1951-ci ildə kimya üzrə Nobel mükafatçısı – QLENN TEODOR SİBORQ (1912-1999)

 Kimya və nüvə fizikası üzrə Amerika mütəxəssisi
 

Qlenn Teodor Siborq Miçiqan ştatında İşpeminq şəhərində isveçli mühacir ailəsində anadan olmuşdur (1912-ci ildə aprelin 19-da). Ata – Herman Teodor Siborg, anası –Selma Olivia Eriksson. Seiborgun valideynləri isveçlilərin qeyd etdiyi yay gündönümü bayramında tanış oldular (24 iyun 1908-ci ildə) və düz üç ildən sonra evləndilər. Siborgun Jeannette adlı bir bacısı olmuşdur (1914). Onun ailəsi isveçcə danışırdı və o, ingilis dilində daha tez danışmağı öyrənmişdi.Qlenin on yaşı olanda Siborg ailəsi Home-Gardenə (Kaliforniya yaxınlığında indiki Los-Ancelesin bir hissəsi) köçmüşdür. 
Gəncliyində Siborg idman və kino həvəskarı idi. Anası onun ədəbi maraqlarının yersiz olduğunu düşündüyü üçün onun mühasib olmasını istəyirdi. İbtidai məktəbdə oğlan elmə o qədər də maraq göstərmirdi. Siborq orta məktəbdə Los-Ancelesin Uotts adlı səmtində David Starr Jordan Liseyində kimya və fizika müəllimi olan Duayt Loqan Reidlə tanış olduqda hər şey dəyişdi. Məktəbdə oxuyarkən Siborg universitetdə təhsil almaq üçün, yük daşıyan, ferma işçisi, Firestone rezin şirkətində laborant, bu və ya digər işlərdə köməkçisi kimi işləyib pul toplamışdır. O, Jordan Liseyini ən yaxşı şagirdlərindən biri kimi bitirmiş (1929) və məzun gecəsində sinfi adından çıxış etmişdir.
O, Los-Anceles Universitetindəi bakalavr təhsilini başa vurduqdan sonra (1934)  Berklidəki Kaliforniya Universitetinə köçdü. Orada kimyaçı Gilbert Nevton Levisin rəhbərliyi altında nüvə kimyasını öyrənmişdir. “Sürətli neytronların qurğuşunla qarşılıqlı təsiri” mövzusunda işinə görə kimya elmləri sahəsində doktorluq elmi dərəcəsi almışdır (1937).
Siborg kimya tələbələrinin “Alfa Hi Sigma” qardaşlığının üzvü idi. Siborq (1930) aspirant kimi elmi məsləhətçi G. Levis ilə birlikdə məhlullar kimyasını öyrənmiş və onunla birlikdə turşu-əsas nəzəriyyəsi nəzəriyyəsi haqqında üç məqalə nəşr etdirmişdir. 
Siborg Berlindəki Kayzer Vilhelm Kimya İnstitutundaçalışan Otto Qan tərəfindən yazılmış “Tətbiqi radiokimya” kitabını oxudu (1939). Bu, onu transuran elementlərinin - atomun nüvəsinin uran atomu nüvəsindən ağır olan elementlərin axtarışına həsr olunmuş tədqiqatlarını davam etdirməyə ruhlandırdı.
O, bir neçə il idir ki, Berklidə Lavrence siklotronundan istifadə edərək süni radioaktivliyə dair mühüm tədqiqatlar aparırdı. Siklotronla aparılan təcrübələr zamanı Siaborq öyrəndi ki, nüvə parçalanmasının kəşfi haqqında məqalə dərc olunub. Bu fakt onu həm sevindirdi, həm də əsəbləşdirdi, çünki öz araşdırması onu eyni kəşflərə apara bilərdi [16].
Siaborg Berklidə məşhur fizik Robert Oppenheimerlə də çalışıb. Oppenheimer bəzən gənc həmkarını ruhdan salırdı: o, tez-tez tərəfdaşının suallarını soruşmazdan əvvəl cavablandırırdı. Bundan əlavə, tez-tez sualın cavabı Qlennin soruşduğundan daha dərin olurdu, lakin tədqiqatçıya onun praktiki köməyi az dəyirdi. Bununla belə, Siborg Oppenheimerə suallarını tərtib etməyi öyrəndi ki, cavab tez və qısa olsun.
Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Siborqpost-doktorantura təhsili üçün Kaliforniya Universitetində qaldı. O, izotopların tədqiqində Frederik Soddinin işini rəhbər tutmuş və elementlərin 100-dən çox izotopunu kəşf etmişdir. Lourensin qabaqcıl siklotronlarından birini istifadə edərək, Con Livinqud, Fred Fairbrother və Siborg yeni bir dəmir izotopu olan dəmir-59 (Fe-59) yaratdılar (1937). Dəmir-59 insan qanında hemoglobinin öyrənilməsində istifadə edilmişdir. Livinqud və Siborq qalxanabənzər vəzin xəstəliklərinin müalicəsində bu gün də istifadə olunan mühüm izotop olan yod-131 (I-131) yaratmaq üçün birləşdilər (və beş il birlikdə işləmişlər) (1938). Uzun illər sonra həmin izotopdan Qlenin anasının müalicəsi üçün istifadə edilmişdir. 
Bu və digər kəşflər nəticəsində Siborg nüvə təbabətində ən uğurlu izotop tədqiqatçılarından biri hesab olunur.
Kaliforniya Universitetində işləməyə qalan (1939) Qlenn müəllimlik etməyə başladı, dosent (1941), professor vəzifəsinə yüksəldi (1945) və universitetin rektoru (İngilis kansleri) olmuşdur (1958-1961). Çikaqo metallurgiya laboratoriyasında (1942-1946) işləmişdir. ABŞ-ın atom enerjisi üzrə komisiyasının sədri (1961-1971), elmi məsləhət komitəsinini (1959-1961), elmi bilikləri gənclər arasında populyarlaşdırma üzrə Elmi xidmətin prezidenti (1966-cı ildən) və ABŞ-da kimya təhsilinin yeni proqramını hazırlamaq üzrə Komitənin sədri olmuşdur (1959-1974). Siborqun əsas tədqiqatları transuran elementlərinin sintezinə və təbii filizlərdən ayrılmasına həsr olunmuşdur. 
E.M. Makmillan (E.M. Makmillan 1907-1991, Amerikalı fizik və kimyaçı, dövrünün tanınmış  alimi olmuş və  müxtəlif bilik sahələrində çalışmışdır. O, transuran elementlərinin kimyasına mühüm töhfə vermişdir. Avtofaza prinsipini kəşf etmişdir. İlk elektron sinxrotron, sinxrosiklotron yaradılmışdır. 1958-1973-cü illərdə Lourens Milli Laboratoriyasına rəhbərlik etmişdir. Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1951) (Q. Siborg ilə birlikdə).), C. Kennedi (Cozef Uilyam Kennedi 1916 - 1957) Qlen T. Siborg, Edvin Macmillan və Artur Uol ilə birlikdə plutoniumun kəşf edənlərdən biri olan amerika kimyaçısıdır. İkinci Dünya Müharibəsi zamanı o, Manhetten Layihəsinin Los Alamos Kimya və Metallurgiya Laboratoriyasında Departamentin rəisi olub və burada uran və plutonium üzrə tədqiqatlara rəhbərlik edib. Müharibədən sonra o, Vaşinqton, Sent-Luis Universitetində professor kimi işləyib. O, 40 yaşında mədə xərçəngindən vəfat edib.) və A. Uol (Artur Çarlz Uol (1917 -2006) 1941-ci ilin fevralında Berkli Kaliforniya Universitetində Sborgun doktorantı olmuş amerika kimyaçısı idi.  O, 1946-cı ilə qədər Los Alamosda Manhetten Layihəsində işləmişdir. 1966-cı ildə Amerika Kimya Cəmiyyətinin Nüvə Kimyası Mükafatını almışdır və 1983-cü ildə təqaüdə çıxmışdır. 1991-ci ildə Los Alamos'a qayıtdı və 2005-ci ilə qədər elmi işini davam etdirdi. O, 2006-cı ildə Parkinson xəstəliyi və pnevmaniyadan vəfat etmişdir.) ilə birlikdə  94 nömrəli elementin izotopu olan plutonium -238-i (1940), C. Kennedi, A. Uol və E. Seqre (Emilio Gino Seqre (1905-1989) Amerikalı fizik, professor, fizika üzrə Nobel mükafatı laureatı (1959-cu ildə Oven Kamberlain ilə birlikdə “antiprotonun kəşfinə görə”) ilə birlikdə plutonium -239-u sintez etmişdir (1941). Göstərmişdir ki, plutonium -239 səmərəli nüvə yanacağıdır. Əməkdaşları ilə birlikdə 93 nömrəli elementin izotopu neptunium -237-ni (1942), 96 nömrəli elementin izotopu küri -242-ni (1944), 95 nömrəli elementin izotopu amerisium -241-i (1945), 97 nömrəli elementin izotopu berklium -243-ü (1949), 98 nömrəli elementin izotopu kalifornium -244-ü (1950), 101 nömrəli elementin izotopu mendeleevium -256-ı (1955) sintez etmişdir. Sıra nömrəsi 102 olan nobelium elementinin sintezində iştirak etmişdir. M. Perlman ilə birlikdə uranın qətranlı filizindən plutoniumun izlərini ayırmışdır (1948). Əməkdaşları ilə birlikdə termonüvə partlayışından sonra topladıqları nümunədə sıra nömrələri 99 və 100 olan elementlərin izotoplarını aşkar etmişdir (1952).
Elementlərin dövri sistemdə elementlərin yerləşməsinin aktinid nəzəriyəsini təklif etmişdir (1945), superağır hipotetik elementlərin yerləşdirilməsinin “superaktinid” hipotezini irəli sürmüş (1963) və V. Vayalo ilə birlikdə sıra nömrəsi 110, 114, 126 olan elementlərin nüvələrinin nisbi stabilliyinin nəzəri qiymətləndirilməsini aparmışdır (1966).
Siborq Manxetten layihəsi çərçivəsində (İkinci Dünya Müharibəsi üçün ilk atom bombası yaratmaq üzrə amerika proqramı) kimya və nüvə fizikası tədqiqatları ilə məşğul olmuş (1942-1946) və Xirosima və Naqasikaya atom bombasının atılmasının təşəbbüskarlarından biri olmuşdur. Ona elə gəlirdi ki, bu, çoxlu sayda həyat bahasına olsa da müharibəni  dayandırmaq üçün vacib addımdır. 
Qlenn Teodor Siborq “transuran elementləri sahəsində kəşflərinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (fizik Edvin Makmillan ilə birlikdə) (1957).Bundan əlavə o, Enriko Fermi (1959), Perkin (1957), Vaşinqton (1965) mükafatlarına və Pristili (1979), Con Skott (1953), Franklin (1955) və ABŞ milli elm (1991) və digər çoxsaylı medal və mükafatlara layiq görülmüşdür.
Qlenn Teodor Siborqun ailə həyatı da çox maraqlı olmuşdur.  O, fizik Ernest Lourensin katibi Helen Griggs ilə evlənmişdir (1942). Manhetten Layihəsi zamanı Siborg Helenlə nişanlandıqdan sonra Çikaqoya köçmək məcburiyyətində qalmışdır. Onların yeddi övladı var idi, onlardan birincisi Peter Glenn Siborg 1997-ci ildə öldü (onun əkizləri Paulette körpəlikdə öldü). Digərləri Lynn Siborg, David Siborg, Steve Siborg, Eric Siborg və Diane Seaborg artıq yaşlaşıblar.
Siborg piyada gəzməyi çox sevirdi. Atom Enerjisi Komissiyasının sədri olduqdan sonra (1961) o, Merilend ştatının Germantovn şəhərindəki qərargahına hər gün cığırla gedirdi. O, tez-tez həmkarlarını və tanışlarını onunla gəzməyə dəvət edirdi və həmin cığır "Glenn Siborg Trail" kimi tanındı. Bu cığır o vaxtdan Amerika Gəzinti Assosiasiyasının ölkələrarası şəbəkəsinin bir hissəsinə çevrildi. Siborg və həyat yoldaşı evdən Kaliforniya-Nevada sərhədinə qədər bir cığır çəkdilər.
Alim asudə vaxtlarında qolf oynamağı, oxumağı və bağda işləməyi xoşlayırdı.
Seaborg İsveç Kral Elmlər Akademiyasının Xarici Təqaüdçüsü (1972), isə London Kral Cəmiyyətinin Xarici Üzvü (1985), İsveçdə İlin Amerikalısı (1962) seçilmişdir.
Onun həyatında maraqlı faktlarda olmuşdur. Belə ki, məktəbdə sinif yoldaşlarından xeyli hündür olduğuna görəyaşıdları Sborqa “Uzun” ləqəbini vermişdilər. O, Amerika Gənclər Komissiyası (Richard Nixon və başqaları ilə birlikdə) tərəfindən “Amerikanın On yaraşıqlı gəncindən”biri seçilmiş dir (1947).
Mendeleyevin dövri cədvəlinin 106-cı elementi Siborqun şərəfinə “siborgium” adlandırılmışdır (1997). Bundan sonra Sborgun iş ünvanı kimyəvi elementlərin adlarından istifadə etməklə yazıla bilərdi: Am, Cf, Bk, Lr, Sg (amerisium –Vətəni, kalifornium – yaşadığı ştat, berkelium – çalışdığı universitet, Lorensium - çalışdığı laboratoriyası). Bu elementlərdən ilk üçünü Siborq özü sintez etmişdir.
Atom Enerjisi Komissiyasının sədri vəzifəsində çalışdıqdan sonra Siborg Kaliforniya Universitetinə, Berkliyə qayıtdı. O, doktor Jakqueline Barber ilə birlikdə Riyaziyyat və Elmdə Böyük Kəşflərin Baş Tədqiqatçısı oldğuu Larence Elmləri kafedrasının rəhbəri vəzifəsində çalışmışdır. Seaborg Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının prezidenti (1972) və Amerika Kimya Cəmiyyətinin prezidenti olmuşdur (1976).
O, Lourens Berkli laboratoriyasında işləyərkən bismutun alfa-parçalanmasından qızı əldə etmişdir (1980). Onun nüvə fizikasına əsaslanan təcrübi texnikası bismut atomlarından proton və neytronları çıxarmağa imkan verirdi. Siborg üsulu iləqızılın kütləvi istehsalı çox baha başa gəlirdi. Lakin onun işi mifik fəlsəfə daşını əldə etməyə bir addım yaxınlaşmışdır.
Siborg Mədəniyyət Məsələləri üzrə Ümumdünya Şurasının həmtəsisçisi olmuşdur (1981). Prezident Ronald Reyqan Sborqu Təhsildə Mükəmməllik üzrə Milli Komissiyaya rəhbər təyin etdi(1983). Komissiya təhsili milli bir məsələ kimi gündəmə gətirən Riskli Millət: Təhsil İslahat Planı adlı hesabat hazırlamışdır.
Siborg sonrakı həyatının çox hissəsini Kaliforniya ştatının Lafayete şəhərində keçirdi və burada özünü erkən karyerasını və gələcək planlarını işıqlandıran jurnalların redaktəsi və nəşrinə həsr etdi. 
Seaborg “Bəşəriyyətə Xəbərdarlıq” aktını imzaladı (1992).Dünya Alimlərinin “Bəşəriyyətə Xəbərdarlığı” - 1992-ci ildə Narahat Alimlər İttifaqının və 1700-dən çox elm adamının, o cümlədən elm sahəsində Nobel mükafatı laureatlarının əksəriyyətinin imzaladığı və “insanlar və təbiətin toqquşma yolunda olduğu barədə xəbərdarlıq edən manifestdir”. Bu manifestdə deyilir ki, “böyük insan iztirablarının qarşısını almaq üçün Yer kürəsini və onun üzərindəki həyatı idarə etməyimizdə böyük dəyişiklik lazımdır”.
Amerika Kimya Cəmiyyətinin iclasında Bostonda olarkən Seaborg insult keçirdi (24 avqust 1998-ci ildə) və bu, altı ay sonra, Lafayetedəki evində 87 yaşında onun ölümünə səbəb oldu(25 fevral 1999-cu ildə).
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş