“Soyqırımı” termininin 1915-ci il hadisələrinə heç bir aidiyyəti yoxdur
İsrailli ekspert ABŞ mətbuatında dərc olunmuş məqaləni tənqid edib
ABŞ-da çıxan ermənipərəst “Asbares” qəzetində yəhudilərə və İsrailə qarşı düşmənçilik ruhunda yazılmış “Erməni diplomat İsraildə Holokost barədə sual versə, nəticəsi nə olar?” sərlövhəli məqalə dərc olunub.
Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut “The Jerusalem Post” qəzetində dərc olunmuş “Amerikanın ermənipərəst mətbuatında antiisrail ruhlu növbəti məqalə” adlı materialında bu barədə yazır.
O qeyd edir ki, erməni KİV-lərində antiisrail ruhlu bəyanatlar çox geniş yayılıb. Arye Qut yazır: “İsrail 1915-ci il hadisələrini rəsmən soyqırımı kimi tanımır. Ermənilər yəhudiləri və israilliləri çox günahlar törətməkdə ittiham edirlər. Belə “günahlardan” biri də “təbii yəhudi xudbinliyi”nin təzahürü və israillilərin “soyqırımı” konsepsiyasının özünü inhisarlaşdırmaq cəhdidir. Ermənistana xatırlatmaq istərdik ki, “soyqırımı” termininin özü 1915-ci il hadisələrindən xeyli sonra yaranıb və ona heç bir aidiyyəti yoxdur”.
Arye Qut məqaləsində sual edir: “Qoy, kimsə desin, biz qondarma “erməni soyqırımı”nı nəyin naminə tanımalıyıq – təkcə ondan ötrü ki, Ermənistan və ermənilər bizdən razı qalsınlar? Bu bizə lazım deyil. Ya da desinlər, yəhudi xalqının erməni xalqı qarşısında mənəvi öhdəliyi varmı?”
İsrailli ekspert vurğulayıb: “Mən soruşuram, hansı mənəvi məsuliyyətdən söhbət gedir?! Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iki il bundan əvvəl faşist və antisemit Qaregin Njdenin abidəsini rəsmən açdı. Dəhşətli Holokost cinayətlərində əli olmuş insanları milli qəhrəmanlara çevirəndə biz susmamalıyıq. Deyin, Yerevanda faşistə və antisemitə abidələr ucaldılmasına bizim münasibətimiz necə olmalıdır?”
Ekspert vurğulayır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və bu bölgəyə heç bir aidiyyəti olmayan 7 ətraf rayonu işğal edib. Ermənistan bu ərazilərə iddia edir. O yazır: “Yeri gəlmişkən, Yaxın Şərqdən olan muzdlu silahlılar da bu işğalda Ermənistanı dəstəkləyiblər. Erməni işğalı və etnik təmizləmələr ucbatından Azərbaycan 1 milyon qaçqını qəbul etmək məcburiyyətində qalıb. Azərbaycan ərazilərinin işğal edilməsi bütün Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə təhdid mənbəyi kimi qalır”.

Facebook-da paylaş