Bakıda pensiyaçıdan insani addım
Tapdığı pulu sahibinə qaytardı
Bakı şəhərində yaşayan pensiyaçı Məhəmmədəli Əliheydərov hamının təqdir edə biləcəyi əmələ imza atıb.
Məlumata görə, qocaman neftçi, uzun illər dənizdə çalışmış Məhəmmədəli kişi hazırda pensiyadadır və pensiyasını Azərbaycan Beynəlxalq Bankının kartı ilə alır.
Beş oğlu, bir qızı, on iki nəvəsi var.
Bu günlərdə bankın Badamdar qəsəbəsindəki bankomatına pul çıxarmaq üçün yaxınlaşıb. Ondan əvvəl bankomatdan istifadə etmiş başqa bir müştərinin 350 manat pulunu burada unutduğunu görüb. Müştərini orada tapa bilmədiyindən pulu götürərək Azərbaycan Beynəlxalq Bankının Səbail filialına gəlib.
Tapdığı 350 manat pulu aktla filiala təhvil verib. Beynəlxalq Bankın əməkdaşları bankomatın əməliyyat məlumatlarını araşdıraraq, pulunu orada unutmuş müştərini tapıblar.
Beləliklə, vəsait sahibinə ödənib.
“Dünya Məhəmmədəli kişi kimi insanları ilə dəyərlidir.
Belə müştərilərin bankı olmaqdan qürur duyuruq!”- Beynəlxalq Bankdan bildirilib.

Facebook-da paylaş