Ermənistan Qarabağdakı itkilərini AÇIQLADI

   "1 yanvar tarixindək Dağlıq Qarabağda həlak olan 3330 nəfərin qalıqları ilə bağlı məhkəmə-tibbi ekspertizası aparılıb".
    Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqhosyan feysbukda yazıb.
Onun sözlərinə görə, döyüş əməliyyatları başlayandan - 27 sentyabr tarixindən bu yana 1441 ölmüş hərbçidən genetik material nümunələrin götürülüb. 871 nümunə ekspertizaya göndərilib, 436 cəsəd (onlardan 66-sı son 10 gündə) müəyyən edilib.
Bildirilib ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin mütəxəssisləri genetik analizatorlardan istifadə edərək tədqiqatları davam etdirirlər.

T.İSMAYIL


Facebook-da paylaş