Göz yaşı axıtdı ölümünə hər kəs, hamı...

 
 

Ay Hacı, bilirdinmi xalq səni sevir bu qədər?
Sənin ölüm xəbərin hamıya oldu qüssə, kədər.
Millətin yola saldı səni o dünyaya necə,
Keşik çəkdilər onlar məzarına gündüz, gecə.
 
Göz yaşı axıtdılar ölümünə hər kəs, hamı,
Kaş özün görə biləydin neçə milyon izdihamı.
Belə hörmətli ölüm qismət olurmu hər kəsə?!
Doğru, düzgün olardı hamı sənə imam desə.
 
Hörmətin, adın, sanın-  bu idi başının tacı,
Bu yaşda ölüm sənə axı tez idi, ay Hacı!
Mələklər mələyiymiş səni dünyaya gətirən ana,
Sənin tək bir insanı bəxş eləmişdi cahana.
 
Yaşın az, hörmətin çox- əsl insan idin, Hacı,
Xalqına, millətinə ölümün oldu çox acı,
Səni öz qarmağına keçirə bildi zalım fələk,
Çətinlik nəydi axı, dözə bilmədinmi, ürək?
 
Hörmətin, xətrin idi səni bu xalqa bağlayan,
Nə qədər insanlardı Hacı Şahini ağlayan.
Sevdirdin bu millətə sadəliyinlə özünü,
Xatırlayırıq indi hər danışdığın sözünü.
 
Sənin tək bir insana vardı xalqın ehtiyacı,
Yandırdın eli, obanı, qəfl ölümünlə, Hacı.
Hamıdan, hər kəsdən rəhmət sənə axın-axın,
Sən idin Hacı Şahin, Allaha, Qurana yaxın!
 

Müəllif: Hüseynova Sücayət Qənbər qızı


Facebook-da paylaş