Beş min illik tariximi yazan dilçi Qəzənfərim!
Azərbaycan dil tarixinin böyük araşdırıcısı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Şirin oğlu Kazımova dost təbriki.
Dil tarixin yazmaq üçün etdin böyük cəsarəti,
Yazdığın şah əsərlərin yüksəlişim, həm zəfərim,
Babalardan üzübəri araşdırdın həqiqəti,
Beş minillik tariximi yazan dilçi Qəzənfərim!
Sübut etdin qədimliyin Azərbaycan dilimizin,
Söylədim ki, fikrim qəti doğru yoldur bu hədəfim,
Dedin bəşər tarixində var öz yeri elimizin,

Əhsən sənə, dilimizi ucaltmısan zirvələrə,
Tanrı eşqi var canında, üfüqlərdə dan səhərim,
Vətəninə bağlılığın sığışmayır göyə, yerə,

Dövlətimiz verib, verir sənə layiq qiymətini,
Üç kitabın- üç abidə, həm qürurum, həm şərəfim,
Daşıyırsan ürəyində Qarabağın həsrətini,

Dərin hörmətlə: Oqtay Zəngilanlı
17.06.2019

Facebook-da paylaş