8 noyabr- Zəfər bayramı!


Noyabrın 3 Azərbaycan Dövlət Pedaqoji Universitetində 8 Noyabr Zəfər  Bayramına həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə universitet rəhbərliyi, şəhid valideynləri və qazilər, eləcə də, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Tədbir başlamadan əvvəl rektor professor Cəfər Cəfərov Vətən müharibəsi şəhidləri Xudayar Yusifzadənin anası Radə Qurbanova, Arəstə Baxışovanın anası Məktubə Baxışova və Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva ilə görüşüb, Sonra Universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi, “Zəfər stendi” və “Zəfər guşəsi” ziyarət olunub, gül dəstələri qoyulub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Zəfər Günü ilə bağlı videoçarx nümayiş olunub. 
YAP “Ü.Hacıbəyli-68” ƏPT-nin sədri dosent Sultanəli Qurbanovun giriş sözündən sonra Universitetin rektoru prof. Cəfər Cəfərov bu gün tariximizin ən möhtəşəm qalibiyyət salnaməsini  - Böyük Zəfərimizin üçüncü ilini qeyd etdiyimizi vurğulayıb. Prof. C.Cəfərov ölkəmizin erməni faşizmi üzrəində qazandığı qələbənin tarixi əhəmiyyətindən danışaraq, bu qələbənin Azərbaycan Ordusunun, Ali Baş Komandanın və bütün azərbaycanlıların birliyi sayəsində qazanıldığını qeyd edib.  Zəfər Bayranımdan sonra dağıdılmış şəhər və kəndlərimizin bərpasının başlandığını, məcburi göçkünlərimizin öz dədə-baba yurdlarına qaytarılması prosesinin davam etməsinin tarixi əhəmiyyətini tədbir iştirakçılarının nəzərində çatdırıb. 

Prof. C.Cəfərov deyib ki, 2022-ci ilin sentyabr döyüşləri və cari ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində qondarma rejim tamamilə tərksilah edildi və özünü buraxmağa məcbur oldu. Bununla da bir əsrdən artıq davam edən təcavüzə son qoyuldu və Azərbaycan ərazi bütövlüyü ilə yanaşı suverenliyini də tam bərqərar etdi. Bundan sonra arıtq ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Böyük mübarizələrin itgisiz olmadığını qeyd edən prof. C.Cəfərov Vətən müharibəsində 3 minə yaxın vətən övladının canlarından keçdiyini, şəhidlərimizin arasında Pedaqoji Universitetin 15 tələbə və məzununun da yer aldığını vurğulayıb. Bildirilib ki, onlardan iki nəfəri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Eyni zamanda, Zəfər salnaməmizin yeganə xanım şəhidi olan Arəstə Baxışova da Pedaqoji Universitetin yetirməsi, ADPK-nın məzunudur. 
Şəhidlərimizin xatirələrini ədəbiləşdirmək üçün silsilə fəaliyyətlər icra olunduğunu, canlarını vətən yolunda fəda edən vətənpərvər gəncliyi tərbiyə edən müəllimlərin yetişdirildiyi Pedaqoji Universitetdə də bu istiqamətdə məqsədyönlü iş aparıldığını diqqətə çatdıran rektor deyib ki, eyni zamanda universitetin 100 illiyində “Pedaqoji Universitetin Qəhrəmanları” ensiklopedik toplusu hazırlanaraq nəşr olunub, ADPU-da “Zəfər stendi”, “Zəfər borelyefi” və bu yaxınlarda isə Pedaqoji Universitetin I və II Qarabağ müharibəsində şəhid olan tələbə və məzunlarının adlarının əbədiləşdirildiyi “Zəfər guşəsi”nin açılışı olub.

Tədbirdə ADPU-nun Xarici Əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova da iştirak edib. Mahirə xanım Zəfər Bayramı ilə əlaqədar çıxış etdi,   şəhidimiz Xudayar Yusifzadəyə yazdığı şeiri oxudu və tədbir iştirakçılarını duyğulandırdı.

Sonra Azərbaycan respublikası şəhid ailələri, əlilləri və müharibə veteranlarının ictimai birliyinin sədri, 1-ci və 2-ci Qarabağ müharibəsi veteranı, hərbi ekspert
 Tahir Məmmədovun I və II Qarabağ müharibəsində əsgərlərimizin qəhrəmanlığı,             18 yaşlı gənc əsgərlərimizin qəhrəmancasına döyüş səhnələrinə aid xatirələri dinlənilib. 
 Daha sonra çıxış edənlərdən Vətən müharibəsi şəhidləri Xudayar Yusifzadənin anası Radə Qurbanova, Arəstə Baxışovanın anası Məktubə Baxışova, Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva, eləcə də digər şəhid ailəsi üzvləri və qazilər göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edərək, canını fəda edən qəhrəmanlarımızın qanının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edildiyinin fərəhini yaşadıqlarını qeyd ediblər.
Tədbirdə YAP-a yeni üvz olan tələbələrə biletlər təqdim edilmişdir. Tədbirin gənc nəslin vətənpərvərlik ruhunda tərbyisəyində mühüm əhəmiyyəti, I və II Qarabağ müharibəsinin şəhidlərinin tanınmasında, yetişən nəslə bu qəhrəmanlar haqqında məlumatların verilməsində vacibliyi qeyd olunub.  
                                               
Amaliya Həsənova,
ADPU-nun dosenti 




Facebook-da paylaş