28 MAY MÜSTƏQILLIK GÜNÜDÜR...
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabınəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyayason qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığıxalqların milli hərəkatı başlandı. Ona görə də XX əsr tarixəyalnız elm, texnika əsri kimi deyil, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərinyaranması əsri kimi də daxil oldu.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsindəRomanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyasıdağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular.Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladlarıAzərbaycan Xalq Cümhuriyyətini elan etdilər.
AzərbaycanDemokratik Respublikasını rəsmi surətdə tanıyan ilk Osmanlıdövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə başvermişdir.
1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadəninbaşçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycandövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. 24 səslə qəbul olunan qərar və 6 bənddən ibarət "İstiqlal Bəyannaməsi" Azərbaycan xalqının varlığını dünyaya yaydı.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulanAzərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvidövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə FətəliXan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonraGəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyəordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdəntəmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyüknailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlaraseçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edəncümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalqictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətətanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadiislahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təminetmişdir.
1918-ci il 9 noyabr tarixində Məhəmməd ƏminRəsulzadənin təklifi əsasında Azərbaycan DemokratikRespublikasının üç rəngli bayrağı qəbul edilmişdir. Üçrənglibayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdəidi. O zamana qədər Azərbaycan Demokratik Respublikasınınbayrağı qırmızı rəngdə idi.
Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.
Milli Şura Azərbaycan hökumətinin təşkilini Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti "Müsavat", MüsəlmanSosialist Bloku, "Hümmət", "İttihad" və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi.
İyunun 17-də Gəncədə Fətəli xanın rəhbərlik etdiyi II hökumət təşkil olunur. İyunun 19-da isə Azərbaycandayaranmış gərgin vəziyyət nəzərə alınaraq, bütün ölkəərazisində hərbi vəziyyət elan edilir. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərmanverilir. Osmanlıların 5-ci piyada diviziyası və generalƏ.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusuəsasında Qafqaz-İslam Ordusu yaradılır. Nuru Paşanınrəhbərlik etdiyi bu orduya türklərdən, azərbaycanlılardanibarət 18 min əsgər və zabit daxil idi.
Nəhayət, Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycanhökuməti öz hakimiyyətini tezliklə yaya bilir, ucqarlardadövlət orqanları yaratmağa başlayır.
Həmin dövrdə Azərbaycan oğulları çox mühüm işlər görə bildilər. Beynəlxalq aləmə Azərbaycan DemokratikCümhuriyyəti haqqında məlumat verdilər, dövlətçiliyinəsasını qoydular, Azərbaycan tarixini bərpa etməkistiqamətində böyük addımlar atdılar. Qonşu dövlətlərləmünasibəti qaydaya salmaq istiqamətində müəyyən işlərgördülər. Ermənilərin Azərbaycan torpağına iddialarına qətivə prinsipial cavab verdilər.
Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinədaxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasınındağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti dövrü daha dərin öyrənilməyə başlandı. İndiAzərbaycan Respublikası 1918-1920 illərdəki xalq cümhuriyyətinin varisi sayılır.
Azərbaycan ziyalıları həmin dövrdə böyük babalarının başladığı işləri daha layaqətlə davam etdirməyə çalışırlar. Bu gün hər bir Azərbaycanlı şərəflə deyə bilər ki, mənim çox zəngin keçmişim var.
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri, professor
Facebook-da paylaş