Ulu öndər, yüz il nədir ki hələ...
Ulu öndər, yüz il nədir ki hələ,
Bu dünyada, cahanda dönəcəksən heykələ.
Dönmüsən, dönəcəksən əbədi yanan məşələ,
Tarixdə qalacaqsan həmişəlik, əbədi,
Dünyanın hər yerində ucalacaq məbədin.
Ulu öndər, yüz il nədir ki hələ,
Sənindi bu uğurlar, xarüqələr bir belə.
Nələr elədin, nələr, bu millətə, bu elə,
Nəsillər dəyişəcək, dəyişməz qalacaqsan,
Gələcək nəsillərə Heydər baba olacaqsan.
Ulu öndər, arzuların çin oldu,
Qalmaqallar sovuşdu, günəş doğdu, gün oldu.
Düşmənlər məğlub oldu, qələbə bizim oldu,
Ordumuzun gücüylə arzumuza çatmışıq,
Həsrətin ağır yükün çiynimizdən atmışıq.
Ulu öndər, düşmənlər aldı payın,
Azad nəfəs alırıq indi arın-arxayın,
Koroğlunun yerində cənab İlhamı sayın,
Tanrı səni xalq üçün gətirmişdi cahana,
Dünya həsədlə baxır bizim Azərbaycana.
Təkcə Qarabağ idi bizim dərdi-sərimiz,
Qırx dörd günlük qələbə oldu şah əsərimiz.
Uğura imza atdı cənab İlham nərimiz,
Üçrəngli bayrağımız dalğalanır zirvədə,
Sənə rəhmət diləyirik, Ulu öndər, hər vədə.
Bu sual qarşısında dünya hələ də matdı,
Düşməni Qarabağdan ordumuz çölə atdı.
Çox şükür millətimiz arzularına çatdı,
Ulu öndər, biz səni sanırsaq xalqın tacı,
Xalqın çətin günündə sənə idi ehtiyac.
İki dövlət, bir millət, baş əyirik bu ada,
Ulu öndər, Atatürk, yaşayacaq dünyada.
Tarixi şəxsiyyətlər, hər an düşəcək yada,
Sənin kimi dahiyə, yüz yaş nədir ki hələ,
Tarixdə qalacaqsan min il keçsə də belə.
Müəllif: Hüseynova Sücayət Qənbər qızı
Facebook-da paylaş