Ərdoğan seçildi - Türkiyə və Türk dünyası qazandı...
28 may 2023 cü il Türkiyədə Prezident seçkilərinin 2-ci turunda Rəcəb Tayyip Ərdoğan 52.16 faiz səslə qalib gəldi. Bu qələbə, Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirilməlidir. Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də qüdrətli dünya dövləti kimi Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.
Türkiyə xalqinin 85 faizinin seçkilərdə fəal iştirak etməsi Türkiyənin seçki sisteminin şəfafliğini göstəricisidir. Türkiyə dövlətinin 2003 cü ildən bu günə kimi istehsalatdan yatırıma qədər böyük inkişafa nail olması, Rəcəb Tayyip Ərdoğanın aparmiş olduğu düzgün siyasətin, strateji qərarların verilməsi, Türkiyəni dünya miqyasinda aparici dövlətlərdən birinə çevirmişdir.
Hələ 2003 ildən əvvəl Türkiyədə yaranan, xəstəxana, yol, su, təbii qaz və s. bu cür problemləri iqtidara gəldiyi müddətdə həll etməsi Türkiyəni fəlakətə sürüklənməkdən qurtarması, Türkiyədə nüfüz qazanması, Rəcəb Tayyip Ərdoğan müsahibələrinin birində “Türkiyə 100 ili başlayir” deməsi, qərbin imperialist qüvvələrinin müxalif düşüncəli insanların bu inkişafa kölgə salmaq cəhdləri bu seçkilərlə bərabər puç oldu.
Qərbin dəstəklədiyi Kamal Kılıçdaroğlunun Azərbaycanı türk dünyasının iqtisadi yol xəritəsindən kənarda saxlaması, Türk dünyası ilə əməkdaşliqda maraqsız olduğunu, qərbin apardığı siyasi xətlə getdiyini açıq aşkar göstərirdi.Ərdoğanın yenidən Türkiyənin 13-cü prezidenti seçilməsi Kamal Kılıçdaroğlu ilə yanaşı onu dəstəkləyən imperialist düşüncəli Qərb media nəhənglərini də məyus etdi. Daim qərbin himayəsinə sığınan aciz Ermənistan dövləti, onu təmsil edən politoloqlar “Türkiyənin hazırkı prezidenti Ərdoğanın seçkilərdə qalib gəlməsi... Ermənistan üçün də çox təhlükəlidir” deyirlər”.
Rəcəb Tayyip Ərdoğan Türkiyə Cümhuriyyəti Prezident seçkilərinin 2-ci turunda qazandığı parlaq qələbə Türkiyə dövləti, qardaş türk xalqı və bütün türk dünyası üçün uğurlu olacaq. Seçkiləri diqqətlə izləyən Prezident İlham Əliyev və Azərbaycan xalqı bu qələbəyə inanırdı. Təsadüfi deyil ki, hələ ilk turun nəticələrindən dərhal sonra Prezident İlham Əliyev Prezident Ərdoğana zəng edərək birinci təbrik etmişdir. 2-ci turun seçikinin nəticələri elan olunandan az müddət sonra Azərbaycan prezidenti İlham Əliyev qardaş dediyi, arxa-dayaq bildiyi Ərdoğanı qələbə münasibəti ilə təbrik etdi. Ərdoğan bunu İstanbulda xalq qarşısında çıxışında elan etdi.
Ərdoğanı ilk təbrik edən dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyev olması bizim çox güclü qardaşlıq əlaqələrimizin olmasından xəbər verir. Azərbaycan və Türkiyə liderləri arasındakı münasibətlər eyni zamanda ölkələrimiz arasındakı münasibətlərin də inkişafına bilavasitə təsir göstərir. Bu qələbə Türk Dünyasının dövlətlərini daha da möhkələndirəcək, birləşdirəcək və yeni zəfərlər fəth etməsi üçün zəmin olacaq.
İnanıram ki, türk xalqının ağıla, düşüncəyə söykənən bu seçkilərinin nəticələri Türkiyə üçün hüzura, istiqrara, rifaha, sülhə yardımçı olmaqla yanaşı, bu coğrafiyaya, başda Azərbaycan olmaqla, Türk dövlətlərinə, hüzur gətirəcək. Güclü Türkiyə regiondakı problemlərin ədalətli həllinə həmişəki kimi dəstək olacaq.
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri, professor
Facebook-da paylaş