitqi ilə “Ü.Hacıbəyli-68” ƏPT sədri dosent Sultənəli Qurbanov çıxış etdi, o Aprel döyüşlərinin əhəmiyyətindən danışaraq, bu qələbənin xalqın və ordunun birliyi, Azərbaycan analarının böyütdüyü qəhrəman oğullarsayəsində qazanıldığını qeyd etdi. 
ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışında Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm hadisə olduğunu, bu qələbənin 2020-ci ildəki Böyük Zəfərin əsasını qoyduğunu və zəmin yaratdığını vurğuladı. C.Cəfərov şəhidlərimizin igidliyinin heç zaman unudulmayacağını və onların gənc nəslə tanıdılmasında ADPU-nun rolunu da qeyd etdi. C.Cəfərova şəhidlərimizin xatirəsinin daim uca tutulacağını, bu günkümüstəqil və güclü Azərbaycanın regionda sabitliyin və inkişafın qarantı olduğu məhz şəhidlərimizin və qazilərimizin sayəsində olduğunu bildirdi. Rektor ordu quruculuğu sahəsində atılan addımların, şəhid və qazilərimizə göstərilən qayğının, Vətən müharibəsindən sonra azad olunan torpaqlarda aparılan genişmiqyaslı quruculuq işlərinin ölkəmizin inkişafında rolunu da vurğuladı. 
Tədbirdə şəhid ailələrinin üzvləri – Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə, şəhid Pəncəli Teymurovun anası Vahimə Teymurova çıxış edərək, övladlarının timsallarında qəhrəman Azərbaycan oğullarının həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söz açıblar. Səmayə xanım Azərbaycanın düşmənlərinin çirkin məqsədlərini, xalqımızın qəhrəman oğullarının qanı bahasına alınan torpaqların müqəddəsliyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Səmayə xanımın dediyi”Qarabağ torpağına bir stəkan su töksən altından iki stəkan qan axar” sözü alqışlara səbəb oldu. 

Tədbirdə Şəhid General Polad Həşimovun anası Səmayə ana, Polad Həşimovun qisasını alaraq 10-dan artıq müxtəlif rütbəli erməni hərbçisilə təkbaşına, üz-üzə savaşıb, ermənilərin bir generalını və polkovnikini öz əllərilə boğaraq məhv edən şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə xanımın çıxışı, onun övladı ilə son görüşü barədə danışdıqları tədbir iştirakçılarında hüzn və qurur yaratdı.

Şəhid Pəncəli Teymurovun  anası Vahimə xanım Pəncəlinin Vətən sevgisindən, onun niyə məhz kəşfiyyat yolunu seçdiyindən, düşmənin hələ də onun ölümünə inanmamasından danışdı. Şəhid anaları və qazilər Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə olan diqqət və qayğısına görə minnətdarlıqlarını da bildirdilər. 
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndəsi Fərid Fərəyad döyüşlər zamanı hərbçilərimizin göstərdiyi igidlikdən və döyüş ruhundan danışdı, Azərbaycan Ordusununbirliyindən, Vətənə sədaqətindən danışdı.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxış edərək Aprel döyüşlərinin tarixi əhəmiyyətindən və bu cür tədbirlərin gənclər arasında vətənpərvərlik ruhunun aşılanması baxımından vacibliyindən söz açdı.  
 
Amaliya Muradova,
ADPU, BTT kafedrasının dosenti




Facebook-da paylaş