"Ağrılı-acılı dünyam" haqqında...
“AĞRILI-ACILI DÜNYAM” HAQQINDA…
Yadımdadı, uşaqlıqda dağlarda qoyun quzu otardığım vaxtlarda bulaqlardan əyilib su içdiyim. Bulaq vardı heç suyunun bulandığın görmədim. Suyun altında olan qum dənələri imkan vermirdi yerdən qaynayıb çıxan su özü ilə gili yuxarı qaldırsın. Ona görə də belə bulaqların suyu göz yaşı kimi dup-duru olurdu. Amma elə bulaqda vardı ki, heç suyuna toxunmurduq, elə nəfəsimizin təsirindən dibdən gil qaynayıb qalxır, suyu palçıq rənginə boyayırdı.
Cəmiyyətdə də bu iki bulağın görkəminə oxşayan insanlar var. Bir qisminə nə eləsəndə həmişə yaxşı tərəfə düşünür. Digər qismi isə adi bir hərəkətdən kükrəyib qalxır, dibi lil ilə dolu olan bulaqlar kimi bulanır. Çünki belə insanların içərisi xıltla dolu olur.
Yaxud təbiətdən başqa bir misal. Min illik yaşı olan ağacın gövdəsində mamırlar məskən salır. İlk baxışdan belə görünə bilər ki, belə qocaman gövdəsi olan ağaca zərif mamırlar nə edə bilər?
Gövdəsi üzərində mamırlar məskən salan ağacın üzərinə mamırlardan sonra qıjı kimi tanınan ayıdöşəyi bitkisi asanlıqla köçür və inkişaf etməyə başlayır. Qalın mamır təbəqəsi üzərində həmin qışının kök sistemi inkişaf edir. Düzdür nə ayı döşəyi, nə də mamırlar ağacın gövdəsində parazitlik etmir. Ancaq gövdəsi üzərində məskən saldığı ağacın atmosfer havası ilə təmasının qarşısını alır. Beləliklə, qocaman ağacın tədricən boğulub məhv olmasına səbəb olur.
Eynən insanlar arasında da belələri olur. “Bir ağılın budağından sallanan neçə-neçə ağlı dayazlar” tədricən insanlığı, ləyaqəti olanları “boğub” məhv edirlər.
“Ağrılı-acılı dünyam” kitabı (Əlibala Zaloğlu. Ağrılı-acılı dünyam. –Bakı, 2023, ADPU, 336 s.) sanki bir-birinə əks qütüb olan belə insanlardan bəhs edir. Kitabın redaktoru professor Nizami Məmmədov Tağısoy “Əlibala Zaloğlunun çeir dünyası” başlığı altda yazdığı redaktor sözündə müəllifin ədəbi yaradıcılığı haqqında geniş məlumat vermiş və demək olar ki, onun şeirlərini birər-birər təhlilə çəkmişdir.
Əlibala Zaloğlu kitabın ön sözündə qeyd edir: “Dünyanın ağrılı-acılı olmasının maddiyyatla, dolanışıqla heç bir əlaqəsi yoxdur. Bu dünyamın, ağrılarımın, acılarımın mənəvi-əxlaqi hesab edəcəyim bir sükanı var. O da vətənim, xalqım, dilin, bütün bunlara sevgimdir. Bu sevginin məhək daşı onun yarımçılıqdan uzaqlığı, daha dəqiq ifadə etsək tamlığı, bütölüyüdür. Mənə görə ya sevmək var, ya da sevməmək. Mən görə insan – həm də böyük hərflərlə yazılan İNSAN ya olmalıdır, ya da olmamalıdır”.
Adam var bəladır, ayaqdan-başa,
Düşmənə çevirir, o gözü qaşa.
Yaxşıdır güvənsən bir qara daşa,
Düşmənlə savaşda gərəyin olar.
Adam var insanlıq onun möhtacı,
Onunla şirindir hər ağrı, acı.
Yamana yaxşılıq onların bacı,
Ya dostu, düşməni, hər nəyi ola.
Bəzən mənə elə gəlir ki, adi söz və ifadələri musiqi kimi səslənən şeiriyyat çələnginə çevirənlər, yəqin ki, sehrbazdılar, adi adamlar deyillər. İxtisasım ədəbiyatdan, poeziyadan uzaqdır, buna baxmayaraq, gözəl şeirlərin, dolğun poetik fikirlərin məni duyğulandırdığı, hisslərimi yerindən oynada bildiyi zamandan bəri (bu çoxdan olub) həmişə düşünmüşəm ki, ədəbiyyat, poeziya nəhənglərinin yaratdığı incilərindən zövq almaq və onlara dəyər vermək qabiliyyəti Uca Tanrıdan taleyimin qismətinə düşən böyük xoşbəxtlikdir.
Geniş və qısa olmasından asılı olmayaraq hər bir insanın xarakteri, düşüncəsi, mövqeyi və əqidəsi əks olun tərcümeyi-halı var. Ancaq yaradıcı insanın keçdiyi sənət yolu, yaradıcılıq amalı onun mənəvi tərcümeyi-halıdır. Məsləki tərcümeyi-halı olanlar mənə elə gəlir ki, xoşbəxtdirlər.
Mən bir dağam - bol sulu dağ,
İgidlərə arxa dayaq.
Çiçəyim var qucaq-qucaq,
Dərən yoxsa, mən də yoxam!
Mən bir yolam,haqqa gedən,
Yoxdur mənlə dostluq edən.
Əgər yoxsa mənlə gedən,
Onda elə mən də yoxam!
Əlibala Zaloğlu qismətinə ürəklərin ağrısını, qəmini, sevincini, kədərini, qəlblərdə alovlanansevgilərin, məhəbbət və ayrılıqların yanğısını, acılı-şirinli ömür anlarını, dünyanın gərdişini, həyatihəqiqətlərini poetik təfəkkürünün işığından keçiribinsanları poeziyasının sehrli aləmi ilə ovsunlamaq, onları ruhən saflaşdırmaq, dünən, bu gün, gələcək vəəbədiyyət haqda, mənəvi ucalıq və vicdan təmizliyibarədə düşüncələrlə qovuşdurmaq missiyası düşmüsşairdir.
Sevgim bu Vətənə, sevgim həyata,
Dedim ki məhəbbət ucaldar məni!
Əzəldən vurğunam toya, büsata,
Yəqin ki, bu sevgi yaşadar məni!?
Çəmənlərdə dolandıqca işvə, naz,
Qulağıma pıçıldadı, bahar, yaz.
Ürəyimdə sevgi bahar, sevgi yaz,
Yəqin ki, bu sevgi yaşadar məni!?
Yollarında ürəyimi qovurdum,
Bəd günümdə, kölgəsində ovundum,
Bulağından sevgi içdim, duruldum,
Tükənməz bu sevgi yaşadar məni!?
İlahidən qismətinə ağır yük – şairlik düşənƏlibala Zaloğlu kimi yaradıcı insanlar, təbii ki, tanrının sevimliləridir. Və inanır ki, bu sevgi onuəbədi yaşadacaq.
Oxucu şairləri təkcə yaradıcılığı ilə deyil, həm dəmənəvi keyfiyyətlərinə görə tanıyıb dəyərləndirir.Şairin daxili aləmi, mənəvi dünyası – düşüncələri, həyata, insanlara münasibəti yazdıqlarında birər-birəraçılır. Bu mənada xarakter bütövlüyü, sarsılmazəqidə, azadlıq eşqi gerçək şairə Tanrıdan bəxş edilənxoşbəxtlikdir. Dağların qoynundan axıb gələn min dərdin dərmanı buz bulaqlar kimi, “həyatın ən böyükmöcüzəsi” (Məhəmmədhüseyn Şəhriyar) olanqiymətli söz inciləri, gerçək poeziya da insanlığınmüəllimi hesab edilən əsl şairin qələmindən süzüləbilər.
Bir gözümdən nur ələnib
Süd qoxulu körpələrə,
O birilə haqq vermişəm
Ədaləti bilənlərə.
Bəs bu qədər dilbilməzlər,
Bədniyyətli, rəhimsizlər
Necə artıb, çoxalıblar?
Sonda qənim insanlara?!
Oxucunu düşündürən, mənəvi saflaşdıran, qəlbini, hisslərini tərbiyə edərək onunkamilləşməsinə səbəb olan şeir, mən deyərdim, həqiqi mənada kəşfdir. İnsan ovqatının, emosionalhalının təsirindən doğan və duyğuların dərinliyiniifadə edən şeirlər şairin bədii təxəyyülünün meyarıkimi çıxış edir.
Ey insanlar!..
Qaranlıqdır, haqq olanı gözgörməyir,
Gülüş gedib, sevinc itib, qəmkükrəyir,
Həqiqəti söyləməyə topuq vurur, diltitrəyir!
Ey insanlar!..
Nədən görən qara ağdır, ağsa qara,
Göyərmədi biz əkənlər, gəldik zara,
Dözəmmədi bu dünyamız –
Oldu onun iç dünyası, bağrı yara,
Ey insanlar!..
Əlibala Zaloğlunun öxucularla yenidən görüşəgəldiyi “Ağrılı-acılı dünyam” kitabında biz həm dəşairin fərdi ovqatını, hal-əhvalını əks etdirənduyğularının sehrinə dalırıq. Əlibala Zaloğlu bədiiyaradıcılıqla xeyli illərdir məşğuldur. Onun poetikmövzuları yetərincə çeşidlidir.
Təxminən minillik tarixi olan poeziya xəzinəmizartıq neçə illərdir ki, Əlibala Zaloğlunun da poetikinciləri ilə zənginləşir və hələ bundan sonra da zənginləşməkdə davam edəcək. Əlibala müəlliməyeni təzə-tər rəngarəng yaradıcılıq uğurları diləyirik.
Əli ZALOV
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru, professor

Facebook-da paylaş