Amerikalı senator Azərbaycanın “qara siyahı”sına düşə bilər
![](/uploads/posts/2018-09/1537357603_392-1.jpg)
Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir qrup amerikalı biznesmenlə hazırda Yerevanda səfərdə olan senator sentyabrın 17-də işğal altındakı torpaqlara səfər edəcək.
O, Qarabağda yerli separatçılarla Kaliforniya ştatı arasında əməkdaşlıq üçün prioritet sahələr müəyyən etməyə çalışacaq.
Entoni Portantion Kaliforniya Senatında əsasən ermənilərin məskunlaşdığı 25-ci dairəni təmsil edir və qanunverici orqanda erməniyönümlü qətnamələrin qəbul olunmasına çalışır.
Vüqar İSMAYILOV
Facebook-da paylaş