İtirilmiş torpaqlarımız...
Kəlbəcərin “qızıl torpaqları”
Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Şahdağ silsiləsinin qərb hissəsində yerləşən “Göyçə çuxuru” hövzəsindəki Zod kəndində 1960-cı illərdə açıq və şaxta şəraitində qazılan torpaqların yuyulması və qızıldan təmizlənməsi məqsədi ilə dəyirmanlar tikilmişdi. Orada müsəlman-türk əhalisi işləmiş, sonralar Zod qəzəbəsində isə əsasən ruslar yaşamışlar. “Qızıl torpaqları” yumaq üçün Qoşabulaq kəndinin günçıxanından axan 30-a qədər bulağın suyunu birləşdirərək ora yönəldirdilər (25-30 km məsafədə, 1,5 m diametrli borularla). Kənd sakinlərindən Elbəyi Mustafa oğlu, Ənvər Hacı oğlu, Əli Alı oğlu, Kamil Zeynalabdin oğlu... orada işləyidi. 1970-ci illərdə həmin mədənlərdə haylar tərəfindən külli miqdarda yeyinti halı aşkar edildikdən sonra “qızıllı torpaqlar” dəmir yolu xətti ilə İrəvan şəhərinin 30-40 kilometrliyində salınmış Yeni Zod qəsəbəsində yuyularaq təmizlənirdi.
Qoşabulaq kənd sakinləri Vahid Rəcəb oğlu Əhmədovun (1951) və Şahmalı Qoşunəli oğlu Salmanovun (1949) bildirdiyinə görə, Göyçə mahalının qızıl ehtiyatını XVIII-XIX əsrlərdə İraq, Səudiyyə Ərəbistanı və Suriyadan gəlmiş ərəblər də istismar etmiş, dəvə yükləri vasitəsi ilə ölkələrinə aparmışlar. Mədən işçisi Ənvər Hacı oğlunun dediyinə görə, qədim şaxtalarda çürümüş palaz, paltar və alət qalıqlarına rast gəlinirdi. Ümumiyyətlə, qızıl şaxtaları kimi 20-dən çox tunel qazılmişdı “Göyçə çuxuru”nun Üstübulaq dağı silsiləsində onların uzunluğu 1-2 km-ə çatırdı. “Qızıl torpaqların” çıxarılması açıq üsulla da aparılırdı. Mədən şaxtalarının bir çoxunun qurtaracağı Kəlbəcər rayonunun Seyidlər, Dəmirçidamı, Qanlıkənd, Cəmilli, İstibulaq kəndlərinə kimi, Zod aşırımından Seyidlər çayına qədər davam edirdi, hətta 5-6 km məsafədə, hətta həmin kəndlərin sakinlərindən də orada işləyənlər vardı.
Şahdağ silsiləsinin Kəlbəcər rayonu hüdudlarındakı meşə, açıq dağlıq və kənd ətrafı sahələrində həm açıq üsulla, həm də şaxta-qazma formasında “qızıl torpaqları”nın qarət edilərək (qazılaraq) Ermənistana daşınması 1970-ci illərin sonlarında daha intensivləşmişdi. Bu məqsədlə yuxarıda adları çəkilən kəndlərin təsərrüfat ərazilərindən də istifadə edirdilər.
Qismət Yunusoğlu
Facebook-da paylaş