1920-ci ildə kimya üzrə Nobel mükafatçısı – GERMAN VALTER NERNST (1864-1941)

German Valter Nernst ŞərqiPrussiyanın Brizen şəhərində anadanolmuşdu. Həmin ərazi indi PolşanınVombjezno şəhəridir (1864-cü iliniyunun 25-də).Nernst gimnaziyanı qızıl medal iləbitirərək Sürix universitetinin təbiətfakultəsində oxumağa başlayır (1883). Burada dörd il oxuyur və professor Q. Veberin təklifi ilə Berlinə gəlir. BerlindəGerman Helmholtsun, daha sonra Qratsagələrək Lyudviq Boltsmanın yanında təcrübə keçir. Boltsmangənc Nernstin istedadını görür və ona tapşırır ki, elektrikcərəyanına maqnetizmin və istiliyin təsirini tədqiq etsin. O, Boltsmanın tələbələrindən biri olan V. Kolrauşun rəhbərliyialtında işləməyə başlayır. Nernst göstərdi ki, bir tərəfindənqızdırılan və elektrik sahəsinə perpendikulyar yerləşdirilənmetal keçirici elektrik cərərəyanını generasiya edir. Bu elminəticələrin çap olunmasından sonra 23 yaşlı Nernstə doktorluqdərəcəsi verilmişdir.Təxminən həmin vaxtda o, Svante Arrenius, VilhelmOstvald və Yakob Vant-Hoff ilə tanış olur. Ostvald Nernst ilədostlaşır və onun kimyada marağını hiss edərək onu LeyptsiqUniversitetinə dəvət edir. Leyptsiqdə Nernst dörd il işləyir. O, elektrolitlərdən elektrik cərəyanı buraxdıqda elektrolitlərinözlərini necə aparmalarını tədqiq edir və Nernst tənliyi kimifundamental qanunu kəşf edir. Alim elektrik hərəkət qüvvəsi iləionların qatılığı arasında asılılığı müəyyən etmişdir.
Nernst tənliyi elektrikimyəvi qarşılıqlı təsiri təzyiq vətemperatur məlum olduqda qabaqcadan söyləməyə imkan verir. Beləliklə, Nernst qanunu termodinamikanı elektrokimya iləəlaqələndirdi. Bu işlərin sayəsində 25 yaşlı alim ümümdünyaşöhrəti qazanmışır. Onu yeni elmin - fiziki kimyanın yaradıcısıhesab edirdilər. Amma o, əldə olunanlarla kifayətlənmirdi.
Nernst mayelərdə həll edilərkən biri-biri ilə qarışmayanmaddələri tədqiq etməyə başladı. Nəticədə kimyada Nernstinpaylanma qanunu kimi məşhur olan yeni qanunun kəşf edir ki, bu qanun tibb və biologiya üçün böyük əhəmiyyət kəsb edirdi. Həmin qanun canlı orqanizmin müxtəlif hissələrində maddələrinpaylanmasını tədqiq etməyə imkan verirdi.
Bundan sonar Nernst Leyptsiqi tərk edir (1891) və o dövrdəən yaxşı laboratoriyanın mövcud olduğu Qettingenə gəlir. O, fizika üzrə adyunkt-professoru təyin olunur. İki ildən sonra onunyazdığı dərslik - fiziki kimya üzrə birinci kitab nəşr olunur. Həmin kitab 15 dəfə təkrar nəşr olunur və bir neçə dilə tərcüməedilir.
Artıq şıhrəti bütün dünyaya yayılan Nernst Berlin Universitetində kimya professoru olur (1905). Həmin vaxt o, özünün “istilik teoremini” irəli sürmüşdü. Bu teorema görətarazlıq yaranana qədər kimyəvi reaksiyanın necə gedəcəyihaqqında əvvəlcədən fikir söyləmək olar. Sonralar zaman Nernstin teoreminin doğruluğunu təsdiq etdi. Həmin teoremsonralar iki tamamilə fərqli məqsədlər üçün istifadə olundu: kvant nəzəriyyəsinin yoxlanılmasında və ammoniakın sənayesintezində.
Nernst özünün təklif etdiyi istilik qanunundan çıxış edərəkmütləq sıfırın əlçatmaz olduğunu əsaslandırırdı. O, qeyd edir ki, “Elə istilik maşını yaratmaq olmaz ki, onda maddənintemperaturu mütləq sıfıra qədər azalsın”.
Nernstə termodinamika sahəsindəki işlərinə görə kimyaüzrə Nobel mükafatı verilmişdir (1921).
Hitler hakimiyyətə gəldikdə (1933) Nernst Albert Eynişteyni və digər alim-yahudiləri işdən çıxarmağa etiraz edənalimlər qrupuna rəhbərlik edir və hesab edir ki, belə siyasətfizika və kimyanın inkişafına mane olacaq. Bu hadisələrdənsonar Nernst institutu tərk etməli olur və istefaya gedərəkLuzatiyadakı evinə yerləşir (1934). O, bir neçə yaxşı təklifləralsa da ölkəsini heç vaxt tərk etmək istəmirdi.
Nernst ürək tutmasından qəflətən vəfat etmişdir (1941-ci ildə).
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş