Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq...
Əvəzolunmaz xidmətləri ilə xalqımızın qəlbində əbədi yaşam qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi hər bir gənc üçün əsil həyat məktəbi sayılır. İnkişafın möhkəm təməlini qoyan Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqilliyimiz əbədi və dönməz xarakter aldı. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlməyi bacardi. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Bakı şəhəri Xətai rayonu 204 nömrəli tam orta məktəbdə Ulu öndər H.Əliyevin 100 illik yubileyi ilə əlaqədar möhtəşəm tədbir düzənləndi. Məktəbin foyesində məktəbimizin təsviri incəsənət müəllimi Səhər Cəfərovanın təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olmuş istedadlı şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur. Məktəbli rəssamlar S. Cəfərovanın şagirdləri Furkan 9c, Gülöyşə 7c, Pərvanə 8b, Nicat 10b tədbir boyu Ümummilli liderin portretini çəkdilər. Hər biri öz rəsmlərində H.Əliyevi fərqli dövrlərdə və müxtəlif tədbirlərdə təsvir etmişdilər. Akt zalı çox gözəl bəzədilmişdi. Aparıcılar dövlət himni səsləndikdən sonra tədbiri açıq elan etdilər. 1 dəqiqəlik sükutla şəhidlərimizin və Ulu Öndərin əziz xatirəsi yad edildikdən sonra xor dərnəyinin rəhbəri, musiqi müəllimi Zərinə Rəfibəylinin 4a və 5-ci sinif şagirdlərinin ifasında "Bizim Heydər babamız" mahnısı alqışlarla qarşılandı. Daha sonra tədbirin təşkilatçısı psixoloq və “Gənc İstedadlar” dərnəyinin rəhbəri Nigar xanım Quliyeva və məktəbimizin məzunu “Nişantaşı universtiteti”nin tələbəsi Səbinə Süleymanova H.Əliyevin həyat və yaradıcılığı ilə bağlı yüksək səslə məlumat verdilər. Manitorda H.Əliyev "Azərbaycan" şeiri səsləndi. Bu zaman iştirakçılar duyğusal anlar yaşadılar. Müğənni Nofəlin ifasında səslənən "Azərbaycan" mahnısını da tədbir iştirakçıları alqışlarla qarşıladılar. Aparıcılar İ.Əliyevin 44 günlük müharibədə qalib gəlməsindən söz açaraq Ulu Öndərin hakimiyyətə gəldiyi ilk gündən ordu quruculuğuna böyük diqqqət yetirməsinin məhz həmin qələbə üçün zəmin olaraq məntiqi nəticə verdiyini bildirdilər:” Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev son 19 ilə yaxın dövr ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdir. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafa onun rəhbərliyi ilə çatacağımıza əminliyini ifadə etmişdi. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.” Sonra isə aparıcılar H.Əliyevin həyatından, təhsil aldığı illərdən danışdılar, maraqlı faktlara nəzər saldılar. Dünya liderlerinin, dövlət başçılarının H.Əliyev, yürütdüyü siyasət haqqında dedikləri fikirləri iştirakçılara çatdırdılar.
Tədbirdə Rayon icra hakimiyyətindən Mehriban İsrafilova, Pənah İmanov, Lamiyə Hüseynova YAP-dan Ənvər Bayramov, Qarabağ veteranı Fuad Qəhrəmanov da iştirak edird. Aparıcı Səbinə qeyd etdi ki, hər bir insanın ad günü onun özü və ailəsi üçün bayram olur. Lakin elə şəxsiyyətlər var ki, onların dünyaya gəldiyi gün böyük bir ölkənin, bir xalqın bayramı kimi qeyd olunur”: Bu gün biz çağdaş, yeni Azərbaycan dövlətçiliyinin qurucusu, milli mənəvi dəyərlərimizin qarantı,Türk dünyasının böyük oğlu, vətənimizdə milli qurtuluş, dövlət quruculuğu, xilaskar missiyanı uğurla gerçəkləşdirən tarixi şəxsiyyət, Azərbaycanın ölməz prezidenti ümummilli liderimiz Heydər Əliyevin xatirə işığına yığışmışıq. Aparıcı Röyal Baxşəliyev:- ”Bildiyiniz kimi bu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin sərancamı ilə 2023-cü il Heydər Əliyev ili elan edilib. Bununla bağlı məktəbimizin müəllim və şagird kollektivi bu tədris ilində bir çox tədbirlər həyata keçirib. Müəllimlərimiz onun xalqımız üçün etdiyi əvəzolunmaz xidmətləri böyüməkdə olan nəslə çatdırmaq üçün səy göstərərək müxtəlif vasitələrdən yararlanırlar. Bu günki tədbirimiz də eyni məqsədi daşıyır” sonra Heydər Əliyev haqqında video çarx nümayiş etdirildi. Aparıcılar onun gördüyü misilsiz işlərdən söz açdılar. Aparıcı Səbinə Süleymanova: ”Bir insan düşünün... Ürəyinin hər döyüntüsü Azərbaycandır. Hər atışı, hər vurğusu millət deyə hayqırır” Nigar Quliyeva: ”Bir şəxsiyyət düşünün ... Qəlbi sadəcə vətən üçün atsın. Elə bir şəxsiyyət ki, tarixin acışını, millətin ağır taleyini dəyişsin aparıcı Səbinə : ”Bir qəhrəman düşünün... sözlə tərif edilməz...Ürəkdə, damarda və bütün hüceyrələrdə hiss edilən bir ömür düşünün... Azərbaycana fəda edilən şərəfli bir ömür”. Aparıcı Nigar xanım ”Bir məhəbbət düşünün... Ümumxalq məhəbbəti qazanıb bəşəriyyətin qəlbində əbədiləşən... Aparıcı Səbinə: ”Bir memar düşünün... Müstəqilliyin, yüksəlişin, dövlətinin memarı. Nigar xanım: ”Bir dahi düşünün... tarixi şəxsiyyət, tarix yazan, tarixə yazılan şəxsiyyət Heydər Əliyev! “Heydər Əliyevin canlı nitqi səslənir. Aparıcı Səbinə: ”Bir ömür var ki, əsrə bərabər, bir əsr var ki, ömürlərə miras. O ömür Heydər Əliyev ömrü idi. O da bir insandır. Amma hər kəsdən fərqli, həsəd aparılacaq, seçilmiş insan. Nigar xanım: ”O böyük Azərbaycanlı idi. Başdan ayağa tarix olan Azərbaycanlı. Azərbayan tarixinin qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf dövrünü yazan Heydər Əliyev tarixi.” Aparıcı Səbinə: ”Səmimiyyəti, fədəkarlığı, cəsurluğu, inadkarlığı, prinsipiallığı ilə seçilən ideal rəhbər... Nigar xanım: O qurucu, xilaskar, dövlət xadimi, milli lider, xalq məhəbbətini qazanan Öndər idi. Heydər Əliyev bir siyasət nəhəngi idi. Zamanı qabaqlayan fenomen şərksiz idarəçi. Bütün məsuliyyəti çiynində daşıyan Azərbaycan kimi böyük bir əsərin müəllifi... Aparıcı Səbinə: O bir himayədardı... Təhsilin, mədəniyyətin himayədarı...Bu günki dünya səviyyəsindəki inkişafımızı ona borçluyuq. O böyük bir həyat məktəbi idi. Təcrübəyə söykənən müasirlik və gələcəyə aparan əminliyin sahibi. Parlaq sabahın bünövrəsi, uzaqgörənliyin bariz nümunəsi, xoşbəxt gələcəyin təminatçısı idi. Nigar xanım: Hər gün yenidən seçilən tairix durduqca ürəyi bizimlə döyünən, sevinclə vuran qəlbimizin qalibiyyət memarı. Gözlərimiz önündə şərəflə yaşanan ömürün bənzərsiz və təkrarsız sahibi. Ulu öndərin qəlbi hər zaman Azərbaycanla döyünürdü. Unudulmaz Şairimiz Səməd Vurğunun Azərbaycan şeirinin misralarını ümummilli liderimizin dilindən yəqin ki, hamınız eşitmisiniz. Onu həyəcansız dinləmək olmur. Bu səs Heydər babamızın doğma vətənə nə qədər bağlı olduğunu pıçıldayır bizə. Heydər Əliyevin şeir söyləyən səsi eşidilir. El bilir ki, sən mənimsən “Azərbaycan” şeiri dahi rəhbərin dilində qürurla səslənir və onun ardınca zalda əyləşən tamaşaçılar da şeiri davam etdirdilər. Sonra H.Əliyevin incəsənət adamlarına verdiyi yüksək qiymət və dəyər verdiyi sənət adamları ilə görüşlərindən video görüntülər, onun özünün ifa etdiyi “Küçələrə su səpmişəm” adlı mahnı dinləndikdən sonra şagirdlərin hazırladığı kompozisiya təqdim olundu. Kompozisiyada “Küçələrə su səpmişəm” 8e sinif şagirdi Ömər Məmmədlinin ifası, qızların rəqsi ilə davam etdi. Şagirdlərdən Zəhr Məmmədova, Mələkxanım Bəylərova, Gülay Qebedova, Aydan Abdullayeva, Vüsalə Sadıqova, Fatimə Əliyeva, Ayan Qəhrəmanlı rəqsləri ilə iştirak etdilər. Məktəbin Pisixoloqu Nigar Quliyevanın rəhbərlik etdiyi “Gənc İstedadlar” dərnəyinin üzvləri Xədicə Yusifzadə, Zəhra Qəhrəmanlı, Röyal Baxşəliyev, Fərəh Camalzadə, Nüşabə Qurbanova, Dəniz Salmanova iştirakçılara rəngarəng çıxışlarını təqdim etdilər. Tədbirin sonunda məktəbimizin şagirdləri Aysu və Məhəmmədin ifasında “Dahi” mahnısı təqdim edildi. Bununla da Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir başa çatdı. Bədii hissənin sonunda söz məktəbin direktoru Rəfael Mehdiyevə verildi. Tədbir iştirakçılarını salamlayan direktor xalqımızın hər bir nümayəndəsi kimi o da Ulu Öndərin yaratdığı müstəqil Azərbaycanın vətəndaşı olması, onunla eyni dovrdə yaşaması ilə fəxr edir. Rəfael müəllim qeyd etdi ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması tarixi əhəmiyyətə malikdir: ”2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Bu tədbirdə Ulu Öndərin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətləri şagirdlərimiz, tədbirin təşkilatçıları tərəfindən geniş şəkildə diqqətə çatdırıldı. Bu barədə daha ətraflı məlumat vermək üçün Xətai rayon İcra Hakimiyyətinin nüməyəndəsi, söbə müdiri Pənah İmanova verək.” Pənah müəllim də Ulu Öndərin həyatı ilə bağlı maraqlı faktlardan söz açdı. Onun təhsilə, gənclərə münasibətindən, gördüyü irimiqyaslı işlərdən, orduda başladığı quruculuq işlərindən, atasının siyasi kursunu inamla davam etdirən ölkə prezidenti İlham Əliyevin 44 günlük müharibədə müzəffər qələbəsindən, sərkərdəlik bacarığından danışdı. Jurnalist Tahirə Məmmədqızı da çıxış edərək bildirdi ki, mənim oğlum və gəlinim də bu məktəbin məzunu olublar. Tahirə xanım məktəb müəllimlərindən razılığını bildirərək əsil pedaqoq kimi vəzifələrinin öhdəsindən şərəflə gəldiklərini dilə gətirdi: ”Mən təşəkkürümü başda Rəfail Mehdiyev olmaqla, bütün pedaqoji kollektivin hər bir üzvünə bildirirəm. Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş belə yüksək səviyyəli tədbir hazırladıqlarına görə də təşkilatçılara minnətdarlığımı bildirirəm. Ulu Öndərin bizim üçün gördüyü işlər o qədər çoxdur ki, saymaqla bitməz. Onun həyatı, siyasi karyerası haqda hələ də araşdırmalar aparılır, onun yolu örnək kimi cəmiyyətin bütün həyatına nüfuz edir. Onun yolunu davam etdirən prezidentimiz də siz gənclərin gözəl yaşaması oxuyub təhsil alması üçün çox işlər görür.” Sonra söz 44 günlük Vətən müharibəsi iştirakçısı Fuad Qəhrəmanova verildi. F.Qəhrəmanov Ulu Öndər haqda fikirlərini çatdıraraq onun layıqli davamçısı İlham Əliyevin 44 günlük müharibədə xalqın dəstəyinə arxalanaraq ordunu qələbəyə apardığını qeyd etdi: ”Siz şagirdlərin əsas vəzifəsi yaxşı oxumaq, biliklərə dərindən yiyələnməkdir. Bu halda siz də düşməni elm sahəsində məğlubiyyətə uğrada, düşmənə bu müstəvidə də qalib gələ birsiniz. Direktor müavini Kubra Əliyeva çıxışında tədbirin təşkilatçısı N.Quliyevaya və şagirdlərə öz təşəkkürünü bildirdi: ”Hər biriniz bir çiçək, gələcəyin fidanlarısınız. Sabahımız sizin əlinizdədir. Ulu Öndərin ən böyük arzusu da ölkəsində uşaqların. dərin biliyə və savada yiyələnməsi, Azərbaycanı xarıcdə və ölkə daxilində ləyaqətlə təmsil etmələri idi. Buna görə də hər nəslə, təhsilə qayğısını və diqqətini əsirgəmirdi”.
Sonda tədbirin təşkilatçısı Nigar Quliyeva səslənən bütün xoş sözlərə, səmimi fikirlərə görə iştirakçılara öz təşəkkürünü bildirdi. "Çox sağ olun ki, hazırladığımız bu tədbiri yüksək qiymətləndirdiniz. Əziz şagirdlər, hər birinizin çıxışı Ulu Öndərə layiq oldu. Güman edirəm ki, siz dərslərinizi də yaxşı oxumaqla milli liderimizin amallarına arzularına layiq olacaqsınız. Sizin firavan yaşamağınız üçün prezidentimiz cənab İlham Əliyev onun xanımı Mehriban Əliyeva böyük işlərə imza atırlar. Öz qayğı və diqqətlərini sizdən əsirgəmirlər. Gələcəyiniz üçün bir çox ölkələrlə müəyyən müqavilələr bağlanır. Təhsilin inkişafı üçün addımlar atılır. Hər birinizə dərslərinizdə uğurlar arzulayıram”. Tədbir iştirakçıları sonda xatirə şəkli çəkdirdilər.
Hüsniyyə Əlizadə
Facebook-da paylaş