90 baharın mübarək!
Uzun illər tanıdığım, oxuduğu və bəstələdiyi möhtəşəm musiqi əsərləri ilə ürəkləri ovsunlayan müasir Azərbaycan muğamının böyük bilicilərindən biri, “Şərəf”, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Əlibaba Məmmədova anadan olmasının 90 illiyi münasibətilə dost təbriki.
Allahın vergisidir yaratdığın hər şah əsər,
İqlim-iqlim dolanar, sevilər, cahanı gəzər,
Eşq ilə yaratmısan gör neçə cür inci, gövhər,
Möhtəşəm əsərlərin bu günə, sabaha gərək,
Muğamat – söz ustadı, 90 baharın mübarək!
Dərs aldın ustad Seyid Şuşinskidən, sevdin onu,
Oxudun “Çahargah”ı, “Bayatı Kürd”, “Humayun”u,
Muğam-millətin ruhu, tükənməzdir, yoxdu sonu,
Möhürbənd nəğmələrin qəlbə hopub sevilərək,

Xan əmi əzizləyib Sizi çağırarmış “Əliş”,
Mənəvi bir atatək Sizə edərmiş nəvaziş.
Məlahətli şaqraq səsin hər kəsi heyran eləmiş,
Tutdunuz doğru yolu hər kəsin yerin bilərək,

Millət atası Heydər verdi yüksək qiymətini,
Cənab İlham Əliyev əsirgəmir diqqətini,
Etdi Mehriban xanım evinizə ziyarəti,
Nə xoşbəxt bir bəndəsən bu qədər diqqət görərək,

Zəngilanlı Oqtayam, musiqin gətirib dilə,
“Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ”,
Doxsanı verib yelə, çap atını 100-ə belə,
Bu xoşbəxt günümüzdə dil açır sinəmdə ürək,

Dərin hörmətlə: Oqtay Zəngilanlı

Facebook-da paylaş