Azərbaycan Kommunist Partiyası - BƏYANAT

    AKP N.Nərimanovun heykəlinin Naxçıvan şəhərindən götürülməsi ilə əlaqədar, narahatlığını və narazılığını bildirərək, bəyan edir. Belə hallar Azərbaycanda ilk hadisə deyildir. Nəriman Nərimanov hər şeydən əvvəl bir azərbaycanlı ziyalısı, ictimai-siyasi xadim, yazıçı və xalqının xidmətində duran bir şəxsiyyət olmuşdur. Belə tarixi şəxsiyyətlər toxunulmazdır, dərin hörmət və ehtirama layiqdir. N.Nərimanovun xatirəsi xalqın qəlbində dərin kök salmışdır. Siz etdiyiniz hərəkətlə onun xatirəsini heç cürə ürəklərdən silə bilməyəcəksiniz! Cənablar! Əmin olun ki, bu gün olmasa da etdiyiniz əmələ görə mütləq cavab verəcəksiniz! AKP Naxçıvanda Nərimanovun heykəlinə qarşı törədilmiş əməlin pisləyir və gələcəkdə bir daha belə halların baş verməməsini tələb edir!

Gülnisə Məhsimova AKP sədri


Facebook-da paylaş