"Xocalının səsi" qəzetinin 300-cü buraxılışı münasibətilə "Qələmimizi süngüyə çevirək" devizi altında şeir müsabiqəsi keçirilir
![](/uploads/posts/2018-10/1539865008_xocalinin-ses.jpg)
Cari ilin dekabr ayında "Xocalının səsi" qəzetinin 300-cü buraxılışı işıq üzü görəcək. Bu münasibətlə müxtəlif tədbirlərlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda redaksiya və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi Gəncə Regional Bölməsinin birgə təşkilatçılığı ilə Xocalı rayon məktəbliləri arasında vətənpərvəlik və Xocalı soyqırımı mövzusunda şeir müsabiqəsinə start verilir. Müsabiqədə hər iştirakçı istənilən sayda şeirlər göndərə bilər. Şeirlər [email protected] elektron poçtuna göndərilməlidir. Göndərilən şeirlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və nəticə dekabr ayının sonlarında açıqlanacaq. I, II, III yerə layiq görülən iştirakçılar Fəxri Fərman və hədiyyələrlə təltif olunacaqlar. I yeri tutan şagirdin şeiri şəkli ilə birlikdə qəzetdə dərc ediləcək.
Facebook-da paylaş