1950-ci ildə kimya üzrə Nobel mükafatçısı – OTTO PAUL GERMAN DİLS (1876-1954)

 
 


Otto Paul German Dils Alman üzvi kimyaçısıdır və   Hamburqda anadan olmuşdur (1876-cı il yanvarın 23-də). Onun atası Herman Aleksandr Dils dilçi və din tədqiqatçısı olmuşdur. Berlin universitetini bitirmiş (1899) və həmin universitetdə işləmişdir (1899-1916). Berlin universitetinin professsoru olan (1906) Otto Dils sonra Kil universitetində çalışmışdır (1916-cı ildən). Kimya üzrə Nobel Mükafatı görkəmli alman üzvi kimyaçıları O. Diels və onun tələbəsi K. Alderə hələ çox illər əvvəl (1928) çap etdirdikləri elmi işlərinə –  dien sintezi reaksiyasının birgə kəşfinə və inkişafına görə verilmişdir (1950). Bu layiqli mükafatın verilməsi keçmiş birgə həyat yolları çoxdan ayrılmış elmi rəhbər və tələbə olan laureatların özləri, həm də onların dostları və həmkarlarının əksəriyyəti üçün gözlənilməz olmuşdur. Qocaman alim olan Dielsin artıq 75 yaşı var. İki il əvvəl o, Kildəki Kimya İnstitutunun rəhbərliyini prof. R. Greve təhvil vermişdir. Onun 48 yaşlı tələbəsi, Köln Universitetinin Kimya İnstitutunun direktoru Alder yaradıcılıq gücünün zirvəsində idi, çox və məhsuldar işləyirdi, lakin qapalı xarakterə malik idi və qeyri-adi təvazökarlığı ilə seçilirdi - hətta üzvi kimya kursundan oxuduğu mühazirələrində, o, tələbələrinə heç vaxt kəşf etdiyidien sintezindən bəhs etmirdi. Dünya kimyaçılarının beynində adları ayrılmaz şəkildə qalan alimlər yaş, xarakter və yaradıcılıq üslubu baxımından çox fərqli idilər.Otto Paul Hermann Diels Hamburqda (Almaniya), məktəb və gənclik illərini atası Berlin Universitetində klassik filologiya professoru olduğu Berlində keçirdi; qardaşları da sonralar professor oldular: böyük - botanika, kiçik atasının yolu  ilə getdi. Orta məktəbi bitirdikdən sonra (1895) Diels öz peşəsi kimi kimyanı seçərək Berlin Universitetinə daxil olur. Təhsilə başladıqdan bir il sonar qış semestrində (1896)  E.Fişerin rəhbərlik etdiyi institutda qeyri-üzvi və üzvi kimyadan praktiki dərslər keçmiş, Pilottinin rəhbərliyi altında qeyri-üzvi kimyadan, Harrisin rəhbərliyi altında üzvi kimyadan eksperimental məsələlər yerinə yetirmişdir. Sonra Fişer ona bir neçə karbohidratın sintezini həvalə etmişdir. İmtahanlardan keçdikdən sonra Dielsin bir ildə tamamladığı purin və siyanurik birləşmələrin xassələrinin öyrənilməsi üzrə doktorluq işinin mövzusunu tamamlamış və doktorluq imtahanlarını verərək, təhsilini başa vurmuşdur (1899). Fişerin təklifi ilə Diels onun köməkçisi olaraq universitetdə qaldı və bir neçə ildən sonar professor vəzifəsinə yüksəldi (1906), daha sonar Berlin Universitetində Pşerrin yerini tutdu (1913). Bir qədər sonar Kiel şəhərinə köçdü (1916), burada universitetdə laboratoriya yaratdı və uzun illər Kimya İnstitutunun rəhbəri oldu və  burada o, qızıl doktorluq yubileyini qeyd etdi (1949).Diels ömrü boyu həvəslə elmi və pedaqoji işlə məşğul olmuş, qeyri-üzvi və üzvi kimyadan mühazirələr oxumuşdur. Onun oxuduğu mühazirələr o qədər çox dinləyici cəlb edirdi ki, o, tez-tez hər bir mühazirəni iki dəfə oxumalı olurdu.
Nobel mükafatı alması ona yenidən güc verdi və bir müddət mühazirələrini davam etdirə bildi. Diels səhər tezdən laboratoriya masasında işləyirdi və həmişə çoxsaylı tələbələrinin ixtiyarında idi. Onun tələbələrinin, aspirant və doktorantların sayı yüzlərlə idi. 
Diels sakit və mehriban xarakterə sahib idi, zarafat etməyi sevirdi və mehribanlıqla gülümsəməyi bilirdi. Təqdimatda sadəlik, dəqiqlik və aydınlıq təkcə mühazirələri deyil, həm də elmi məruzələri, dərslikləri, eləcə də müxtəlif kimyəvi tədbirlərdə ki, çıxışları sevərək iştirak etdiyi, əvəzolunmaz hazırcavab və şən natiq olduğunu həmişə fərqləndirmişdir. Gözəl ailə başçısı və qayğıkeş ata Diels həm gəzintiyə, həm də teatra baş çəkməyə vaxt tapırdı, musiqini başa düşür və həvəslə dinləyirdi. Onun ən çox sevdiyi bəstəkarlar Vaqner və Verdi idi. 
Diels ilk uğurunu ona professor adının verilməsini hesab edirdi (1906). Ona professor aının verilməsinə zəmin yaradan iş,  elmi rəhbəri Emil Fişerin karbon suboksid adlandırdığı və bir çox görkəmli alimləri dərhal maraqlandıran C3O2 tərkibli karbon birləşməsini əldə etməsi idi. Xolesterolun strukturunu yaratmaq üçün E. Abdergalden ilə birgə gördüyü işlər onun adını “Diels turşusu”, “Diels karbohidrogeni”, “Diels görə selen ilə dehidrogenləşmə” şəklində əbədiləşdirildi. Bir neçə il sonra onun diqqətini azodikarboksilik efir cəlb etdi (1911), Məhz K.Alderin gənc doktorant kimi iştirak etdiyi bu əsərlər sonralar müasir üzvi kimyanın ən mühüm reaksiyalarından birinin - dien sintezinin kəşfində başlanğıc nöqtəsi olmuşdur. 
Əsas elmi istiqaməti struktur üzvi kimyası olmuşdur. Xolesterin və xol turşusunun quruluşunu müəyyən etmək üçün tədqiqat işləri aparmışdır ki, bu da “Dils turşusu”, “Dils karbohidrogeni”, “selen ilə Dilsə görə dehidrogenləşmə” adlarında öz əksini tapmışdır. O, Kurt Alder ilə birlikdə azodikarbon efirini öyrənmişdir (1911). Birinci Dünya Müharibəsinin başlanması ilə bu işlər dayandırılmış və 10 il sonar yenidən bərpa olunmuşdur (1920). Bu işlər Dils və Alder tərəfindən müasir üzvi kimyanın ən əhəmiyyətli reaksiyalardan biri olan reaksiyanın kəşfi üçün başlanğıc mənbə kimi rol oynadı. Dils və Alderin kəşf etdiyi bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik struktur əmələ gətirməsi reaksiyasıdır (dien sintezi) (1928). Otto Dils selen ilə temperatur şəraitində təsir etməklə tsikloheksanın və ya polisiklik birləşmələrin molekulunda olan tsikloheksan həlqəsini katalitik dehidrogenləşmə reaksiyasını kəşf etdi (1930). 
Bavariya Elmlər Akademiyasının üzvü olmuş və Adolf fon Bayer medalına layiq görülmüşdür (1931). Otto Dils “dien sintezini kəşf və tədqiq etdiyinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1950, Kurt Alder ilə birlikdə). Üzvi kimya üçün çox böyük əhəmiyyət kəsb edən bu reaksiya Dils-Alder reaksiyası adlanır. 
Otto Dils Kil şəhərində 78 yaşında vəfat etmişdir (1954-cü il martın 7-də).
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının 


Facebook-da paylaş