1946-cı ildə kimya üzrə Nobel mükafatçısı - CON HOUARD NORTROP (1891-1987)

Con Houard Nortrop Luiza Uokerlə adlı qız ilə evlənmişdir(1917). Onların iki övladı olmuşdur. Onun oğlu Con okeanoqraf olmuşdur. Qızı Elis isə Nobel mükafatı laureatı Frederik Robbinslə evlənmişdir.
Onun elmi işləri fermentativ reaksiyaların kinetikası, mexanizminin və fermentlərin xassələrini öyrənilməsinə həsr olunmuşdur. İlk dəfə olaraq fermentlərdən pepsini (1930), tripsini və digərlərini təmiz kristallik şəkildə (1932), həmçinin viruslardan birini və difteriya antitoksini ayırmışdır (1941). O, C.B. Samner ilə yanaşı fermentlərin zülal təbiətini sübut etmişlər (1937).
İkinci Dünya Müharibəsi zamanı o, ABŞ ordusu üçün fermentasiya yolu ilə aseton və etanol istehsalına dair tədqiqatlar aparmışdır. Sonradan bu iş fermentlərin öyrənilməsinə səbəb olmuşdur.
Con Houard Nortrop “fermentlərin və virus zülallarını təmiz halda aldığına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1946). Bu mükafatın yarısı Samnerə "fermentlərin kristallaşma qabiliyyətinin kəşfinə görə" digər yarısı isə Con Norropun və Rokfeller İnstitutunda işləyən W. M. Stanley arasında (“fermentləri və virus zülallarını təmiz formada əldə etmək üçün”) bölünmüşdür.
Nortrop çoxlu sayda təltiflərə - Kolumbiya universitetinin Çarlz Frederik medalına və ABŞ hökümətinin fəxri diplomuna layiq görülmüşdür. O, Amerika fəlsəfə cəmiyyətinin və Amerika elmlər və incəsənət akademiyasının (1934) üzvü olmuşdur.
Con Houard Nortrop Arizona ştatında Ukenberq şəhərində 95 yaşında intihar etmişdir (1987-ci ilin mayın 27-də).
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş